Məhkəmə qərarları › İş №2(012)-4548/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4548/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4548/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə 13 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1094.08 manat əsas və 225.14 manat faiz borcu olmaqla, cəmi 1319.22 (min üç yüz on doqquz manat 22 qəpik) manat və ödənilmiş 30.4 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2018-ci il tarixli, 105897-PC********** (LD**********) nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 28% dərəcəsi ilə 24 ay müddətinə kredit xətti ayrılmışdır. Müqavilənin 3.2. bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 (on) təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq növbəti 12 (on iki) və ya 24 (iyirmi dörd) aylıq annuitet (aylıq bərabər) ödənişli forması ilə kreditə çevrilir və bu Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə Borcalan tərəfindən Banka qaytarır. Cavabdeh tərəfindən imzalanmış Müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 (otuz) günədək gecikdirilməsinə görə qalıq borc məbləği (əsas borc, faiz və cərimə) kapitallaşdırılaraq 1094.08 AZN avtomatik olaraq növbəti 12 (on iki) ay üçün annuitet (aylıq bərabər) ödənişli kredit məbləğinə çevrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kredit şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 da iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işin materiallarında olan 14 sentyabr 2018-ci il tarixli, 105897-PC********** nömrəli kredit xətti müqaviləsindən müəyyən edilir ki, borclu Cavabdeh İddiaçı ASC tərəfindən 28% dərəcəsi ilə 24 ay müddətinə kredit xətti ayrılmışdır. Mülki işin materiallarından olan 04 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh 14 sentyabr 2018-ci il tarixli, 105897-PC********** (LD**********) nömrəli kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-yə 04 may 2021-ci il tarixinə 1094.08 manat əsas və 225.14 manat faiz borcu olmaqla, cəmi 1319.22 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit xətti müqavilənin bağlanmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən iddia əsaslı olmaqla təmin edilməli, Cavabdeh 1094.08 manat əsas və 225.14 manat faiz borcu olmaqla, cəmi 1319.22 manat məbləğində pul alınaraq İddiaçı ASC-nə qaytarmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30.4 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1094.08 manat əsas və 225.14 manat faiz borcu olmaqla, cəmi 1319.22 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30.4 manat dövlət rüsumuna görə pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar