Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4462/2023 30.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 oktyabr 2014-cü il təvəllüdlü Mehdizadə Əbulfəzl-Abbasın saxlanması üçün onun xeyrinə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-919/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin 200 manatdan artırılaraq 1000 manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikah münasibətlərindən 06 oktyabr 2014-cü il təvəllüdlü Mehdizadə Əbülfəzi-Abbas adlı uşaq anadan olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(106)-919/2019 saylı qətnaməsinə əsasən Mehdizadə Əbulfəzl-Abbasın saxlanılması üçün hər ay cavabdehdən onun xeyrinə 200 manat məbləğində aliment və uşağın xəstəliyi üçün 100 manat pulun tutulması qət edilmişdir. Həmin qərarla tutulan aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Bu aliment məbləği 6 il bundan əvvəl təyin edilmişdir. Uşaq böyümüş, normal inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Uşağın doğuşdan səhhətində problemlər var, qan azlığının müalicəsinə və fizioterapiyaya mütəmadi ehtiyacı vardır. Uşağın düzgün inkişaf etməsi və ayağındakı problemlə əlaqədar onu idmana göndərmək məcburiyyətindədir. Bu da əlavə vəsait tələb edir. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çətindir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq qərarına gəlmişdir. Cavabdeh özəl klinika sahibidir və qazancı olduqca yüksəkdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, cavabdeh iddia tələbini qəbul etmir. Onun başqa nikahdan uşaqları vardır. Heç bir özəl müəssisəsi yoxdur və maddi imkanı məhduddur. Buna görə də o, iddianın rədd edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(106)-919/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 2(057)-2971/2017 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən 29 yanvar 2016-cı il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş 06 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 200 manat və uşağın müalicəsi üçün ayda 100 manat əlavə xərclərin tutularaq, İddiaçı verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, 04 iyul 2017-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş 06 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 200 manat və uşağın müalicəsi üçün ayda 100 manat əlavə xərclərin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikah haqqında AZ-İ 220613 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2006-cı il tarixdə nikaha girmişlər. İşdə olan 1776/2006 saylı və AZ-İİ 565250 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikahdan xx.xx.2006-cı il təvəllüdlü Məhəmməd və xx.xx.2010-cu il təvəllüdlü İsmail adlı uşaqlar olmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Əbülfəzlabbas adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Əbülfəzlabbas adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(106)- 919/2019 saylı qətnaməsinə əsasən 06 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 200 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, həmin məbləğdən artıq alimentin cavabdehdən tutulmalı olması barədə İddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(106)-919/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 06 oktyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit məbləğdə aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Mediasiya sessiyası üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4462/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4462/2023
30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver