Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-443/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdeh X3, Cavabdehlər Cavabdeh və X3 vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin cavabdehlər Cavabdeh və X4 qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 16722,58 manat əsas borc, 14409,37 manat faiz borcu və 801,74 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 260,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32194,54 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 16722,58 manat əsas, 14409,37 manat faiz, 801,74 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 260,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32194,54 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və X3 Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və X3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 19795,98 manat əsas, 11881,87 manat faiz, 801,74 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 260,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32740,44 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və X3 Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və X3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, 06 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh "xxxx" İKB ASC-dən 120 ay müddətinə 23000 manat məbləğində kredit limiti ayrılmışdır. 06 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 26 % ilə 120 ay müddətinə 23000 manat məbləğində kredit götürmüşdür. 17 iyun 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 06 iyun 2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Borcun təminatı olaraq, X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi 06 avqust 2014-cü ipoteka müqaviləsilə yüklü edilmişdir. Hazırda cavabdehdən tələb olunan kredit borcunun ipoteka ilə yüklü edilmiş cavabdeh X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Eyni zamanda X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evində X6 və Cavabdeh qeydiyyatda olmaqla yaşayırlar. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, "xxxx" İKB ASC-dən 120 ay müddətinə 23000 manat məbləğində kredit götürmüşdür. Onun borcu olsa da, ödənişlər etmişdir. O, xx.xx.2022-ci ildə 450 manat ödəniş etmişdir. Lakin bank edilən ödənişləri cərimə və faiz borcundan silmişdir. Odur ki, o, iddia tələbi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/236 saylı rəyi ilə də razı deyildir. Cavabdeh X6 məhkəmə iclasında izahatında bildirdi ki, kredit müqaviləsi üzrə hesablanan faiz borcu çox hesablanmışdır. Eyni zamanda, bank tərəfindən qiymətləndirilərkən ev yarım-tikili vəziyyətində olmuşdur. Mənzilin hazırda real dəyəri 70000 manat təşkil edir. Həyat yoldaşı Cavabdeh 2021-ci ilin iyul ayınadək hər ay mütəmadi olaraq ödəniş etmişdir. Lakin həyat yoldaşı 2016-cı ildə əməliyyat olmuş, daha sonra isə işin ixtisara düşmüşdür. Bu səbəbdən Cavabdeh borcu ödəməyə maddi imkanı yoxdur. Cavabdehlər Cavabdeh və X3 vəkili-nümayəndəsi X5 məhkəmə iclasında cavabdehlərin izahatına uyğun izahat verdi. İş materiallarında olan 06 avqust 2014-cü il tarixli, 4-G-1-0-822-14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" İKB ASC Cavabdeh illik 26 % ilə 60 ay müddətinə 23000 manat məbləğində kredit vermişdir. 17 iyun 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 06 iyun 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 06 avqust 2014-cü il tarixli, 4-G-1-0-822-14 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında 06 avqust 2014-cü il tarixli, 4-G-1-0-822-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 58000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/236 saylı rəyindən görünür ki, 06 avqust 2014-cü il tarixli, 4-G- 1-0-822-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-yə xx.xx.2021-ci il tarixə olan əsas borcu 19795,98 manat, faiz borcu 11881,87 manat təşkil edir. İş materiallarında olan «X7 Mərkəzi» MMC-nin 16 fevral 2022-ci il tarixli, YDQM № 012-017/2022 №-li ekspert rəyindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin bazar dəyərinə uyğun 44700 manat, likvid dəyərinin 41000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC) arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-6045/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadları ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/236 saylı rəyindən məlum olur ki, 06 avqust 2014-cü il tarixli, 4-G-1-0-822-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-yə xx.xx.2021-ci il tarixə olan əsas borcu 19795,98 manat, faiz borcu 11881,87 manat təşkil edir. «X7 Mərkəzi» MMC-nin 16 fevral 2022-ci il tarixli, YDQM № 012-017/2022 №-li ekspert rəyinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinin bazar dəyərinə uyğun 44700 manat, likvid dəyərinin 41000 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh 06 avqust 2014-cü il tarixli, 4- G-1-0-822-14 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 801,74 manat məbləğində cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 100 manat məbləğində olmalıdır. Beləliklə məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/236 saylı rəyini nəzərə alaraq, 19795,98 manat əsas, 11881,87 manat faiz borcu, 100 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 260,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32038,70 manat borc tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və X3, həmin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməli və onlar əmlakdan çıxarılmalı, həmin əmlak boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında 06 avqust 2014-cü il tarixli, 4-G-1-0-822-14 saylı ipoteka müqaviləsindən görünür ki, X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi 58000 manat qiymətləndirilmişdir. Lakin məhkəmə «X7 Mərkəzi» MMC-nin 16 fevral 2022-ci il tarixli, YDQM № 012-017/2022 №-li ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti 41000 manat müəyyən edilməlidir. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/236 saylı mühasibatlıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan 19795,98 manat əsas, 11881,87 manat faiz, 100 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 260,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32038,70 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilsin. İddia üzrə tələb ipoteka predmeti olan X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 41000 manat məbləğində müəyyən edilsin. X3 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və X3 Abşeron rayonu, Saray qəsəbəsi, B.Vahabzadə küçəsində yerləşən, 3 otaqlı, 86,4 kv.m ümumi, 45,6 kv.m yaşayış, 40,8 kv.m yardımçı sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh və X6 həmin fərdi yaşayış evindən çıxarılsın, həmin əmlakın boşaldılsın və Banka təhvil verilsin. İddia tələbi satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissədə rədd edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/236 saylı mühasibatlıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-443/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-443/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver