Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4414/2021 25.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin (Texnoplus mağazası) cavabdeh Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızına qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (Texnoplus mağazası) cavabdeh Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızına qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızından İddiaçı-nin xeyrinə 04.11.2017-ci il tarixli STN03-1360 saylı alqı-satqı müqaviləsi üzrə 262 manat əsas, 136 manat dəbbə pulu, olmaqla cəmi 398 manat borcun, 05.03.2018-ci il tarixli MOB03-0304 saylı alqı-satqı müqaviləsi üzrə 653 manat əsas, 284 manat dəbbə pulu, cəmi 937 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızına 04.11.2017-ci il tarixli, STN03-1360 saylı alqı-satqı müqaviləsi əsasında Texnoplus mağazından 468 manat dəyərində Samsung SM-J330 black markalı mobil telefon və 05.03.2018-ci il tarixli, MOB03-0304 saylı alqı-satqı müqaviləsi əsasında isə 906 manat dəyərində Samsung SM-A520 gold markalı mobil telefon satılmışdır. Eyni zamanda STN03-1360 saylı alqı-satqı müqaviləsi ilkin ödənişsiz bağlanmışdır. Müqaviləyə əsasən qalıq məbləğ 468 manat müəyyən edilmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 39 manat ödəniş edir. Ödəniş tarixçəsi belədir: 06.12.2017-ci il tarixdə 40 manat, 05.01.2018-ci il tarixdə 40 manat, 03.03.2018-ci il tarixdə 60 manat, 05.03.2018-ci il tarixdə 16 manat, 01.12.2019-cu il tarixdə 20 manat, 03.02.2020-ci il tarixdə 30 manat olmaqla cavabdeh cəmi 206 manat ödəniş etmiş, qalıq borc isə 262 manat təşkil edir. Gecikdirmə ilə əlaqədar 04.11.2018-ci il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 136 manat təşkil edir. Beləliklə, STN03-1360 saylı müqavilə əsasında 262 manat qalıq borc və 136 manat dəbbə pulu ilə birlikdə cavabdeh 398 manat ödəniş etməlidir. Eyni zamanda MOB03-0304 saylı alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 150 manat ilkin ödəniş edilmişdir. Müqaviləyə əsasən 906 manat əsas borc məbləğindən 150 manat ilkin ödəniş edildikdən sonra qalıq məbləğ 756 manat müəyyən edilmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə aylıq 63 manat ödəniş edir. Ödəniş tarixçəsi belədir: 10.04.2018-ci il tarixdə 63 manat, 13.10.2019-cu il tarixdə 40 manat. Cavabdeh cəmi 103 manat ödəniş etmiş, qalıq borc isə 653 manat təşkil edir. Gecikdirmə ilə əlaqədar 05.03.2019-cu il tarixinə qədər yaranan dəbbə pulu (faiz borcu) isə 284 manatdır. Sonuncu dəfə cavabdehə ödənişlə əlaqədar 14.06.2021-ci il tarixində pretenziya məktubu göndərilmiş və ödəmə üçün 3 günlük müddət təyin edilmiş, lakin borclu yenə də ödəniş etməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 08.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 13.07.2021-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X1 ilə alıcı Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı arasında bağlanmış 04.11.2017-ci il tarixli STN03-1360 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilə ilə nəzərdə tutulmuş 468 manat dəyərində olan əşyanı alıcıya satmağı, alıcı isə həmin əşyanı qəbul edib ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə və məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı ona verilmiş kredit üzrə borclarını 04.12.2017-ci il tarixdən başlayaraq, 04.11.2018-ci il tarixinədək, 468 manat borc məbləğindən, hər ay 39 manat ödəməklə 12 ay müddətinə qaytarmalıdır. -04.11.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı müqaviləyə əsasən aldığı malı təhvil almışdır. -Hədiyyə verən X3 ilə hədiyyə alan TAB MMC arasında bağlanmış 10.10.2020-ci il tarixli BM-053/20 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana 04.11.2017-ci il tarixli STN03-1360 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. -Satıcı İddiaçı ilə alıcı Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı arasında bağlanmış 05.03.2018-ci il tarixli MOB03-0304 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilə ilə nəzərdə tutulmuş 906 manat dəyərində olan əşyanı alıcıya satmağı, alıcı isə həmin əşyanı qəbul edib ödəniş cədvəlində nəzərdə tutulmuş müddətdə və məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. -Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı ona verilmiş kredit üzrə borclarını 05.04.2018-ci il tarixdən başlayaraq, 05.03.2019-cu il tarixinədək, 756 manat borc məbləğindən, hər ay 63 manat ödəməklə 12 ay müddətinə qaytarmalıdır. -05.03.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı müqaviləyə əsasən aldığı malı təhvil almışdır. -Hədiyyə verən X3 ilə hədiyyə alan TAB MMC arasında bağlanmış 10.10.2020-ci il tarixli BM-052/20 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana 05.03.2018-ci il tarixli MOB03-0304 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. -İddiaçı tərəfindən verilmiş 08.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızının 04.11.2017-ci il tarixli STN03-1360 saylı alqı-satqı müqaviləsi üzrə 262 manat əsas, 136 manat dəbbə pulu, olmaqla cəmi 398 manat borcu vardır. -İddiaçı tərəfindən verilmiş 08.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızının 05.03.2018-ci il tarixli MOB03-0304 saylı alqı-satqı müqaviləsi üzrə 653 manat əsas, 284 manat dəbbə pulu, cəmi 937 manat borcu vardır. -İddiaçı-nin 17.06.2021-ci il tarixli ərizəsindən görünür ki, “Texnoplus” mağazası ilə Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızı arasında bağlanmış 04.11.2017-ci il tarixli STN03-1360 alqı-satqı müqaviləsi əsasında tələb hüququ 10 oktyabr 2020-ci il tarixli BM- 053/20 saylı və 05.03.2018-ci il tarixli, MOB03-0304 saylı alqı-satqı müqaviləsi əsasında isə tələb hüququ 10 oktyabr 2020-ci il tarixli BM-052/20 saylı bağışlama müqaviləsi ilə TAB MMC-yə verilmişdir. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli arayışdan görünür ki, Ağayeva (Qurbanova) X2 rayonu Masazır qəsəbə ərazi dairəsi, Masazır kəndi Ə.Vahid küçəsi 605 saylı evdə qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 04.11.2017-ci il tarixli STN03-1360 saylı alqı-satqı müqaviləsi üzrə 262 manat əsas, 136 manat dəbbə pulu, olmaqla cəmi 398 manat borcu, 05.03.2018-ci il tarixli MOB03-0304 saylı alqı-satqı müqaviləsi üzrə 653 manat əsas, 284 manat dəbbə pulu, cəmi 937 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızından 04.11.2017-ci il tarixli STN03-1360 saylı alqı-satqı müqaviləsi üzrə 262 manat əsas, 136 manat dəbbə pulu, olmaqla cəmi 398 manat borc, 05.03.2018-ci il tarixli MOB03-0304 saylı alqı-satqı müqaviləsi üzrə 653 manat əsas, 284 manat dəbbə pulu, cəmi 937 manat borc, 30 manat dövlət rüsumu tutulub TAB Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağayeva (Qurbanova) Ülviyyə Şadoğlan qızından 04.11.2017-ci il tarixli STN03-1360 saylı alqı-satqı müqaviləsi üzrə 262 (iki yüz altmış iki) manat əsas, 136 (yüz otuz altı) manat dəbbə pulu, olmaqla cəmi 398 (üç yüz doxsan səkkiz) manat borc, 05.03.2018-ci il tarixli MOB03-0304 saylı alqı-satqı müqaviləsi üzrə 653 (altı yüz əlli üç) manat əsas, 284 (iki yüz səksən dörd) manat dəbbə pulu olmaqla, cəmi 937 (doqquz yüz otuz yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər barəsində çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4414/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4414/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver