Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4527/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək "FinTrend” bank olmayan kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2019-ci il tarixli N 219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1605,03 (bir min altı yüz beş manat üç qəpik) manat əsas borc, 1206,51 (bir min iki yüz altı manat əlli bir qəpik) manat faiz borcu, ümumilikdə 2811,54 (iki min səkkiz yüz on bir manat əlli dörd qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2019-ci il tarixli N 219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 18 (on səkkiz) ay müddətinə ödəmək şərti ilə 1750 (bir min yeddi yüz əlli manat) manat məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozmuş, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirməmişdir. Borclunun 22 avqust 2019-ci il tarixli N 219-0***-******* nömrəli kredit müqaviləsinə görə 22.02.2021ci il tarixə gecikdirilmiş əsas borc 1605,03 (bir min altı yüz beş manat üç qəpik) manat və gecikdirilmiş faiz borcu 1206,51 (bir min iki yüz altı manat əlli bir qəpik) manat, kredit üzrə ümumi borc 2811,54 (iki min səkkiz yüz on bir manat əlli dörd qəpik) manat təşkil edir. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışları üst-üstə məhkəmə baxışında iştirak edə bilməycəyini üzrlü hesab edərək, məhkəmə prosesini onların iştirakı olmadan keçirərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, kredit götürərkən faiz dərəcəsinə diqqət etmədiyindən kredit borcunun çox olduğunu bildirərək, nəzərə alınmasını xahiş etdi Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin Bakı filialı ilə Cavabdeh ilə bağlanmış 22 avqust 2019ci il tarixli 219-0***-******* saylı kredit müqaviləsinə əsasən, borcun 18 ay müddətinə illik 44 % həcmində 1750 manat məbləğində kredit verilmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC tərəfindən müqavilədə nəzərdə tutulan pul məbləği Cavabdeh verilsə də, lakin Cavabdeh müqavilənin şərtlərini pozmaqla öhdəlikləri icra etməmişdir. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, 22 avqust 2019-ci il tarixli 219-0***-******* saylı kredit müqaviləsi üzrə Cavabdeh 22.02.2021-ci il tarixinə 1605.03 manat əsas, 1206.51 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh 22 avqust 2019-ci il tarixli 219-0***-******* saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC tərəfindən xəbərdar edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməli, üzrə Cavabdeh 22.02.2021-ci il tarixinə 1605,03 (min altı yüz beş manat üç qəpik) manat əsas borc, 1206,51 (min iki yüz altı manat əlli bir qəpik) manat faiz borcu, ümumilikdə 2811,54 (iki min səkkiz yüz on bir manat əlli dörd qəpik) manat iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC tərəfindən ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 22 avqust 2019-ci il tarixli 219-0***-******* saylı kredit müqaviləsi üzrə 1605,03 (min altı yüz beş manat üç qəpik) manat əsas borc, 1206,51 (min iki yüz altı manat əlli bir qəpik) manat faiz borcu, ümumilikdə 2811,54 (iki min səkkiz yüz on bir manat əlli dörd qəpik) manat pul və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4527/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4527/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver