Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4626/2021 30.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.02.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Soyuducu üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED Televizor, Sonorous Surefix asqı üçün 943 manat ödənilməmiş hissə, 283 manat dəbbə pulu və 23.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED Televizor üçün 432 manat ödənilməmiş hissə, 116 manat dəbbə pulu olmaqla, ümumilikdə 3334 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21.02.2019-cu il, 07.09.2019-cu il və 23.09.2019-cu il tarixli müqavilələrə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Soyuducu, Samsung LED Televizor, Sonorous Surefix asqı və Samsung LED Televizor almış, nəticədə 3334 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 21.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2169 manat olan Hoffmann Paltaryuyan, Hoffmann Soyuducu üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu olmaqla cəmi 2169 manat borcu yaranmışdır. 07.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1134 manat olan Samsung LED Televizor, Sonorous Surefix asqı üçün 943 manat ödənilməmiş hissə, 283 manat dəbbə pulu pulu olmaqla, cəmi 1226 manat borcu yaranmışdır. 23.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1412 manat olan Samsung LED Televizor üçün 432 manat ödənilməmiş hissə, 116 manat dəbbə pulu olmaqla, cəmi 548 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə hər üç müqavilə üzrə cəmi 2140 manat təşkil edir. Onun hazırda ümumi borcu 3334 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 21.02.2019-cu il tarixli 00526385 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Hoffmann Paltaryuyan, Hoffmann Soyuducunu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.09.2019-cu il tarixli 00896089 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung LED Televizor, Sonorous Surefix asqısını qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.09.2019-cu il tarixli 00933065 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Samsung LED Televizorunu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 21.02.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Soyuducu üçün 1200 manat ödənilməmiş hissə, 360 manat dəbbə pulu olmaqla, ümumilikdə 1560 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 07.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED Televizor, Sonorous Surefix asqı üçün 943 manat ödənilməmiş hissə, 283 manat dəbbə pulu olmaqla, ümumilikdə 1226 manat borcu vardır. Həmin ödəniş cədvəlindən görünür ki, onun "xxxx" MMC-yə 23.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED Televizor üçün 432 manat ödənilməmiş hissə, 116 manat dəbbə pulu olmaqla, ümumilikdə 548 manat borcu vardır. Cavabdehin hər üç müqavilə üzrə cəmi 3334 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 21.02.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 360 manat dəbbə pulunun məbləği azaldılmalı və 20 manat müəyyən edilməlidir. Həmçinin, 07.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 283 manat dəbbə pulunun məbləği azaldılmalı və 15 manat müəyyən edilməlidir. Eləcə də, 23.09.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 116 manat dəbbə pulunun məbləği azaldılmalı və 5 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh 21.02.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Soyuducu üçün 1200 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED Televizor, Sonorous Surefix asqı üçün 943 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu və 23.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED Televizor üçün 432 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 2615 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21.02.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Paltaryuyan, Hoffmann Soyuducu üçün 1200 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 07.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED Televizor, Sonorous Surefix asqı üçün 943 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu və 23.09.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED Televizor üçün 432 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 2615 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4626/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4626/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver