Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4529/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin nümayəndəsi X1,Cavabdeh1 nümayəndəsi Əliyev Vasif Əli oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 22501.51 manat, faiz borcu üzrə 2658.45 manat, olmaqla cəmi 25159.96 manat kredit borcunun və ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 22501.51 manat əsas, 2446.00 manat faiz borcu olmaqla, cəmi 24947.51 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2015-ci il tarixli, 2-13-03-2015-YS- AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 27480.00 (iyirmi yeddi min dörd yüz səksən) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə kreditor ilə "xxxx" MMC arasında 13.03.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Qeyd olunan müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. 2-13-03-2015-YS-AAAF- AE nömrəli 13.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 21.05.2021-ci il tarixinə Cavabdeh1 əsas borc üzrə 22501.51 manat, faiz borcu üzrə 2658.45 manat, cəmi 25159.96 manat borcu mövcuddur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi (qardaşı) X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh "xxxx" MMC tərəfindən bina tikilib təhvil verilməmişdir. Binanın 2 il müddətində tikilib təhvil veriləcəyi bildirilsə də, bu günə qədər binanın yalnız üç mərtəbəsi tikilmiş tikinti yarımçıq dayandırılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 13.03.2015-ci il tarixli, 2-13-03-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 27480.00 (iyirmi yeddi min dörd yüz səksən) manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 11 mart 2015-ci il tarixli ABB YM-0102 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 36.3 kv.m. ibarət, 1 otaqlı 8 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonar qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 11 mart 2015-ci il tarixli ABB YM-0102 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 36.3 kv.m. ibarət, 1 otaqlı 8 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 11 mart 2015-ci il tarixli ABB YM-0102 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 36.3 kv.m. ibarət, 1 otaqlı 8 №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.8-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 11 mart 2015-ci il tarixli ABB YM-0102 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 36.3 kv.m. ibarət, 1 otaqlı 8 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 13.04.2015-ci il tarixdən başlayaraq, 13.03.2030-cu il tarixinə kimi hər ay banka 295.40 manat ödəməklə qaytarmalıdır. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh1, zamin AAAF- İnşaat MMC arasında bağlanmış 13.03.2015-ci il tarixli 2-09-04-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 13.03.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə 27205 (iyirmi yeddi min iki yüz beş) manat pul vəsaitini imza edərək təhvil almışdır. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -21.05.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə əsas borc üzrə 22501.51 manat, faiz borcu üzrə 2658.45 manat, olmaqla cəmi 25159.96 manat kredit borcu vardır. -Abşeron rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli 2(012)-680/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Əliyeva Zeynəb Əli qızı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanda “AAF park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 36,3 kv.m olan 1 otaqlı, 8 saylı mənzilə dair 11 mart 2015-ci il tarixli, ABB JM-0102 saylı alqı-satqı müqaviləsi ləğv edilməsi, həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 34. 485 manat, həmin vəsaiti qanunsuz saxlaması nəticəsində vurulan ziyan kimi 928 manat, tərəfindən ödənilmiş kredit faizləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 7854,03 manat, 30 manat dövlət rüsumuna görə pul, cəmi 43.297,03 (qırx üç min iki yüz doxsan yeddi manat üç qəpik) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb Əliyeva Zeynəb Əli qızına verilməsi, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşin materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanan 11 mart 2015-ci il tarixli mənzilin alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 5 saylı binanın, 2-ci mərtəbəsində sahəsi 36,3 kv.m olan 1 otaqlı 8 saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə Cəmiyyətlə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilədə nəzərdə tutulmuş işləri görməyi öhdəsinə götürür.Həmin müqavilənin 3.1 və 3.2 bəndinə görə müqavilə üzrə mənzilin qiyməti 34 485 manat müəyyən edilmiş, qiymətinin 7005 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 27 480 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə 5 iş günü müddətində ödəniləcək.Həmin müqavilənin 4.1 bəndinə görə müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənədək qüvvədədir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər borclu Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 17.04.2018-ci il tarixli 2(012)-680/2018 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Əliyeva Zeynəb Əli qızı arasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanda “AAF park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 36,3 kv.m olan 1 otaqlı, 8 saylı mənzilə dair 11 mart 2015-ci il tarixli, ABB JM-0102 saylı alqı-satqı müqaviləsi ləğv edilməsi, həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 34. 485 manat, həmin vəsaiti qanunsuz saxlaması nəticəsində vurulan ziyan kimi 928 manat, tərəfindən ödənilmiş kredit faizləri nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 7854,03 manat, 30 manat dövlət rüsumuna görə pul, cəmi 43.297,03 (qırx üç min iki yüz doxsan yeddi manat üç qəpik) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb Əliyeva Zeynəb Əli qızına verilməsi barədə qətnamə qanuni qüvvəsini aldığından iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, əsas borc üzrə məbləğ Cavabdeh1, faiz borcu isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2015-ci il tarixli, 2-13-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə borclular tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq Cavabdeh1 22501.51 manat əsas, Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 2446.00 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 22501.51 manat əsas, Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada 2446.00 manat faiz borcu və 30.40 manat dövlət rüsumu Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4529/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4529/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver