Məhkəmə qərarları › İş №2(012)-464/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-464/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-464/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri, 26 saylı vəkil bürosunun vəkili Vəkil, cavabdeh Bağçalı Evlər MTK-nın nümayəndəsi X3 iştirakları ilə İddiaçı Bağçalı Evlər MTK-ya qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər üzrə pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsayeva X8 Evlər MTK-ya qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər üzrə pul tələbi barədə iddiayla məhkəməyə müraciət etmiş və Abşeron rayonu Masazir qəsəbəsində yerləşən, Bağçalı Evlər MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binanın 2-ci blokunda 6-cı mərtəbəsində 3 otaqlı 114.6 kvadratlı 52 saylı mənzilin alınmasına dair ödədiyi 43320(qırx üç min üç yuz iyirmi) manat pulu Abşeron rayonu Masazir qəsəbəsində yerləşən, Bağçalı Evlər MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı vətəndaş X12 ilə Rusiya Federasiyasında 2014-cu ildə ailə həyatı qurmuşdur, həmin vaxtdan bir yerdə faktiki ər arvad kimi yaşamışlar.Həmin vaxtlar artıq üç ildən cox onunla ər arvad kimi Rusiya Federasiyasına öz evində yaşayırdı, 2016-ci ildə Azərbaycana gələrək Abşeron rayonu, Masazir qəsəbəsində yerləşən Bağçalı Evlər MTK-ya məxsus olan yaşayış kompleksində 3 nömrəli binada, 2-ci blokda 6-cı mərtəbədə 3 otaqlı sahəsi 114.6 kv.m olan 52 saylı mənzili şəxsi vəsaitiylə 43320-manata öz adına almışdır. Adı çəkilən evdə bir müddət yaşamışlar. Rusiyada cavabdeh X12 ilə 14 oktyabr 2017-ci ildə rəsmi nigah bağlamışlar.Bir müddət keçəndən sonra ailədə soyuqluq yaranmışdır, Bakıda aldığı mənzilin satılmasını ondan tələb etmişdir. O, buna razılıq vermədi, məlum oldu ki, cavabdeh Rusiyada narkotik alverilə məşquldur, ona qədər Rusiyada iki dəfə məhkum olunub, üç dəfə evlənərək boşanıb, Bakıda aldığı evi satdırıb pulunu narkotik alverinə sərf etməyi istəyirdi. Onda başa düşdü ki, cavabdeh həyat yoldaşı X12 onu aldadıb mənzilidə bu məqsədnən yəni, sonra aldığı mənzili satdırıb Rusiyaya getməyi planlaşdırıb. O, evi satmadı. Bir müddətdən sonra o, Rusiya Federasiyasında getdi, orda həbs olunub və onu məhkəməyə verərək heç bir əsas olmadan ona aid olan müqavilə ləğv edilmişdir. Bu hadisələrdən sonra X2 rayonu Masazir qəsəbəsində yerləşən Bağçalı Evlər Mənzil Tikinti Kooperativindən onun adına olan 27 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən aldığı evi adında olan müqavilə yenidən eyni ev X9 da satılmışdır. Bağçalı Evlər MTK arasında Mənzilə dair bağladığı 27 noyabr 2016-ci il tarixli Müqavilə əsasında aldığı ev X6 adına da verilmişdir.Bu qanunsuz və əsassızdır.Belə qanunsuz hərəkətə görə Bağçalı evlər MTK-dan onun 43320-manat pulun alınaraq ona verilməsini tələb edir. İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri, 26 saylı vəkil bürosunun vəkili Vəkil iddia ərizəsi il eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bağçalı Evlər MTK-nın nümayəndəsi X7 iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia tələbi əsassızdər. "Bağçalı Evlər” MTK ilə İddiaçı arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilməsi qət edilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iddia ərizələrini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan mülki işin materiallarında olan "Bağçalı Evlər” MTK ilə X12 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış Tikinti haqqında fərdi müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "Bağçalı Evlər” MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Mənzilin 1 kv.m-nin qiyməti 380 manat həcmindədir. Mənzilin ümumi dəyəri 114,6 kv.m-dir. Müqavilənin qiyməti 43320 manatdır. Mülki iş materiallarında olan Payçılıq vəziyyəti barədə "Bağçalı Evlər” MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, X2 rayonu, Masazır qəsəbəsində yerləşən "Bağçalı Evlər” MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binada, 2-ci blokda, 6-cı mərtəbədə 3 otaqlı, sahəsi 114,6 kv.m olan 52 saylı mənzil almışdır. Sifarişli mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda sifarişçinin MTKya mənzil üzrə borcu yoxdur. Mülki işin materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 cavabdeh X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Bağçalı Evlər” Mənzil Tikinti Kooperativinə) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzilindən çıxarılmaları və qanunsuz sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh X1 Nəsimi Akif oğlunun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildən çıxarılması,"Bağçalı Evlər” MTK ilə İddiaçı arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışın etibarsız hesab edilməsi, Müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı pul tələbinə dair iddiası qismən təmin edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, "Bağçalı Evlər” MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərə görə 14.994,6 manat məbləğində pul X5 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 337.3-cü maddəsinə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edildiyi kimi Abşeron rayon məhkəməsinin 2(012)-251/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən İddiaçı X6 cavabdeh X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Bağçalı Evlər” Mənzil Tikinti Kooperativinə) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzilindən çıxarılmaları və qanunsuz sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh X1 Nəsimi Akif oğlunun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildən çıxarılması,"Bağçalı Evlər” MTK ilə İddiaçı arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışın etibarsız hesab edilməsi, Müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı pul tələbinə dair iddiası qismən təmin edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, "Bağçalı Evlər” MTKda yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərə görə 14.994,6 manat məbləğində pul X5 alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Ona görə də İddiaçı müqavilə üzrə borcun tutulmasını tələb etsə də,"Bağçalı Evlər” MTK ilə İddiaçı arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışın etibarsız hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Ona görə də Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bağçalı Evlər MTK-ya qarşı Abşeron rayonu Masazir qəsəbəsində yerləşən, Bağçalı Evlər MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binanın 2-ci blokunda 6-cı mərtəbəsində 3 otaqlı 114.6 kvadratlı 52 saylı mənzilin alınmasına dair ödədiyi 43320(qırx üç min üç yuz iyirmi) manat pulun Abşeron rayonu Masazir qəsəbəsində yerləşən, Bağçalı Evlər MTK-dan tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar