Məhkəmə qərarları › İş №2(012)-466/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-466/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-466/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona dəymiş 432000 manat maddi və 70000 manat mənəvi ziyan olmaqla, cəmi 502000 manat pulun alınıb ona verilməsinə dair qətnamə və cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2006-cı ildən bəri metallurgiya sahəsində işləyir və 12 may 2023-cü ildə əmək müqaviləsinə əsasən "xxxx" MMC-də işləməyə başlamışdır. 19 mart 2024-cü il tarixdə işdə əmək funksiyalarını yerinə yetirən zaman kimyəvi maddənin daşması nəticəsində ayağı yanmışdır. Bildirir ki, ayağında özünə məxsus olan ayaqqabı olmuşdur. Onlara müəssisədə işləyən zaman əməyin mühafizəsi qaydasında kaska və əlcək verilsə də çəkmə və digər vasitələr, o cümlədən, xüsusi paltar verilməmiş, beləliklə, əmək mühafizəsi qaydalarına əməl olunmamışdır. Hadisə nəticəsində onun ayağı ayaqqabının içərisində olmasına baxmayaraq yanmışdır. Onu həmin tarixdə heç bir yardım göstərmədən işdən buraxmışdırlar. O, yaşadığı evə gələrək orada, uzun müddətdir ki, müalicə olunur. Bildirir ki, 19 mart 2024-cü il tarixdən sonra əmək qabiliyyətini itirdiyindən işə getməmişdir. Ona mart ayı üçün əmək haqqı verilsə də sonrakı aylar üçün əmək haqqı və məzuniyyət pulu verilməmişdir. Sonradan X8 ilə yazışmalar zamanı əmək müqaviləsinə həmin tarixdə xitam verildiyini öyrənmişdir. Bildirir ki, cavabdeh təşkilatda işlədiyi müddətdə hər ay 2000 manat əmək haqqı almışdır. Belə ki, əmək haqqının 600 manatını kart vasitəsilə, 1400 manat məbləğində pulu isə əlbəəl almışdır. Qeyd edir ki, onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinin müddəti 12 may 2024-cü il tarixdə bitmişdir. Xəsarət almayacağı təqdirdə əmək müqaviləsinin müddəti uzadılacaqdı və yenidən həmin müəssisədə əmək fəaliyyətini davam etdirə bilərdi, beləliklə də hər ay 2000 manat əmək haqqı ala bilərdi. Bundan başqa o, həmin müəssisəyə işə girən zaman tam həkim müayinəsindən keçmiş və heç bir xəstəliyinin olmaması müəyyən edilmişdir. Kimyəvi yanıq aldıqdan sonra isə səhhətində problemlər yaranmış, hazırda daima təzyiqi yüksək vəziyyətdədir və ürəyində ağrılar əmələ gəlmişdir. Hazırda heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Tez-tez yüksək təzyiqdən əziyyət çəkir. O, uzun müddətdir ki, müalicə olunur. Ayağındakı yanığa görə uzun müddətdir ki, hərəkət etməkdən məhrum olmuşdur. Ayağına hazırda da ayaqqabı geyinəndə əziyyət çəkir və hələ də müalicə olunur. Zavodun mühasibi olan Emin adlı şəxs ona köməklik edilməsinə razılıq vermiş, buna baxmayaraq ona kömək edilməmişdir. Sözügedən məsələ ilə bağlı o, hüquq mühafizə orqanlarına müraciət etmiş, Sumqayıt şəhər prokurorunun köməkçisi İll dərəcəli hüquqşünas İmran Əhmədovun icraatında olan 120C-24 saylı material üzrə 06 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da aydın olur ki, həqiqətən də o, Cavabdeh MMC-də istehsalat sahəsi üzrə sobaçı kimi işlədiyi müddətdə xx.xx.2024-cü il tarixdə, saat 06 radələrində metal qırıntılarının sobaya atılması zamanı sobadan çıxan kiçik ölçüdə isti metal sağ ayağının barmaq hissəsinə düşərək ayağını yandırmışdır. Qeyd edilən qərarın 5-ci səhifəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1115 saylı rəyinə istinad edilmişdir: İddiaçı bədəni üzərində aşkar edilmiş sağ ayağın İl barmağının orta (medail) falanqasından başlayaraq İl ayaq daraq sümüyü proyeksiyasında pəncənin ön səthini əhatə edən yarası aşkar olunmuş, həmin xəsarət yüksək hərarətin (qızmış metalın) təsirindən törənmişdir, törəmə müddəti zərərçəkmişin müayinəsindən 6-12 ay əvvəl olmaqla qərarda göstərilən qaydada və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməyi istisna edir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Daha sonra o, Sumqayıt şəhər prokurorunun köməkçisi İll dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət etməmişdir. Onun həmin müəssisədə xəsarət alması iddia ərizəsinə əlavə etdiyi Ombudsmanın 2-5/2-15185/20024 saylı, 12 iyun 2024-cü il tarixli məktubundan, X8 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-T-33814/8/202 saylı məktubundan da bəlli olur ki, X8 Xidmətinin rəisinin xx.xx.2024-cü il tarixli, 3-17-5/3-2-430/2024 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən 19 mart 2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiqatı aparılır. Bildirir ki, bədənində yanıqlar yarandıqdan sonra dəfələrlə müəssisəsinin vəzifəli şəxsləri tərəfindən hədə-qorxulara məruz qalmışdır. Onu ailəsi ilə hədələmişlər, hərbi xidmətdə olan oğlunun harada olması ilə maraqlanıb xəsarət yetirmək istəmişlər. X13, mühasib Emil və başqa vəzifəli şəxslər olmuşdur. Müəssisənin rəhbəri çin millətindən olan Lee adlı şəxs də bu təzyiqlərin başındadır. Hazırda onun bədəninin müxtəlif yerlərində yanıqlar vardır. Onun 47 yaşı vardır və hələ pensiya yaşına çıxması üçün kifayət qədər uzun müddət vardır. Lakin kimyəvi yanıq nəticəsində səhhətində baş verən problemlərlə əlaqədar işləməkdə çətinlik çəkir. O, səhhətinin düzəlib-düzəlmədiyini də bilmir. Onun pensiya yaşına qədər 18 il müddəti vardır. Bu zaman hər ay 2000 manat əmək haqqı ala biləcəyi imkanını düşünərək 432000 manat pul itirir. Bundan başqa ona heç kimin yardım etməməsi, bu müddət ərzində, bir dəfə də olsun, onunla maraqlanmaması nəticəsində o, insanlıqdan soyumuş, heç kimə inamı qalmamış və inancı məhv olmuşdur. Bununla da ona 70000 manat məbləğində mənəvi ziyan dəymişdir. O, yaranmış mübahisə barədə X8 Xidmətinə şikayət etmiş, lakin onun müraciətinə indiyədək baxılmamış və heç bir nəticə əldə edilməmişdir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək və İddiaçı izahatına əlavə olaraq bildirdi ki, iddiaçının ərizədə göstərdiyi kimi işəgötürən olan cavabdeh təşkilat tərəfindən texniki təhlükəsizlik qaydaları gözlənilməli idi. Hesab edir ki, işəgötürənin istehsalatda texniki təhlükəsizliyi hansı səviyyədə təşkil etməsi yoxlanılmalı, işəgötürən tərəfindən işçilərə çəkmə və digər mühafizə vasitələrinin verilib-verilmədiyi, həmçinin hər bir işçiyə təlimatın təqdim edilib-edilmədiyi müəyyən edilməlidir. Bundan əlavə cavabdeh təşkilatın əməlində cinayət tərkibinin olub-olmaması barədə aparılmış araşdırma ilə bağlı materialların götürülməsi üçün Sumqayıt şəhər prokurorluğuna sorğu verilmişdir və qeyd edilən iş hadisənin baş verməsi hissəsində hazırki mülki iş ilə əlaqəli olduğundan Sumqayıt şəhər prokurorluğunun cavabdehin əməlinə münasibəti də öyrənilməlidir. Qeyd edilənlər əsasında o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinə etirazında və məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 12 may 2023-cü il tarixdən Cavabdeh MMC-də əmək müqaviləsinə əsasən işə başlamış və 19 mart 2024-cü il tarixdə işdə əmək funksiyasını yerinə yetirdiyi zaman kimyəvi maddənin daşması nəticəsində ayağı yanmışdır, həmçinin iddiaçı ayağında özünə məxsus olan ayaqqabının olduğu və ona yalnız müəssisədə işləyən zaman əməyin mühafizəsi qaydasında kaska və əlcəyin verildiyi, digər əmək mühafizəsi qaydalarına əməl olunmadığını bildirmişdir. İddiaçı ərizəsində hadisə nəticəsində ayağının ayaqqabının içərisində olmasına baxmayaraq yandığını və hadisədən sonra işlədiyi müəssisə tərəfindən heç bir yardım göstərilməyərək işdən buraxıldığını və 19 mart 2024-cü il tarixdən etibarən yalnız mart ayının əmək haqqının aldığını və sonrakı aylar üzrə əmək haqqı və digər ödənişlərinin verilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, İddiaçı hadisədən sonra işdə özünü normal hiss etmiş, iş yoldaşları ilə biraz söhbət etdikdən sonra evə getmiş və mart bayramlarından sonra işə gəlməmişdir. Həmçinin iddiaçı ilə bağlanmış müqavilənin müddəti bitdiyindən xitam olunmuş və iddiaçıya son haqq-hesab olaraq 404 manat ödənilmiş, aprel ayı üzrə işə gəlmədiyinə görə əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin 2-ci bəndinə əsasən işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Həmçinin tərəflərindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı əməyin mühafizəsi ilə bağlı vaxtı-vaxtında təlimatlandırılmış və ona lazım olan qaydalar mütəmadi olaraq izah olunmuşdur, həmçinin iddiaçı təlimatları alması ilə bağlı müvafiq sənədlərə imza atmışdır. Eyni zamanda İddiaçı müəssisə tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmışdır. İddiaçının işə gəlməməsi ilə bağlı Cavabdeh MMC-də 5 dəfə akt tərtib olunmuşdur. Eyni zamanda iddiaçı “102” çağrı mərkəzinə şikayət etdiyindən həmin şikayət üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmış və araşdırma aparılan zaman iddiaçı verdiyi izahatında bildirmişdir ki, hazırda hər hansı şikayəti və tələbinin olmadığı, hadisənin öz ehtiyatsızlığı nəticəsində baş versə də MMC tərəfindən onun tibbi xərclərinin ödəndiyini və aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Bununla bağlı bildirir ki, elə Sumqayıt şəhər prokurorluğunda da iddiaçıya müəssisənin mühasibi Emin müəllim tərəfindən 700 manat məbləğində pul və iddiaçının öz şəxsi hesab kartına dərmanlara xərclədiyi pullar ödənilmişdir. Həmçinin iddiaçı Sumqayıt şəhər prokurorluğuna verdiyi izahatında bildirmişdir ki, hadisə sobaya metal atarkən istilik nəticəsində sobadan çıxan metal qırıntısının ayağına düşməsi nəticəsində baş verdiyini, həmin vaxt sobaya çox yaxın olduğu üçün düşən isti metalı görmədiyindən öz ehtiyatsızlığı nəticəsində xəsarət aldığını, Cavabdeh MMC-də işə başlamazdan əvvəl işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatın əksər hallarda qrup rəhbəri tərəfindən keçirildiyini və bu barədə müvafiq jurnala bütün işçilərin qol çəkdiyini, hadisə baş verən vaxt əynində zavod tərəfindən verilmiş xüsusi iş geyiminin, əlində əlçəyin, ayağında isə MMC tərəfindən verilmiş çəkmənin olduğunu bildirmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçının şikayəti üzrə araşdırmanın yekunu olaraq cinayət işi başlanmasının rədd edilməsi haqqında 06 iyul 2024-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərarda toplanmış materiallara əsasən hadisələrin müvafiq qaydaların mühafizəsi həvalə edilmiş şəxslərin ehtiyatsızlığından baş verməsinin müəyyən edilmədiyi, Cavabdeh MMC-nin istehsalat sahəsində xx.xx.2024-cü il tarixdə İddiaçı sağlamlığa zərər vurmayan xəsarət alması hadisəsi əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi və inzibati məsuliyyət olmadığından cinayət işinin və inzibati icraatın başlanması rədd olunmalı olduğu qeyd olunmuşdur. Beləliklə, tərəflərindən yuxarıda göstərilən sübut və dəlillərlə, o cümlədən Sumqayıt şəhər prokurorluğunda iddiaçının şikayəti üzrə aparılan araşdırma zamanı özünün verdiyi izahatlarla iddia ərizəsindəki iddia tələbinin əsassız olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bununla da Cavabdeh MMC-nin qeyd olunan hadisədə təqsirinin olmadığı müəyyən olunur və Cavabdeh MMC-nin işçisi olmuş İddiaçı qarşısında maddi məsuliyyəti yaranmır. Onun fikrincə İddiaçı işsiz kimi qeydiyyatda deyildir. Belə ki, X2 işsiz kimi qeydiyyata alınmanın və işsiz statusunun dayandırılmasının da müddəti vardır. İddiaçının əlilliklə bağlı qeyd etdiklərinə gəldikdə isə iddiaçının sağ barmağında yara vardır və bu yara sağlamlığa zərər vurmayan yara hesab edilir, həmçinin qeyd edilən xəsarət ilə bağlı iddiaçıya müvafiq dövlət orqanı tərəfindən əlillik dərəcəsi təyin edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən o, İddiaçı Cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. İş materiallarında olan Cavabdeh direktoru X10 tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 133 nömrəli “işə qəbul barəsində” əmrdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən əmək haqqının əmək müqaviləsinə uyğun ödənilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47/f (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 1 ay müddətinə Poladəridən vəzifəsinə/peşəsinə işə qəbul edilməsi və işçi ilə tam maddi məsuliyyət haqqında müqavilənin bağlanması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh direktoru X1 (işəgötürən) ilə İddiaçı (işçi) arasında 09 aprel 2024-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsindən görünür ki, İddiaçı (işçi) əsas iş yeri olmaqla Metaləritmə sexinin Poladəritmə bölməsində poladəridən vəzifəsinə işə qəbul edilmiş, sözügedən əmək müqaviləsinin "47.f. tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixinədək 1 ay müddətinə bağlanması və İddiaçı (işçinin) xx.xx.2023cü il tarixindən işə başlaması nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh işçiləri Nərmin Bayramlı, Fəzail Əliyev, Elşad Şirəliyev, Amil Tağıyev, Qurbət Abdullayev və Zahir Heybətov tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, 01 nömrəli; 13 aprel 2024-cü il tarixli, 02 nömrəli; 20 aprel 2024-cü il tarixli, 03 nömrəli; 27 aprel 2024-cü il tarixli, 04 nömrəli və 04 may 2024-cü il tarixli, 05 nömrəli aktlardan görünür ki, Cavabdehndə poladəridən vəzifəsində çalışan əməkdaş İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən işə gəlməmişdir və bu faktı Nərmin Bayramlı, Fəzail Əliyev, Elşad Şirəliyev, Amil Tağıyev, Qurbət Abdullayev və Zahir Heybətov öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan Cavabdeh direktoru X1 tərəfindən verilmiş 11 may 2024-cü il tarixli, 133 nömrəli əmrdən görünür ki, “Metaləritmə sexi/Poladəritmə bölməsi”ndə “Poladəridən” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx001200 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması» maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 21 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlərin aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi İmran Əhmədovun 04 iyul 2024-cü il tarixli qərarı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X11 xx.xx.2024-cü il tarixli, 1115 saylı ekspert rəyindən görünür ki, İddiaçı bədəni üzərində sağ ayağın İİ barmağının orta (medail) falanqasından başlayaraq İİ ayaq daraq sümüyü proyeksiyasında pəncənin ön səthini əhatə edən yarası aşkar olunmuş, həmin xəsarət yüksək hərarətin (qızmış metalın) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 6-12 ay əvvəl olmaqla qərarda göstərilən qaydada və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən 06 iyul 2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı və xx.xx.2024-cü il tarixdə X6 işlədikləri "xxxx" MMC-nin istehsalat sahəsində xəsarət almaları barədə toplanmış 120C-24 saylı ilkin yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı Cavabdeh tərəfindən son haqq-hesab olaraq 16 may 2024-cü il tarixdə 404,45 manat ödəniş edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən 10 fevral 2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı və xx.xx.2024-cü il tarixdə X6 işlədikləri "xxxx" MMC-nin istehsalat sahəsində xəsarət almaları barədə toplanmış 120C-24 saylı ilkin yoxlama materialı üzrə cinayət işinin və inzibati icraatın başlanmasının rədd edilməsi qərara alınmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı və xx.xx.2024-cü il tarixdə X6 işlədikləri "xxxx" MMC-nin istehsalat sahəsində xəsarət almaları barədə Sumqayıt ŞPİ-nin 2-ci PBdən materiallar daxil olmuş, araşdırma zamanı İddiaçı verdiyi izahatında göstərmişdir ki, 2005-ci ildə X3 ilə nikah münasibətlərinə daxil olmuş və bu nikahdan 2 övladı anadan olmuşdur. 1 ildən artıqdır ki "xxxx" MMC-də istehsalat sahəsi üzrə sobaçı olaraq işlədiyini bildirmişdir. İşlədiyi MMCnin fəaliyyəti metal əritmə ilə armatur istehsalından ibarət olmuşdur. MMC-də vəzifəsi toplanmış metal qırıntılarının sobaya atılaraq əridilməsindən ibarət olmuşdur. İş qrafiki həftənin 5 günü axşam saat 20:00-dan səhər saat 08:00-dək olmuşdur. xx.xx.2024-cü il saat 06 radələrində işdə olarkən metal qırıntılarının sobaya atılması zamanı sobadan çıxan kiçik ölçüdə isti metal sağ ayağın barmaq hissəsinə düşərək ayağını yandırmışdır. Hadisədən sonra biraz istirahət etmişdir. Daha sonra 08:00-da iş saatı başa çatdıqdan sonra evə getmişdir. Ertəsi gün bayram günləri olduğundan o Mingəçevir şəhərinə ailəsinin yanına getmişdir. Orada müalicə olunduqdan sonra Sumqayıt şəhərinə gəlmiş və hazırda ayağının vəziyyətinin normal olduğunu, öz işini davam etdirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə isə iş yoldaşları onun səhhəti ilə maraqlanmadıqları üçün əsəbi olduğundan DİN-nin “102” çağrı mərkəzinə zəng edərək şikayət etmişdir. Lakin hazırda hər hansı şikayət və tələbinin olmadığını və hadisənin öz ehtiyyatsızlığı nəticəsində baş versə də MMC tərəfindən onun tibbi xərclərinin ödəndiyini bildirmişdir. Bu səbəbdən məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etməklə aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Hadisə sobaya metal atarkən istilik nəticəsində sobadan çıxan metal qırıntısının ayağına düşməsi nəticəsində baş vermişdir. Həmin vaxt sobaya çox yaxın olduğu üçün düşən isti metalı görməmiş və öz ehtiyyatsızlığı nəticəsində xəsarət almışdır. "xxxx" MMC-də işə başlamazdan əvvəl işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat əksər hallarda qrup rəhbəri tərəfindən keçirilmiş və bu barədə müvafiq jurnala bütün işçilər qol çəkmişdir. Hadisə baş verən vaxt əynində zavod tərəfindən verilmiş xüsusi iş geyimi, əlində əlcək, ayağında isə MMC tərəfindən verilmiş çəkmə olmuşdur. Həmçinin İddiaçı verdiyi əlavə izahatında göstərmişdir ki, ilkin araşdırma zamanı verdiyi izahatda şikayət etməməsinə səbəb MMC tərəfindən ona dəymiş ziyanın ödəniləcəyini bildirmələri olmuşdur. Daha sonra isə hər hansı ödəniş olmamışdır. Bu səbəbdən araşdırma zamanı yenidən şikayət etmişdir. 1 ildən artıqdır ki "xxxx" MMC-də istehsalat sahəsi üzrə sobaçı olaraq işləmişdir. İşlədiyi MMC-nin fəaliyyəti metal əritmə ilə armatur istehsalından ibarətdir. MMC-də vəzifəsi toplanmış metal qırıntılarının sobaya atılaraq əridilməsindən ibarət olmuşdur. İş qrafiki həftənin 5 günü axşam saat 20:00-dan səhər saat 08:00-dək olmuşdur. xx.xx.2024-cü il saat 06 radələrində işdə olarkən metal qırıntılarının sobaya atılması zamanı sobadan çıxan kiçik ölçüdə isti metal sağ ayağının barmaq hissəsinə düşərək ayağını yandırmışdır. Hadisədən sonra biraz istirahət etmişdir. Daha sonra 08:00-da iş saatı başa çatdıqdan sonra evə getmişdir. Ertəsi gün bayram günləri olduğundan Mingəçevir şəhərinə ailəsinin yanına getmişdir. Artıq 3 aydır ki, o işsizdir. Hazırda maddi sıxıntılardan əziyyət çəkdiyini bildirmişdir. Xəsarət almağında hər hansı şəxsin təqsiri olmamışdır. Baş vermiş hadisə təsadüf zəmnində olmuşdur. Hazırki şikayətinin xəsarət almağında hər hansı şəxsin təqsirinin olması ilə bağlı olmadığını, şikayətinin mahiyyətinin MMC tərəfindən ona dəymiş ziyanın ödənilməməsi ilə bağlı olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən Bakı Regional Məşğulluq filialında işsiz olaraq qeydiyyata alınmışdır. Bundan əlavə həmin arayışda status olaraq “müvəqqəti dayandırılıb” qeyd edilmiş və arayışın xx.xx.2029-cu ilə qədər etibarlı olduğu göstərilmişdir. İş materiallarında olan “X5” publik hüquqi şəxsi tərəfindən aparılmış 20 noyabr 2024-cü il tarixli qeydiyyat barədə sistemdən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işsiz olaraq qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdehndə poladəridən vəzifəsində çalışmış, 19 mart 2024-cü il tarixdə əmək funksiyasını yerinə yetirdiyi zaman kimyəvi maddənin daşması nəticəsində ayağı yanmışdır. İddiaçı hadisə baş verdiyi zaman ayağında özünə məxsus olan ayaqqabının olduğu, cavabdeh təşkilat tərəfindən əmək mühafizəsi qaydalarına əməl olunmadığını, məhz bu səbəbdən xəsarət aldığını və sağlamlığına zərər dəydiyini iddia edərək məhkəməyə müraciət etmiş və iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1099-cu, 1118.1-ci və 1119.1-ci maddələrinə istinad etmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı xəsarət alması ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılmış, iş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas İmran Əhmədovun 06 iyul 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında Cavabdeh istehsalat sahəsində xx.xx.2024-cü il tarixdə İddiaçı sağlamlığa zərərvurmayan xəsarət alması hadisəsi əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən toplanmış ilkin yoxlama materialı üzrə qəbul edilmiş 06 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək, material əlavə araşdırma aparılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Sumqayıt şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən 10 fevral 2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçı sağlamlığa zərərvurmayan xəsarət alması hadisəi əsasında toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi və inzibati məsuliyyət olmadığından cinayət işinin və inzibati icraatın başlanması başlanması rədd edilməsi qərara alınmışdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1099-cu, 1118.1-ci və 1119.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanUnivericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Lakin məhkəmədə sübutların tədqiqatı zamanı istehsalatda xəsarət alması nəticəsində ona dəymiş zərər ilə bağlı iddiaçının iddia ərizəsində göstərdikləri, iddiaçının və onun vəkilinümayəndəsinin məhkəmədə verdiyi izahatlarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını təsdiq edən mötəbər sübutlar müəyyən edilməmiş, iddiaçı tərəfinin izahatları digər mötəbər sübutlarla təsdiqini tapmamış, İddiaçı tərəfindən qeyd edilən xüsusatlar iş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən 10 fevral 2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X11 xx.xx.2024-cü il tarixli, 1115 saylı ekspert rəyi ilə təkzib olunmuşdur. Belə ki, Sumqayıt şəhər prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas İmran Əhmədov tərəfindən 10 fevral 2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi İddiaçı verdiyi izahatında göstərmişdir ki, 2005-ci ildə X3 ilə nikah münasibətlərinə daxil olmuş və bu nikahdan 2 övladı anadan olmuşdur. 1 ildən artıqdır ki "xxxx" MMC-də istehsalat sahəsi üzrə sobaçı olaraq işlədiyini bildirmişdir. İşlədiyi MMC-nin fəaliyyəti metal əritmə ilə armatur istehsalından ibarət olmuşdur. MMC-də vəzifəsi toplanmış metal qırıntılarının sobaya atılaraq əridilməsindən ibarət olmuşdur. İş qrafiki həftənin 5 günü axşam saat 20:00-dan səhər saat 08:00-dək olmuşdur. xx.xx.2024-cü il saat 06 radələrində işdə olarkən metal qırıntılarının sobaya atılması zamanı sobadan çıxan kiçik ölçüdə isti metal sağ ayağın barmaq hissəsinə düşərək ayağını yandırmışdır. Hadisədən sonra biraz istirahət etmişdir. Daha sonra 08:00-da iş saatı başa çatdıqdan sonra evə getmişdir. Ertəsi gün bayram günləri olduğundan o Mingəçevir şəhərinə ailəsinin yanına getmişdir. Orada müalicə olunduqdan sonra Sumqayıt şəhərinə gəlmiş və hazırda ayağının vəziyyətinin normal olduğunu, öz işini davam etdirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə isə iş yoldaşları onun səhhəti ilə maraqlanmadıqları üçün əsəbi olduğundan DİN-nin “102” çağrı mərkəzinə zəng edərək şikayət etmişdir. Lakin hazırda hər hansı şikayət və tələbinin olmadığını və hadisənin öz ehtiyyatsızlığı nəticəsində baş versə də MMC tərəfindən onun tibbi xərclərinin ödəndiyini bildirmişdir. Bu səbəbdən məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etməklə aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Hadisə sobaya metal atarkən istilik nəticəsində sobadan çıxan metal qırıntısının ayağına düşməsi nəticəsində baş vermişdir. Həmin vaxt sobaya çox yaxın olduğu üçün düşən isti metalı görməmiş və öz ehtiyyatsızlığı nəticəsində xəsarət almışdır. "xxxx" MMC-də işə başlamazdan əvvəl işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat əksər hallarda qrup rəhbəri tərəfindən keçirilmiş və bu barədə müvafiq jurnala bütün işçilər qol çəkmişdir. Hadisə baş verən vaxt əynində zavod tərəfindən verilmiş xüsusi iş geyimi, əlində əlcək, ayağında isə MMC tərəfindən verilmiş çəkmə olmuşdur. Həmçinin İddiaçı verdiyi əlavə izahatında göstərmişdir ki, ilkin araşdırma zamanı verdiyi izahatda şikayət etməməsinə səbəb MMC tərəfindən ona dəymiş ziyanın ödəniləcəyini bildirmələri olmuşdur. Daha sonra isə hər hansı ödəniş olmamışdır. Bu səbəbdən araşdırma zamanı yenidən şikayət etmişdir. 1 ildən artıqdır ki "xxxx" MMC-də istehsalat sahəsi üzrə sobaçı olaraq işləmişdir. İşlədiyi MMC-nin fəaliyyəti metal əritmə ilə armatur istehsalından ibarətdir. MMC-də vəzifəsi toplanmış metal qırıntılarının sobaya atılaraq əridilməsindən ibarət olmuşdur. İş qrafiki həftənin 5 günü axşam saat 20:00-dan səhər saat 08:00-dək olmuşdur. xx.xx.2024-cü il saat 06 radələrində işdə olarkən metal qırıntılarının sobaya atılması zamanı sobadan çıxan kiçik ölçüdə isti metal sağ ayağının barmaq hissəsinə düşərək ayağını yandırmışdır. Hadisədən sonra biraz istirahət etmişdir. Daha sonra 08:00-da iş saatı başa çatdıqdan sonra evə getmişdir. Ertəsi gün bayram günləri olduğundan Mingəçevir şəhərinə ailəsinin yanına getmişdir. Artıq 3 aydır ki, o işsizdir. Hazırda maddi sıxıntılardan əziyyət çəkdiyini bildirmişdir. Xəsarət almağında hər hansı şəxsin təqsiri olmamışdır. Baş vermiş hadisə təsadüf zəmnində olmuşdur. Hazırki şikayətinin xəsarət almağında hər hansı şəxsin təqsirinin olması ilə bağlı olmadığını, şikayətinin mahiyyətinin MMC tərəfindən ona dəymiş ziyanın ödənilməməsi ilə bağlı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X11 xx.xx.2024-cü il tarixli, 1115 saylı ekspert rəyindən göründüyü kimi İddiaçı bədəni üzərində sağ ayağın İİ barmağının orta (medail) falanqasından başlayaraq İİ ayaq daraq sümüyü proyeksiyasında pəncənin ön səthini əhatə edən yarası aşkar olunmuş, həmin xəsarət yüksək hərarətin (qızmış metalın) təsirindən törəndiyi, törənmə müddətinin zərərçəkmişin müayinəsindən 6-12 ay əvvəl olmaqla qərarda göstərilən qaydada və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilmə ehtimalı olduğu müəyyən edilmiş, özü-özünə yetirmənin istisna edilmiş və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilə bilmədiyi qeyd edilmişdir. Beləliklə, iddiaçı tərəf ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh təşkilat tərəfindən ona 432000 manat məbləğində maddi ziyan və 70000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının məhz cavabdeh təşkilatın təqsiri nəticəsində mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin yuxarıda qeyd olunduğu kimi iddia tələbinin əsasları ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə iddiaçı və onun vəkili-nümayəndəsinin izahatına tənqidi yanaşmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanUnivericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa iddia tələbinin cavabdeh təşkilatın əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki,tədqiq edilmiş sübutlar əsasında iddianın rədd edilməsi nəticəsinə gəlindiyindən həmin hissəyə qiymət verilməsi zərurətini də aradan qaldırmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh MMC-dən ona dəymiş 432000 manat maddi və 70000 manat mənəvi ziyan olmaqla, cəmi 502000 manat pulun alınıb ona verilməsinə dair qətnamə və cavabdehin əməlində cinayət tərkibi olduğundan bu barədə xüsusi qərar çıxarılması barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar