Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4464/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən, cavabdehdən 1550 (min beş yüz əlli) manat tutularaq ona verilməsi, cavabdeh qanunsuz olaraq onun pul vəsaitləri saxlandığı müddət ərzində hesablanmış faizlər məhkəmə qətnamənin qəbul etdiyi gün üçün bank uçot dərəcəsinə uyğun olaraq hesablanaraq ona verilməsi, hazırkı iş üzrə onun tərəfindən vəkilə ödədiyi 150 (yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçınını vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsini bir tərəfdən borc verən İddiaçı başqa tərəfdən borc alan Cavabdeh Əjdar oğlu tərəfindən imzalanmışdır. Cavabdeh müqavilə şərtlərini kopud şəkildə pozaraq xx.xx.2020-ci il tarixə qədər ödəməli olduğu 1550 (min beş yüz əlli) manat məbləğində pul vəsaitini hal-hazırkı günə qədər iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaçıdan aldığı pul məbləği könülü olaraq qaytarmaq istəmir, iddiaçı tərəfindən ona verilmiş xəbərdarlıqlara baxmayaraq müqavilənin şərtlərini icra etmir. Cavabdeh qanunsuz olaraq iddiaçının pul vəsaitləri saxlandığı müddət ərzində hesablanmış, bank uçot dərəcəsinə əsasən, ona faizlər ödəmələlidir. İddiaçı bu məsələni qanuni yolla həll etməyi qərara alaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinin göstərişinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş, Reyestrdə 3M-8 № ilə qeyd edilmiş xx xxxxxx 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, «borc verən» «borc alana» 1550 (bir min beş yüz əlli) manat məbləğində pul borc verir. «Borc alan» krediti xx/xx/2020.(yeddi fevral iki min iyirminci il) tarixədək «borc verənə» qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 6-cı bəndinə əsasən «borc verən» müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Həmin müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 9-cu bəndinin tələbinə əsasən isə tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. -xx.xx.2020-ci il tarixli X3 görünür ki, İddiaçı 1550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaitini “xxxx” ASC-nin Abşeron filialı vasitəsi ilə X1 hesabına köçürmüşdür. -İddiaçı ilə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 596 nömrəli müqavilənin surətindən və xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 150 manat ödəniş etmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh, İddiaçı 1550 (min beş yüz əlli) manat məbləğində borc pul almış və sonuncu həmin borcunu xx xxxxxx 2020-ci il tarixədək qaytarmaqla borc öhdəliyini icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və iddiaçıya olan 1550 (min beş yüz əlli) manat məbləğində borcunu hal-hazıradək ona ödəməmişdir. Hazırda isə İddiaçı borc pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1550 (min beş yüz əlli) manat məbləğində pulun, cavabdeh qanunsuz olaraq onun pul vəsaitləri saxlandığı müddət ərzində hesablanmış faizlər məhkəmə qətnamənin qəbul etdiyi gün üçün bank uçot dərəcəsinə uyğun olaraq hesablanaraq ona verilməsi, hazırkı iş üzrə onun tərəfindən vəkilə ödədiyi 150 (yüz əlli) manat və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 342.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, həmin müqavilə hər iki tərəfin iradəsi ilə müəyyənləşdirilmiş şərtlər daxilində bağlanmış hal-hazıradək həmin müqavilə mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsindən görünür ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi öhdəlik müəyyən istisnalar olmaqla yalnız tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icrani gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayri qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh 1550 (min beş yüz əlli) manat məbləğində pul vəsaiti verməsi və cavabdehin ona həmin məbləğdə borcunun qalması tərəflər arasında bağlanmış borc müqaviləsi ilə tam olaraq sübuta yetir, odur ki, iddiaçı vermiş olduğu pulun cavabdehdən alınaraq ona qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyetklər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olnanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil. Varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədəuyğun olmadıqda verdiyini geri tələb edə bilər. Eyni zamanda iddia tələbində iddiaçı cavabdehin qanunsuz olaraq onun pul vəsaitlərinin saxlandığı müddət ərzində hesablanmış faizlər məhkəmə qətnamənin qəbul etdiyi gün üçün bank uçot dərəcəsinə uyğun olaraq hesablanaraq ona verilməsini tələb etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 177.1 maddəsinə əsasən həmin pulun hesablanması əsasını, qaydasını göstərmədiyindən və sübut etmədiyindən məhkəmə iddianın həmin hissədə təmin edilməməsi qərarına gəlir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddia tələbi qismən təmin edildiyindən cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat pul köçürmüşdür. Azərbaycan Respublikası MPM-nın 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən hallarını və sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1550 (min beş yüz əlli) manat borc və vəkilin göstərdiyi hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat hüquqi yardım haqqı və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1550 (min beş yüz əlli) manat borc, və vəkilin göstərdiyi hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat hüquqi yardım haqqı və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4464/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4464/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver