Məhkəmə qərarları › İş №2(012)-4627/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4627/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4627/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Radiator üçün 80 (səksən) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED televizor üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə pulu; 28.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Ventilyator üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu; 09.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje Paltaryuyan, HOFFMANN Soyuducu üçün 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 297 (iki yüz doxsan yeddi) manat dəbbə pulu; 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Soft - Yumsaq - 3 yerli mebel əşyası üçün 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 85 (səksən beş) manat dəbbə pulu; 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********07530 olan Huawei P Smart Z markalı telefon üçün 520 (beş yüz iyirmi) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə pulu; 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Ütü üçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə, 2926 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Babayeva Məlahət Məmmədağa qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 23.11.2019-cu il, 03.04.2019-cu il, 28.06.2019-cu il, 09.07.2019-cu il, 22.07.2019-cu il, 26.09.2019-cu il, 24.10.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, Hoffmann Radiator, HOFFMANN LED televizor, HOFFMANN Ventilyator, Gorenje Paltaryuyan, HOFFMANN Soyuducu, Soft - Yumsaq - 3 yerli mebel əşyası, İMEİ Kodu **********07530 olan Huawei P Smart Z markalı telefon, Philips Ütü almış və nəticədə 2926 (iki min doqquz yüz iyirmi altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat (12 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Radiator üçün ümumilikdə, 104 (yüz dörd) manat olmaqla ondan 80 (səksən) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED televizor üçün ümumilikdə, 319 (üç yüz on doqquz) manat olmaqla ondan 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə pulu; 28.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 132 (yüz otuz iki) manat (11 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN Ventilyator üçün ümumilikdə, 46 (qırx altı) manat olmaqla ondan 36 (otuz altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu; 09.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1620 (min altı yüz iyirmi) manat (18 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan Gorenje Paltaryuyan, HOFFMANN Soyuducu üçün ümumilikdə, 1287 (min iki yüz səksən yeddi) manat olmaqla ondan 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 297 (iki yüz doxsan yeddi) manat dəbbə pulu; 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 380 (üç yüz səksən) manat (20 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan Soft - Yumsaq - 3 yerli mebel əşyası üçün ümumilikdə, 370 (üç yüz yetmiş) manat olmaqla ondan 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 85 (səksən beş) manat dəbbə pulu; 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********07530 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə, 676 (altı yüz yetmiş altı) manat olmaqla ondan 520 (beş yüz iyirmi) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə pulu; 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 (yüz qırx dörd) manat (12 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan Philips Ütü üçün ümumilikdə, 124 (yüz iyirmi dörd) manat olmaqla ondan 96 (doxsan altı) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1483 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, onkoloji xəstəlikdən əziyyət çəkdiyini, iddia tələbində qeyd olunan məbləği ödəməyə maddi imkanı olmadığını bildirərək, qərar qəbul edilərkən dəbbə borcunun azaldılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 03.04.2019-cu il tarixli, 00597023 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən HOFFMANN LED televizoru qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.06.2019-cu il tarixli, 00748936 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən HOFFMANN Ventilyatoru qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.07.2019-cu il tarixli, 00771627 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Gorenje Paltaryuyan, HOFFMANN Soyuducunu qəbul etmiş və malların qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.07.2019-cu il tarixli, 00797819 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Soft - Yumsaq - 3 yerli mebel əşyasını qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.09.2019-cu il tarixli, 00940381 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********07530 olan Huawei P Smart Z markalı telefonu qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.10.2019-cu il tarixli, 01001459 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Philips Ütünü qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.11.2019-cu il tarixli, 00597023 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən Hoffmann Radiatoru qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 may 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən 80 (səksən) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə pulu; 28.06.2019-cu il tarixli müqaviləsinə əsasən 36 (otuz altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu; 09.07.2019-cu il tarixli müqaviləsinə əsasən 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 297 (iki yüz doxsan yeddi) manat dəbbə pulu; 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 85 (səksən beş) manat dəbbə pulu; 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən 520 (beş yüz iyirmi) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə pulu; 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən 96 (doxsan altı) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat dəbbə pulu olmaqla, ümumilikdə, 2926 manat borcu vardır. İş materiallarında olan 31.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 23.11.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 24 (iyirmi dörd) manat dəbbənin məbləği azaldılmalı, 8 (səkkiz) manat müəyyən edilməli; 03.04.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 81 (səksən bir) manat dəbbənin məbləği azaldılmalı, 23 (iyirmi üç) manat müəyyən edilməli; 28.06.2019cu il tarixli müqaviləsinə əsasən 36 (otuz altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbənin məbləği azaldılmalı, 4 (dörd) manat müəyyən edilməli; 09.07.2019-cu il tarixli müqaviləsinə əsasən 990 (doqquz yüz doxsan)manat ödənilməmiş hissə, 297 (iki yüz doxsan yeddi) manat dəbbənin məbləği azaldılmalı, 99 (doxsan doqquz) manat müəyyən edilməli; 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 85 (səksən beş) manat dəbbənin məbləği azaldılmalı, 28 (iyirmi səkkiz) manat müəyyən edilməli; 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən 520 (beş yüz iyirmi) manat ödənilməmiş hissə,156 (yüz əlli altı) manat dəbbənin məbləği azaldılmalı, 52 (əlli iki) manat müəyyən edilməli; 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən 96 (doxsan altı) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat dəbbənin məbləği azaldılmalı, 10 (on) manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Radiator üçün 80 (səksən) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED televizor üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə pulu; 28.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Ventilyator üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu; 09.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje Paltaryuyan, HOFFMANN Soyuducu üçün 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat dəbbə pulu; 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Soft - Yumsaq - 3 yerli mebel əşyası üçün 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat dəbbə pulu; 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********07530 olan Huawei P Smart Z markalı telefon üçün 520 (beş yüz iyirmi) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu; 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Ütü üçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə, 2469 (iki min dörd yüz altmış doqquz) manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann Radiator üçün 80 (səksən) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat dəbbə pulu; 03.04.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED televizor üçün 238 (iki yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə pulu; 28.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Ventilyator üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu; 09.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Gorenje Paltaryuyan, HOFFMANN Soyuducu üçün 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat dəbbə pulu; 22.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Soft - Yumsaq - 3 yerli mebel əşyası üçün 285 (iki yüz səksən beş) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat dəbbə pulu; 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********07530 olan Huawei P Smart Z markalı telefon üçün 520 (beş yüz iyirmi) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə pulu; 24.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Philips Ütü üçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla, ümumilikdə, 2469 (iki min dörd yüz altmış doqquz) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar