Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4545/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 37924.38 manat, faiz borcu üzrə 17587.34 manat, olmaqla cəmi 55511.72 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 37924.38 (otuz yeddi min doqquz yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 18914.69 (on səkkiz min doqquz yüz on dörd manat altmış doqquz qəpik) manat olmaqla cəmi 56839.07 (əlli altı min səkkiz yüz otuz doqquz manat yeddi qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X6 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 3-01-04-2015-YS-AAAF-RO nömrəli 01.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 180 ay müddətinə illik 10 faiz olmaqla 39780 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor "xxxx" MMC arasında 3-01-04- 2015-YS-AAAF-RO nömrəli 01.04.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. 3-01-04-2015-YS-AAAF-RO nömrəli 01.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 27.09.2021-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 37924.38 (otuz yeddi min doqquz yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 18914.69 (on səkkiz min doqquz yüz on dörd manat altmış doqquz qəpik) manat olmaqla, cəmi 56839.07 (əlli altı min səkkiz yüz otuz doqquz manat yeddi qəpik) manat borcu mövcuddur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirdi ki, iddiaçının iddiasının əsasını bankla onun arasında 01.04.2015-ci il tarixdə bağlanmış 3- 01-04-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsinə əsasən ona illik 10 faiz dərəcəsi ilə 180 ay müddətinə 39.780,00 AZN məbləğində kredit vəsaitinin verilməsi, sözügedən kredit müqaviləsinin təminatı kimi digər cavabdeh "xxxx" MMC ilə 01.04.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlaması, yuxarıda göstərilən müqavilələr üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsi və bu səbəbdən də 01.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 21.05.2021-ci il tarixinə onun iddiaçı banka əsas borc üzrə 37.924,38 manat məbləğində, faiz borcu üzrə isə 17.587,34 manat olmaqla, ümumilikdə 55511.72 manat məbləğində borcunun mövcud olması ilə əsaslandırmışdır. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü, 442ci, 448.1 -ci, 445.2.1 -ci. 472.1-ci maddələrinə, eləcədə Azərbaycan Respublikasının MPM-nin 222.2-ci maddəsinə istinad etmişdir. Aşağıda göstərilən xüsusatlara istinad edilən hüquq normalarına əsasən iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, eləcə də digər cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə mübahisəsiz qaydada müəyyən edilir ki, yuxarıda sözügedən kredit müqaviləsi üzrə verilmiş kredit vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan 01.04.2015-ci il tarixli daxili ipoteka üçün təminatlı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən 39.780,00 manat məbləğində ona ayrılmış kredit vəsaiti məhz "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilməli olan 5 №-li binanın 7-ci mərtəbəsindəki, 68 kv.m-dən ibarət, iki otaqlı, 49 №-li mənzilin "xxxx" MMC tərəfindən ona satılmasının dəyəri olaraq ayrılmış və həmin kredit məbləği tam olaraq "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin təminatını ehtiva edən 01.04.2015-ci il tarixli kredit müqaviləsinin 4-cü bəndinin tələbinə görə bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı üsulu ipoteka və “AAAF İnşaat" MMC ilə iddiaçı bank arasında 01.04.2015-ci il tarixində bağlanmış, 3-01-04-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsindən irəli gələn yuxarıda sözügedən "xxxx" MMC-nin zaminliyidir. Müqavilənin istinad olunan 4-cü bəndinə əsasən o yuxarıda sözügedən mənzilə dair hüquqlarını aidiyyatı üzrə daşınmaz əmlakın dövlət reyestrinə daxil etdirdikdən sonra həmin mənzili iddiaçı bankın xeyrinə ipoteka ilə yüklü etməyi öhdəsinə götürmüşdür. Yuxarıda sözügedən iddiaçı bankla onun arasında bağlanmış kredit müqaviləsinin borc verənin hüquqlarını tənzimləyən 13-cü bəndindən görünür ki, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadığı təqdirdə borc verənin borc alandan kredit müqaviləsi üzrə təminatı kimi çıxış edən 01 aprel 2015-ci il tarixli, "AAB YM 0285 №-li "xxxx" MMC ilə Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan ünvan 2 ünvanda "AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilməli olan 5 №-li binanın 7-ci mərtəbəsindəki, 68 kv.metrdən ibarət, iki otaqlı. 49 №-li mənzilin iddiaçı bank tərəfindən boşaldılmasının tələb edilməsini, borc alanın isə qeyri-şərtsiz bu mənzili boşaltması barədə öhdəliyi yaranır ki, bu öhdəlik də tərəfindən icra ediləcəkdir. Qeyd olunan müqavilənin 12-ci bəndində də tərəflər müəyyənləşdirmişlər ki. qrafik üzrə ödəmələr 3 (üç) ay müddətində aparıİmadıqda yuxarıda sözügedən mənzil öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə boşaldılmalıdır. Qeyd edilməsi zəruridir ki, hazırkı kredit müqaviləsinin təminatı kimi çıxış edən yuxanda sözügedən 49 №-li mənzilin yerləşdiyi 5 №-li binanı inşa etmək öhdəliyi '‘AAAF-İnşaat” MMC tərəfindən hazırkı vaxtadək icra edilməmişdir. Mənzilin yerləşdiyi 5 №-li binanın 01.04.2015-ci il tarixdən hazırkı vaxtadək keçən müddətdə inşa etməyən "AAAF İnşaat” MMC-nin iddiaçı bankla arasında bağlanmış 01.04.2015-ci il tarixində kredit müqaviləsi üzrə zamin olmaqla yanaşı, bankdan alınmış kredit məbləği tam olaraq bu Cəmiyyətdədir və keçən müddət ərzində sözügedən pul vəsaitindən o deyil, "xxxx" MMC faydalanmışdır. Belə olan təqdirdə sözügedən Cəmiyyət hazırkı iddia üzrə onunla müştərək deyil, tam məsuliyyət daşıyır. Odur ki, iddia tələbi tam həcmdə "AAAF-İnşaat” MMC-yə münasibətdə təmin edilməlidir. Digər Cavabdeh1 nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Bildirdi ki, hazırda bina tiklməkdədir, mart ayında təhvil veriləcəkdir. İddiaçı bank ilə cavabdeh arasında müqavilə var. Cavabdeh1 tərəfindən mənzil satılır, mənzil cavabdeh tərəfindən alınmışdır. Cavabdeh tərəfindən 90 gün müddətində ödəniş edilməzsə, mənzil banka təhvil verilir. İddia tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı deyil, digər cavabdehdən tələb edilməlidir. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 01 aprel 2015-ci il tarixli ABB YM- 0285 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir.Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 01 aprel 2015-ci il tarixli ABB YM- 0285 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzili boşaltmalıdır. Odur ki, iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 01.04.2015-ci il tarixli 3-01-04-2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 180 ay müddətinə illik 10 faiz hesablanmaqla 39780 (otuz doqquz min yeddi yüz səksən) manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 01 aprel 2015-ci il tarixli ABB YM-0285 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. Kredit müqaviləsinin 12.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 01 aprel 2015-ci il tarixli ABB YM-0285 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir Kredit müqaviləsinin 12.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 01 aprel 2015-ci il tarixli ABB YM-0285 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 13.8-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 01 aprel 2015-ci il tarixli ABB YM-0285 №-li "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 7, ümumi sahəsi 68 kv.m. ibarət, 2 otaqlı 49 №-li mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 01.05.2015-ci il tarixdən başlayaraq, 01.04.2021-ci il tarixinə kimi hər ay banka 427.5 manat ödəməklə qaytarmalıdır. -01.04.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə 39382 (otuz doqquz min üç yüz səksən iki) manat pul vəsaitini imza edərək təhvil almışdır. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh2, zamin AAAF- İnşaat MMC arasında bağlanmış 01.04.2015-ci il tarixli 3-01-04-2015-YS-AAAF-RO saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -21.05.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 37924.38 manat, faiz borcu üzrə 17587.34 manat, olmaqla cəmi 55511.72 manat kredit borcu vardır. -27.09.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 37924.38 manat, faiz borcu üzrə 18914.69 manat, olmaqla cəmi 56839.07 manat kredit borcu vardır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh2 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər borclu Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar,ona görə də, iddia tələbi hər iki cavabdehə münasibətdə əsaslıdır və təmin edilməlidir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi əsaslı olmaqla təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 01.04.2015-ci il tarixli 3-01-04-2015-YS-AAAF- RO nömrəli kredit müqaviləsi üzrə borclular tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 37924.38 (otuz yeddi min doqquz yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 18914.69 (on səkkiz min doqquz yüz on dörd manat altmış doqquz qəpik) manat, olmaqla cəmi 56839.07 (əlli altı min səkkiz yüz otuz doqquz manat yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 01.04.2015-ci il tarixli 3-01-04- 2015-YS-AAAF-RO nömrəli kredit müqaviləsi üzrə 37924.38 (otuz yeddi min doqquz yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat, faiz borcu üzrə 18914.69 (on səkkiz min doqquz yüz on dörd manat altmış doqquz qəpik) manat, olmaqla cəmi 56839.07 (əlli altı min səkkiz yüz otuz doqquz manat yeddi qəpik) manat borc və 30.40 manat dövlət rüsumu Azərbaycan Beynəlxalq X6 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4545/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4545/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver