Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4498/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 900 manat borc pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, vaxtı ilə cavabdeh və anası X2 mütəmadi olaraq ondan cehizlik geyim əşyaları almışlar. Həmin cehizlik əşyaların ümumi dəyəri 13839 manat olmuşdur. Cavabdehin anası ona olan borcu vermədiyinə görə o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdir. Həmçinin, cavabdehin ona 900 manat borcu olduğundan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma aparılaraq bu fakt təsdiqini tapmış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o və onun anası İddiaçı müxtəlif cehizlik əşyalar almışlar. Onun İddiaçı 900 manat borcu olmuşdur. İddiaçı pulun tutulması tələbinə dair şikayət ərizəsi ilə 4-cü Polis Bölməsinə müraciət etmiş və o, 900 manat borcunun olmasını Polis şöbəsində də bildirmişdir. İzahat verdikdən sonra ödənişlərini etmişdir. Belə ki, 100 manat iddiaçının kartına ödəniş etmiş, 150 manat dəyərində olan iki ədəd qabını isə ticarət mərkəzinin önündə qaytarmışdır. Beləliklə də, 250 manat olmaqla 900 manat borcundan ödəniş etmişdir və bu barədə məhkəməyə yazılı ərizəsini təqdim etdi. İddiaçı tələb olunan pulu birdəfəlik şəkildə ödəməsini tələb etsə də, onun həmin pulu birdəfəyə ödəmək imkanı yoxdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi RPİ-nin 23.05.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, Qasımova X4 RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, X2 onun yaşadığı evə gələrək 13839 manatlıq cehizlik və geyim əşyaları götürmüş və ona 300 manatlıq pensiya kartı qoymuşdur. Bundan sonra telefonlarına cavab verməmiş və o, təzyiq edərək 7595 manatlıq malı geri qaytarmış, 5544 manat pulu isə ondan ala bilməmişdir. Gülnarənin qızı Röya isə 280 manatlıq mal almışdır. Gülnarə onun 5824 manat pulunu geri qaytarmamışdır. Həmin ərizə əsasında tərtib edilmiş raport Binəqədi RPİ-də “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 253 sıra sayı ilə qeydə alınmış və araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı vermiş olduğu izahatında bildirmişdir ki, X1 təxminən 1 ildir ki, tanıyır. Münasibətləri əvvəllər yaxşı olub və o, Gülnarəni Dilarə adlı qadın vasitəsi ilə tanımışdır. O, Türkiyədə yaşayan xalası qızından cehizlik əşyalar alıb və dolanmaq üçün öz tanışlarına evində satır. Gülnarə ilə də bu məqsədlə tanış olmuşdur. 10 ay bundan öncə Gülnarəyə 13839 manatlıq mal vermiş və Gülnarə ona 300 manatlıq pensiya kartı verərək aylıq ödəniş edəcəyini bildirmişdir. Bundan sonra kartı dayandıraraq onun telefonlarına cavab verməmişdir. Onun təkidləri nəticəsində 7595 manatlıq malları bərbad vəziyyətdə geri qaytarmış, 5544 manatlıq mal isə qalmışdır. Bundan sonra onun pulunu qaytarmaqdan imtina etmişdir. Araşdırma zamanı X2 vermiş olduğu izahatında bildirmişdir ki, Atatürk prospektində yaşadığı vaxt qonşu kimi Dilarə adlı qadını tanıyaraq yaxın münasibətləri olmuşdur. 2018-ci ilin avqust ayında Dilarə söhbət zamanı ondan tələb etmişdir ki, onun tanışı İlahə adlı qadına cehizlik əşyalar vardır və onlar razılaşaraq yaxınlıqda yerləşən İlahənin evinə getmişlər. Orada İlahə ilə tanış olaraq qızının ailə qurması ilə əlaqədar olaraq 4000 manatlıq cehizlik əşyaları hissə-hissə ödəmək şərti ilə almışdır. Həmin vaxt aralarında olan razılığa əsasən hər ay 500 manat pulun ödənilməsi üçün 200 manat, anası Dilşad Xudaverdiyevanın təqaüd kartını 300 manat vermək şərti ilə razılaşmışlar. 2019-cu ilin mart ayında aralarında olan söhbətlərə görə ondan aldığı əşyaları geri qaytarmış və anasının təqaüd kartını geri qaytarmadığı üçün kartı bağlatdırmışdır. Qərardan daha sonra görünür ki, bununla da toplanmış təhqiqat materialından görünür ki, İddiaçı ilə X2 arasında borc məsələsi vardır. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməli və vətəndaş İddiaçı mülki formada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. -Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin 22.06.2021-ci il tarixli 060- 6676Q-6862Q saylı məktubundan görünür ki, İddiaçı xalası qızının Türkiyədən göndərdiyi malları Röya adlı qadına verməsi, lakin sonuncunun bu günə qədər olan 900 manat pulunu qaytarmaması barədə 01.06.2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş şikayət ərizəsi araşdırılmışdır. Araşdırma zamanı toplanmış material mülki iddia xarakterli olduğu müəyyən edildiyinə görə material Binəqədi RPİ-nin 4-cü PŞ-nin dəftərxanasında işə tikilmişdir. Odur ki, göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. -Xətai RPİ tərəfindən verilmiş 30.05.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Alışova X6 rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 56A saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, şifahi razılıq əsasında İddiaçı Cavabdeh cehizlik əşyalar satmış, sonuncunun iddiaçıya olan 900 manat qalıq borcunu ödəməsi tələbinə dair şikayət ərizəsi ilə iddiaçı Polis bölməsinə müraciət etmişdir. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin 22.06.2021-ci il tarixli 060-6676Q-6862Q saylı məktubu ilə iddiaçıya araşdırma zamanı toplanmış material mülki iddia xarakterli olduğu müəyyən edildiyinə görə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda, cavabdehin iddiaçıya olan 900 manat qalıq borcun tutulması tələbinə dair iddiaçı məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Tərəflərin izahatından və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, tərəflər arasında şifahi razılaşma olan əqd bağlanmış və həmin razılaşma əsasında tərəflər müəyyən əmlakın verilməsi müqabilində ödənişin edilməsini öhdələrinə öhdəlik götürmüşlər. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən iddiaçı şifahi razılıq əsasında cehizlik əşyaları cavabdehə təhvil verməklə öhdəliklərini yerinə yetirsə də cavabdeh həmin əşyaların dəyərini ödəməmiş, bununla da öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 900 manat borcunun olmasına dair cavabdehin etirafını qismən qəbul edir. Belə ki, cavabdeh məhkəməyə yazılı şəkildə ərizə təqdim etməklə, 900 manat borcunun olduğunu etiraf etsə də, həmin borcdan ödənişlər etməsini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bu səbəbdən də, cavabdehin etirafını yalnız 900 manat borc hissəsində qəbul edib, bu etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənətinə gəldiyindən iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 900 manat pul vəsaiti tutulub, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən məhkəmə xərclərinə aid olan 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 930 (doqquz yüz otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov