Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4454/2022 10.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «icra sənədinin ləğv edilməsi» barədə iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı «icra sənədinin ləğv edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində verilmiş icra sənədini ləğv edərək pozulmuş hüquqlarının bərpasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini tədqiq edərək, hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «icra sənədinin ləğv edilməsi» barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarı ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin MN1065757 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə İddiaçı 1500 manat məbləğində inzibati cərimənin tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, barəsində verilmiş icra sənədini ləğv edərək pozulmuş hüquqlarının bərpasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında” Qanuna əsasən, icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan 10 gün müddətində məhkəməyə şikayət verilə bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, X1 məhkəməyə iddia ərizəsi ilə müraciət etmək əvəzinə, Cavabdeh xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərarından şikayət verilməsi üçün müvafiq prosessual hərəkətlər etməlidir. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «icra sənədinin ləğv edilməsi» barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4454/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4454/2022
10.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver