Məhkəmə qərarları › İş №2(012)-4556/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4556/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4556/2020 30.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, iddiaçı Həmid-D MMC-nin Cavabdeh barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Həmid-D MMC Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 264 manat əsas borc, kreditor tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə 284 manat məbləğində pulun kreditor Həmid-D MMC-nin xeyrinə tutulması barədə əmr qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 279.2.2. maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa baxılmanın sadələşdirilmiş qaydalarına yol verimir və ərizənin baxılmasından imtina üçün əsasdır. Göründüyü kimi hazırkı kreditor tələbini əsaslandırdığı sənədlərdən yalnız iki sənəd- “Kredit şərti ilə malın alqı-satqısı müqaviləsi” və “kredit pul şeki” ərizəyə əlavə etmiş, həmin sənədlər isə verilmiş tələbi təsdiq edilməsi üçün natamamdır və tam sübuta yetirmir. MPM-nin 276.1. maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Odur ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Bundan başqa ərizə verilərkən MPM-nin 278 maddəsinin tələblərinə uyğun verilməmişdir. Ərizə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilsə də, məzmunundan və xahiş edirəm hissələrində ərizənin əmr icraatı qaydasında verilməsi müəyyən olunur. MPM-nin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275- 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Həmid-D MMC Cavabdeh barəsində borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar