Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4610/2021 22.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh Badır oğluna qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh Badır oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Badır oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 691,67 ABŞ dolları əsas və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kreditor "xxxx" KB ASC ilə borclu-mərhum X3 arasında bağlanmış 12.09.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 1900 USD məbləğində kredit verilmişdir. Borclu-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan tərəflərindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu 2 saylı Notariat ofisinə məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu 2 saylı Notariat ofisinin 12.03.2018-ci tarixli cavab məktubu ilə X3 vəfat etməsi ilə əlaqədar cavabdeh - vərəsə Cavabdeh Badır oğlunun ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borclu-mərhum X3 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh Badır oğlunun müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11.06.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 691,67 USD əsas borcu yaranmışdır.Ədliyyə Nazirliyi Abşeron rayonu 2 saylı Notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan gğründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdeh-vərəsə Cavabdeh Badır oğlu borclu-mərhum X1 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olub. Cavabdeh – vərəsə Cavabdeh Badır oğlu borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda, öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş olunur. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Anar Ə.Tağızadə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə onların iştirakları olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Badır oğlu məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan "xxxx" KB ASC ilə X3 arasında bağlanmış 12.09.2014cü il tarixli, 8174nkADJ/14 saylı Kredit və Bank Hesabı müqaviləsinin surətindən müəyyən edilir ki, bank X2 24 ay müddətinə, 12.09.2016-cı il tarixinədək illik 25 % olmaq şərtilə 1900 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 8174nkADJ/14 saylı kredit müqaviləsinə 1 saylı Əlavə ödəniş cədvəlindən görünür ki, borclunun 12.10.2014-cü il tarixindən 12.09.2016-cı il tarixinədək olan borcu 1900 ABŞ dolları əsas, 533.69 ABŞ dolları faiz, cəmi 2433.69 ABŞ dolları təşkil edir. Mülki işin materiallarında olan 11.06.2021-ci il tarixli, BANK/PİKMD/962147 №-li arayışın surətindən müəyyən edilir ki, X1 iddiaçı "xxxx" KB ASC-yə 8174nkADJ/14 saylı kredit müqaviləsi üzrə 11 iyun 2021-ci il tarixinə 691,67 ABŞ dolları əsas borcu vardır. Mülki işin materiallarında olan 12.10.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Mülki iş materiallarında olan 15.05.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh X2 borcu 3 iş günü müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.12.2015-ci il tarixli AZ-İ № 777221 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 29.12.2015-ci il tarixdə Koma İİ dərəcə səbəbindən Bakı şəhərində vəfat etmişdir. 16.03.2016-cı il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 26.12.2015-c il tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh Bədir oğlu – Abşeron Hökməli qəs., A.Əhmədov küç., ev 2 (AZE ********, 10/05/2014- Sumqayıt – ASAN) və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak 1463.29 (bir min dörd yüz altmış üç manat iyirmi doqquz qəpik) manat məbləğində sığorta ödənişi ibarətdir. Mülki iş materiallarında olan 03.04.2018-ci il tarixli bildirişdən görünür ki, "xxxx" Kommersiya Bankı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu 5 gün müddətində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə görə Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cu maddəsinə görə Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, borclu vəfat etdiyindən müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirə bilməmişdir. Odur ki, cavabdeh X1 vərəsəsi Cavabdeh Badır oğlu həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia olunan 691,67 ABŞ dolları (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) məbləğində pul ondan alınaraq iddiaçı "xxxx" KB ASC-yə qaytarmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış 12.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X1 vərəsəsi Cavabdeh Badır oğlundan 691,67 ABŞ dolları (qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun manatla) əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4610/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4610/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver