Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4583/2021 11.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 13.03.2010-cu il təvəllüdlü X6 və 28.09.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh X4 hər uşağa görə sabit pul məbləğində tutulan alimentin məbləğinin 154 manatdan artırılaraq 175 manat müəyyən olunması və hər ay cəmi 350 manat olmaqla alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X9 ilə 18 sentyabr 2010cu il tarixdə Sumqayıt şəhəri qeydiyyat şöbəsində rəsmi olaraq nikaha daxil olmuşlar. Birgə nikahdan övladları 13.03.2010-cu il təvəllüdlü X10 və 28.09.2014-cü il təvəllüdlü X12 doğulmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(060)-998/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, X6 və X2 üçün 154 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Uşaqlar orta məktəbə gedir. Ona görə də, onların məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını və ehtiyacını iddiaçı çəkir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək, tək qadın olaraq iddiaçı üçün çox çətindir. Bu səbəbdən də iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 izahatında alimentin artırılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 04.08.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 482428 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 13.03.2010cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X9, anası X3r. Mülki işin materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 14.01.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 446054 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 28.09.2014cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X9, anası İddiaçıdır. Mülki işin materiallarından olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-998/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X9 ilə İddiaçı arasında olan Sumqayıt şəhər qeydiyyat şöbəsində 18 sentyabr 2010-cu il tarixdə bağlanmış və 1455 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 13.03.2010-cu il təvəllüdlü X6 və 28.09.2014-cü il təvəllüdlü X8 anası İddiaçı himayəsində qalmaları, X4 hər ay hər uşağa 154 (bir yüz əlli dörd) manat olmaqla, ümumilikdə 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin 18.10.2018-ci il tarixdən başlayaraq tutulub, 13.03.2010-cu il təvəllüdlü X10 və 28.09.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 13 mart 2010cu il təvəllüdlü X10 və 28 sentyabr 2014-cü il təvəllüdlü X12 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-998/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən X9 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, 13 mart 2010-cu il təvəllüdlü X10 və 28 sentyabr 2014-cü il təvəllüdlü X8 anasının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 oktyabr 2018-ci il tarixdən başlayaraq X4 hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini və cavabdehin razılığını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 13 mart 2010-cu il təvəllüdlü İddiaçı və 28 sentyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment X4 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-998/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə 13 mart 2010-cu il təvəllüdlü X10 və 28 sentyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmalı, X4 13 mart 2010-cu il təvəllüdlü X10 və 28 sentyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-998/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə 13 mart 2010-cu il təvəllüdlü X10 və 28 sentyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılsın. X4 13 mart 2010-cu il təvəllüdlü X10 və 28 sentyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. X4 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4583/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4583/2021
11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver