Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4607/2021 08.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 11 iyun 2014cü il tarixli 11-G-1-0-263-14 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3504.15 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 11 iyun 2014-cü il tarixli 11-G-1-0- 263-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 25 faizlə 60 ay müddətinə 46000 manat kredit götürmüşdür. Cavabdeh borcu ödəməkdən boyun qaçırdığı üçün bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 22.10.2018-ci il tarixli, 2(012)-4852/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli, 2(105)-866/2020 saylı qətnaməsi ilə iddiaçı və cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2020-ci il tarixli, 2(102)- 3940/2020 saylı qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmişdir. 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün 11 iyun 2019-cu il tarixdən 02 iyun 2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 3504.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3504.15 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarından olan 07 iyun 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 11 iyun 2014-cü il tarixli 11-G-1-0-263-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC (indiki Yelo Bank ASC) tərəfindən illik 25 faizlə 60 ay müddətinə 46 000 manat məbləğində kredit verilmişdir. 02 iyun 2021-ci il tarixinə Cavabdeh əsas borca hesablanmış 5 faiz əldən çıxmış fayda məbləği 3504.15 manat (11.06.2019-cu il tarixdən 02.06.2021-ci il tarixədək əsas borca hesablanmış 5 %) təşkil edir. Abşeron rayon Məhkəməsinin 22.10.2018-ci il tarixli, 2(012)-4852/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 35305 manat əsas kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı İKB-yə ödənilməsi, tələbin Cavabdeh və X2 ümumi mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 221000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh İddiaçı İKB-yə olan borcu ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli, 2(105)- 866/2020 saylı qətnaməsi ilə İddiaçı İKB-nin nümayəndəsi İ.Hacıyevin verdiyi apelyasiya şikayəti və cavabdehlər Cavabdeh və S Q.Əlizadənin birgə verdikləri apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(012)- 4852/2018 saylı qətnaməsi - «Cavabdeh iddiaçı ”Nikoyl” İKB-nin xeyrinə 35.305 manat əsas kredit borcu tutulsun» hissəsində dəyişdirilib, əsas kredit borcu 27.779 (iyirmi yeddi min yeddi yüz yetmiş doqquz) manat 24 (iyirmi dörd) qəpik məbləğində müəyyən edilməsi, qətnamə - «Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi, ipoteka predmetinə tutmanın - yönəldilməsi ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı İKB-yə ödənilməsi, tələbin cavabdehlər Cavabdeh və X2 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşay 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin ev 221.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına X4 İddiaçı İKB-yə olan borcunun ödənilməsi, ipoteka predmeti açıq hərracca satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçı olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh Mika qızına qaytarılması və iddianın qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat pulun 149 (yüz qırx doqquz) manat 46 (qırx altı) qəpik hissəsinin Cavabdeh Mika qızından, 140 (yüz qırx) manat 54 (əlli dörd) qəpik hissəsi İddiaçı İKB-dən alınaraq AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖE' ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 21 hesabına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2020-ci il tarixli, 2(102)-3940/2020 saylı qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2020-ci il tarixli, 2(105)-866/2020 saylı qətnaməsinin iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cıı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh "xxxx" ASC-nin xeyrinə 11 iyun 2014-cü il tarixli 11-G-1-0-263-14 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3504.15 manat məbləğində əldən çıxmış fayda üçün pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 11 iyun 2014-cü il tarixli 11-G-1-0-263-14 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3504.15 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4607/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4607/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver