Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4575/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızına və Cavabdeh3 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızına və Cavabdeh3 qarşı «kreditin, kredit faizinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər-vərəsələr Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızından və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 325,35 manat əsas, 18,67 manat faiz, 1,23 manat cərimə olmaqla cəmi 345,25 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X10 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, kreditor "xxxx" KB ASC ilə borclu X7 arasında bağlanmış 04.08.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 30% ödəmək şərtilə 500 manat kredit verilmişdir. Borclu-mərhum X3 vəfat etdiyi müəyyən olunduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 2 saylı Notariat ofisinə 30.04.2020ci il tarixli məktubla müraciət olunmuşdur. 2 saylı Notariat ofisinin 07.05.2020-ci tarixli cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar cavabdehlər-vərəsələr Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızının və Cavabdeh3 ərizəsi əsasında vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan-mərhum X3 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdehlər-vərəsələr Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızının və Cavabdeh3 müəyyən olunması anlamına gəlir. Nəticədə, cavabdehlərin kredit müqaviləsi üzrə 07.09.2020-ci il tarixinə "xxxx" KB ASC-yə 325,35 manat əsas, 18,67 manat faiz, 1,23 manat cərimə olmaqla cəmi 345,25 manat borcu yaranmışdır. Bakı şəhəri 1 saylı Asan xidmət Notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılmış işlə bağlı cavabdehlərvərəsələr Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızı və Cavabdeh3 borclumərhum X3 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olmuşlar. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdehlər-vərəsələr Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızı və Cavabdeh3 mərhum-borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi, eyni zamanda, onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu, bankın cavabdehlərdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızına və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borcverən Unibank KB ASC ilə borcalan X8 arasında bağlanmış 04.08.2014-cü il tarixli 2788tkXRD/14 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə qaytarmaq, illik 30% ödəmək şərtilə 500 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.02.2017-ci il tarixli AZ-İ № 853675 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 13.02.2017-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 120 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -27.07.2017-ci il tarixli 2V-73 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, 13.02.2017-ci il tarixdə ölmüş mərhum X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsi tərəfindən 12.03.2016-cı il tarixdə X5 verilmiş **********14-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M keçid 1, 1-ci döngə 19 ünvanında yerləşən 18 kv.mdən ibarət fərdi yaşayış evindən ibarətdir. -ünvan Notariat Ofisinin 17.05.2020-ci il tarixli 69 saylı məktubundan görünür ki, 13.02.2017-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış əmlaka dair onun vərəsələri, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına 27.07.2017-ci il tarixdə 2V-73 reyestrlə Qanun üzrə vərəsəlik işi açılmışdır. -Unibank KB ASC-nin 07.09.2020-ci il tarixli arayışından müəyyən olunur ki, X3 04.08.2014-cü il tarixli 2788tkXRD/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 325,35 manat əsas, 18,67 manat faiz, 1,23 manat cərimə olmaqla cəmi 345,25 manat borcu vardır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 26.08.2020-ci il tarixli arayışdan görünür ki, Əliyev X6 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M keçid 1, 1-ci döngə 19 saylı evdə qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 11.11.2010-cu il tarixli AZE № 08565950 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Xırdalan şəhəri məhəllə 26, 21/6 saylı evdə qeydiyyatda olmuşdur. İddia tələbinin cavabdehlərlə bağlı hissəsində məhkəmə qeyd edir ki, ilk olaraq iddia tələbinin yönəldiyi cavabdehlərin həmin iddia tələbi ilə bağlı subyektiv hüququnun olubolmamağı müəyyənləşdirilməlidir. Belə ki, iddia tələbi Şamilova (Quliyeva) Səadət Rəşid qızı vəfat etdiyindən onun varisi Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızına və Cavabdeh3 yönəldilmişdir. Abşeron rayonu 2 saylı notariat kontorunun 17.05.2020-ci il tarixli 69 saylı cavab məktubundan görünür ki, 13.02.2017-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış əmlaka dair onun vərəsələri, Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızının və Cavabdeh3 adlarına 27.07.2017-ci il tarixdə 2V- 73 reyestrlə Qanun üzrə vərəsəlik işi açılmış və həmin vərəsələr mərhum X2 miras qalmış daşınmaz əmlakdan hər biri 1/3 hissədə olmaqla pay almışlar. Göründüyü kimi mərhum şəxsin vərəsələri artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızının və Cavabdeh3 cavabdehlər kimi göstərilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Həmçinin, Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Şəxsin ipoteka müqaviləsindən irəli gələn vəzifələri şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, ipoteka qoyanın öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan əmlak öhdəliyidir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin araşdırılan hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, "xxxx" Kommersiya Bankı ASC ilə Şamilova (Quliyeva) Səadət Rəşid qızı arasında bağlanmış 04.08.2014-cü il tarixli 2788tkXRD/14 saylı kredit müqaviləsi üzrə cavabdehlər-vərəsələr Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızından və Cavabdeh3 müştərək qaydada 325,35 manat əsas, 18,67 manat faiz, 1,23 manat cərimə olmaqla cəmi 345,25 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaiti tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. "xxxx" Kommersiya Bankı ASC ilə Şamilova (Quliyeva) Səadət Rəşid qızı arasında bağlanmış 04.08.2014-cü il tarixli 2788tkXRD/14 saylı kredit müqaviləsi üzrə cavabdehlərvərəsələr Cavabdeh1, Əliyeva (Balakişiyeva) Surabikə İsmayıl qızından və Cavabdeh3 müştərək qaydada 325,35 (üç yüz iyirmi beş manat otuz beş qəpik) manat əsas, 18,67 (on səkkiz manat altmış yeddi qəpik) manat faiz, 1,23 (bir manat iyirmi üç qəpik) manat cərimə olmaqla cəmi 345,25 (üç yüz qırx beş manat iyirmi beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat pul vəsaiti tutulub iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4575/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4575/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver