Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4543/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi Quliyev Toğrul Kamil oğlunun və Cavabdeh1 nümayəndəsi Süleymanov Ramil Bahəddin oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizələri üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 54674.05 manat, faiz borcu üzrə 20153.48 manat, olmaqla cəmi 74827.53 manat kredit borcunun və ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 54674.05 manat əsas, 22082.26 manat faiz borcu olmaqla, cəmi 76756.31 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış 13.04.2015-ci il tarixli, 4-13-04-2015-YS- AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 59360.00 (əlli doqquz min üç yüz altmış) manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə kreditor ilə "xxxx" MMC arasında 13.04.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Qeyd olunan müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. 4-13-04-2015-YS-AAAF-AE nömrəli 13.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 21.05.2021-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 54674.05 manat, faiz borcu üzrə 22082.26 manat olmaqla, cəmi 76756.31 manat borcu mövcuddur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçının ona qarşı olan iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Belə ki, onun "xxxx" MMC-yə qarşı iddia tələbim üzrə Abşeron rayon məhkəməsi tərəfindən 08 fevral 2018-ci il tarixli qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək "xxxx" MMC ilə aralaraında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda «AAAF Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 5 saylı binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 122,1 kv.m olan 3 otaqlı 23 saylı mənzilə görə bağlanılan 11 aprel 2015-ci il tarixli ABB YM-0365 saylı müqavilə ləğv edilmiş, "xxxx" MMC-dən onun xeyrinə mənzilin dəyəri kimi 79365 manat, maddi zərər kimi 13346 manat, mənəvi zərərə görə 2000 manat, cəmi 94731,71 manat pul tutulması qət edilmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilən apellyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" MMC həmin qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti vermişdir. Həmin şikayətə baxan Ali Məhkəmənin 07 noyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, hazırda qüvvədə olan məhkəmə aktına əsasən cavabdeh "xxxx" MMC tərəfindən ona 94731,71 (doxsan dörd min yeddi yüz yetmiş bir) manat pul ödənilməlidir. Lakin, bu günə qədər həmin təşkilat ona bir manat pul ödəməmiş,eləcə də mənzillər tikilməmişdir. O, neçə illərdir ki, ailəsi ilə birlikdə mənzilsiz qalmış və kirayələrdə əlavə xərcləri çıxır. Odur ki, iddiaçı bankın ona qarşı iddia tələbi təmin oluna bilməz. Onun nə tikinti şirkəti qarşısında, nə də bank qarşısında heç bir öhdəliyi yoxdur və öhdəliklərin icra edilməməsinə görə heç bir məsuliyyət daşımır. Bankın kreditinin vaxtında qaytarılmamasına da, onun zərərə düşməyinə və mənziliz qalmağına da səbəb cavabdeh "xxxx" MMC-nin öz öhdəliyini yerinə yetirməməsidir. Məhkəmə iclasında cavabdeh Fərqanə İbrahimovanın nümayəndəsi iddianı qəbul etməyib təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin hazırki iddia tələbini qəbul etmir və etiraz edir. Belə ki, mübahisəli kredit öhdəliyi üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktları var. İddiaçı Cavabdeh2 cavabdeh qismində "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə Bank tərəfindən ödənilmiş kredit vəsaitinin iddiaçının xeyrinə tutulması barədə Abşeron rayon məhkəməsinin, Sumqayıt Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qətnamələri və qərarı mövcuddur. Hazırda həmin məhkəmə aktı üzrə icra vərəqəsi verilmişdir. Hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qeyd olunan prosessual hüquq normasına ziddir. Çünki mübahisəli kredit müqaviləsi üzrə əsas kredit borcu təkrar olaraq cavabdeh "xxxx" MMC-dən tələb olunur ki, bu da yolverilməzdir. Odur ki, yuxarıda qeyd olunanı nəzərə almağınızı və qüvvədə olan qanunvericiliyin müddəalarını rəhbər tutaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh2 və cavabdeh "xxxx" MMC-nə qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” kredit borcun cavabdeh “AAAF- İNŞAAT" MMC-dən tutulması hissəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 13.04.2015-ci il tarixli, 4-13-04-2015-YS-AAAF-AE saylı Təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 59360.00 (əlli doqquz min üç yüz altmış) manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 11 mart 2015-ci il tarixli ABB YM-0365 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 4, ümumi sahəsi 122.1 kv.m. ibarət, 3 otaqlı 23 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonar qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 11 mart 2015-ci il tarixli ABB YM-0365 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 4, ümumi sahəsi 122.1 kv.m. ibarət, 3 otaqlı 23 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 11 mart 2015-ci il tarixli ABB YM-0365 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 4, ümumi sahəsi 122.1 kv.m. ibarət, 3 otaqlı 23 №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.8-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 11 mart 2015-ci il tarixli ABB YM-0365 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 4, ümumi sahəsi 122.1 kv.m. ibarət, 3 otaqlı 23 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 13.05.2015-ci il tarixdən başlayaraq, 13.04.2030-cu il tarixinə kimi hər ay banka 637,90 manat ödəməklə qaytarmalıdır. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh2, zamin AAAF- İnşaat MMC arasında bağlanmış 13.04.2015-ci il tarixli 4-13-04-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 13.04.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə 58766 (əlli səkkiz min yeddi yüz altmış altı) manat pul vəsaitini imza edərək təhvil almışdır. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -21.05.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 54674.05 manat, faiz borcu üzrə 20153.48 manat, olmaqla cəmi 74827.53 manat kredit borcu vardır. -27.09.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 54674.05 manat, faiz borcu üzrə 22082.26 manat, olmaqla cəmi 76756.31 manat kredit borcu vardır. -Abşeron rayon Məhkəməsinin 05.02.2018-ci il tarixli 2(012)-580/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 sayl küçəsində inşa edilən 5 saylı binanın, 4-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 23 saylı mənzilə görə bağlanmış 11 aprel 2015-ci il tarixli ABB YM-0365 saylı müqavilə ləğv edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh2 xeyrinə mənzilin dəyəri kimi aparılmış, cəmi 79.365 manat, maddi ziyan kimi 13 346.71 manat, mənəvi zərərə görə 2000 manat pul və iddianın təmin edilən hissəsinə müvafiq 20 manat dövlət rüsumuna görə ödənilmiş pul, cəmi 94731.71 (doxsan dörd min yeddi yüz otuz bir manat, yetmiş bir qəpik) tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh2 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər borclu Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 05.02.2018-ci il tarixli 2(012)-580/2018 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 sayl küçəsində inşa edilən 5 saylı binanın, 4-cü mərtəbədə sahəsi 122,1 kv.m olan 3 otaqlı 23 saylı mənzilə görə bağlanmış 11 aprel 2015-ci il tarixli ABB YM-0365 saylı müqavilə ləğv edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh2 xeyrinə mənzilin dəyəri kimi aparılmış, cəmi 79.365 manat, maddi ziyan kimi 13 346.71 manat, mənəvi zərərə görə 2000 manat pul və iddianın təmin edilən hissəsinə müvafiq 20 manat dövlət rüsumuna görə ödənilmiş pul, cəmi 94731.71 (doxsan dörd min yeddi yüz otuz bir manat, yetmiş bir qəpik) tutulması qət edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir. İşin materiallarından müəyyən edilir ki, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən 5 saylı binanın, 4-cü mərtəbəsində sahəsi 122,1 kv.m olan 3 otaqlı 23 saylı mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə Cəmiyyətlə razılaşdırılmış pul məbləğini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilədə nəzərdə tutulmuş işləri görməyi öhdəsinə götürür.Həmin müqavilənin 3.2 bəndinə görə müqavilə qiymətinin 20.005 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 59.360 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə ödənilir. Göründüyü kimi Abşeron rayon Məhkəməsinin 05.02.2018-ci il tarixli 2(012)-580/2018 saylı qətnaməsi ilə AAAF-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh2 xeyrinə mənzilin dəyəri kimi aparılmış, cəmi 79.365 manat, maddi ziyan kimi 13 346.71 manat məbləğində pul tutulmuşdur ki, Həmin pul məbləğinin 20.005 manat alıcının-Fərqanə İbrahimovanın şəxsi vəsaiti,qalan 59.360 manat isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə götürdüyü puldur. Hazırda iddia olunan 54.674.05 manat əsas borc məbləğinin cavabdehlərdən necə tutulmalı olmasına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, AAAF-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh2 xeyrinə bankın krediti hesabına ödənmiş 59.360 tutulması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi olduğundan iddia tələbi bu hissədə cavabdeh AAAF-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin % 22.082,26 manat borcuna münasibətdə qeyd edir ki, həmin borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13.04.2015-ci il tarixli, 4-13-04-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə borclular tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq Cavabdeh2 54674.05 manat əsas, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 22082.26 manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 54674.05 manat əsas, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 22082.26 manat faiz borcu və 30.40 manat dövlət rüsumu Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4543/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4543/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver