Məhkəmə qərarları › İş №2(012)-4533/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4533/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4533/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsi üzrə 3598,72 manat əsas, 48 manat faiz borcu və 30,99 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 302,65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3980,36 manat borcun və 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqaviləsi üzrə 3108,71 manat əsas, 44,79 manat faiz borcu və 26,69 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 270,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3451,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li və 02 dekabr 2019cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 4980 ABŞ dolları məbləğində kredit götürmüşdür. 02 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3598,82 manat olmaqla kreditin müddəti 02 dekabr 2024-cü ilədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 02 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 3950 ABŞ dolları məbləğində kredit götürmüşdür. 02 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 02 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3109,13 manat olmaqla kreditin müddəti 02 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 ilə 02 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 31-dək Cavabdeh1 banka 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsi üzrə 3598,72 manat əsas, 48 manat faiz borcu və 30,99 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 302,65 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3980,36 manat borcu və 02 dekabr 2019-cu il tarixli 6-ZB- 2-1-222-15 №-li kredit müqaviləsi üzrə 3108,71 manat əsas, 44,79 manat faiz borcu və 26,69 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 270,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3451,14 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsi üzrə 3598,72 manat əsas, 56.3 manat faiz borcu və 71,84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3726.86 manat borcun və 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqaviləsi üzrə 3108,71 manat əsas, 44,79 manat faiz borcu və 26,69 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 270,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3451,14 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li və 02 dekabr 2019cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işin materiallarından olan 17 fevral 2015-ci il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 4980 ABŞ dolları məbləğində kredit götürmüşdür. Mülki işin materiallarından olan 02 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən və 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsindən müəyyən edilir ki, kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3598,82 manat olmaqla kreditin müddəti 02 dekabr 2024-cü ilədək uzadılmışdır. Mülki işin materiallarından olan 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin Cavabdeh2 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsi və Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işin materiallarından olan 24.08.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsi üzrə 3598.72 manat əsas, 56.3 manat faiz borcu və 71.84 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3726.86 manat borcu vardır. Mülki işin materiallarından olan 17 fevral 2015-ci il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 26 faizlə 36 ay müddətinə 3950 ABŞ dolları məbləğində kredit götürmüşdür. Mülki işin materiallarından olan 02 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən və 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqaviləsindən müəyyən edilir ki, kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3109,13 manat olmaqla kreditin müddəti 02 dekabr 2024-cü ilədək uzadılmışdır. Mülki işin materiallarından olan 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin Cavabdeh2 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqaviləsi və Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işin materiallarından olan 31.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqaviləsi üzrə 3108.71 manat əsas, 44.79 manat faiz borcu və 26.69 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 270.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3451.14 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin müəyyən edilən hallarına əsasən əsas borclu Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 02 dekabr 2019-cu il tarixli 6-ZB-3- 1-223-15 №-li kredit müqaviləsi üzrə hesablanmış 71.84 manat dəbbənin məbləği azaldılmalı və 5 manat müəyyən edilməlidir. Eləcə də, 02 dekabr 2019-cu il tarixli 6-ZB-2- 1-222-15 №-li kredit müqaviləsi üzrə hesablanmış 26.69 manat dəbbənin məbləği azaldılmalı və 5 manat müəyyən edilməlidir. Məhkəmə Cavabdeh2 cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı bank qarşısında digər Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsi üzrə 3598.72 manat əsas, 56.3 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, ümumilikdə 3660.02 manat və 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqaviləsi üzrə 3108.71 manat əsas, 44.79 manat faiz borcu, 5 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 270.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3429.45 manat məbləğində pul vəsaiti tutulmalı, habelə iddiaçı ilə bağlanan müqavilələrin şərtlərini cavabdeh əhəmiyyətli dərəcədə pozduğundan və iddiaçı müqavilələrin ləğvini tələb etdiyindən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li və 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222- 15 №-li kredit müqavilələri ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat məbləğində hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1-223-15 №-li kredit müqaviləsi üzrə 3598.72 manat əsas, 56.3 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, ümumilikdə 3660.02 manat və 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqaviləsi üzrə 3108.71 manat əsas, 44.79 manat faiz borcu, 5 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 270.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3429.45 manat və ödənilmiş dövlət rüsumu üçün 25 manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli 6-ZB-3-1- 223-15 №-li və 02 dekabr 2019-cu il tarixli 6-ZB-2-1-222-15 №-li kredit müqavilələri ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar