Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4417/2021 03.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı Expressbank ASC-nin xeyrinə 08.04.2019-cu il tarixli 105804-680935/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2050,22 manat, faiz borcuna görə 804,94 manat olmaqla cəmi 2855,16 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Expressbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 08.04.2019-cu il tarixli 105804-680935/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 27% dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, banka olan borcunu ödəməmişdir. 07.06.2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2050,22 manat əsas və 804,94 manat faiz borcu olmaqla, ümumilikdə 2855,16 manat kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş krediti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. İddiaçı X3 Cəmiyyətinin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək 03.08.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında məhkəmə iclaslarının çox olması səbəbindən iştirak edə bilməyəcəyini bildirib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, Expressbank ASC ilə bağladığı 08.04.2019-cu il tarixli 105804-680935/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən ona 30 ay müddətinə, illik 27% dərəcəsi ilə 3000 manat kredit verilmişdir. Hazırda işsiz olduğundan banka olan borcunu ödəməkdə çətinliyi yaranmış, bu səbəbdən də hissə-hissə ödənişlər edə bilər. Ona görə də iddiaçı Expressbank ASC-nin iddia tələblərini qəbul edir, ona görə də iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X3 Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 08.04.2019-cu il tarixli 105804-680935/1 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana şəxsi istehlak məqsədilə 30 ay müddətinə qaytarmaq, illik 27% ödəmək şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1.5-ci bəndindən görünür ki, borcalan ödəniş cədvəlinə uyğun olaraq əsas borcu vaxtında icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə və ya faizləri ödəniş cədvəli ilə müəyyən edilmiş ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödəmədikdə bankın müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək hüququ yaranır. Kredit müqaviləsinin 5.1.6-cı bəndindən görünür ki, borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərinin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək hüququ yaranır. -08.04.2019-cu il tarixli 105804-680935/1 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları bir ay sonradan, yəni 08.05.2019-cu il tarixdən başlayaraq, 08.10.2021-ci il tarixinədək hər ay banka 160.11 manat ödəməklə qaytarmalıdır. -Expressbank ASC-nin 08.04.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank borcalan Cavabdeh ayrılmış kreditə görə 3000 manat vermişdir. -Expressbank ASC-nin 07.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08.04.2019-cu il tarixli 105804-680935/1 saylı kredit müqaviləsi üzrə 07.06.2021-ci il tarixinə Expressbank ASC-yə 2050,22 manat əsas, 804,94 manat faiz borcu olmaqla cəmi 2855,16 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikməsi 334 gün təşkil edir. -Expressbank ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 06.08.2019-cu il tarixli 105/105/0858/2019 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 10.08.2019-cu il tarixədək ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli arayışdan görünür ki, Quliyev X2 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 4 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları və cavabdehin etirafını qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 2050,22 manat əsas, 804,94 manat faiz borcu olmaqla cəmi 2855,16 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh 08.04.2019-cu il tarixli 105804-680935/1 saylı kredit müqaviləsi üzrə 2050,22 (iki min əlli manat iyirmi iki qəpik) manat əsas, 804,94 (səkkiz yüz dörd manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2855,16 (iki min səkkiz yüz əlli beş manat on altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat X3 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov