Məhkəmə qərarları › İş №2(012)-47/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-47/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-47/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər xx.xx.2019-cu il tarixli məzuniyyət ərizəsi əsasında razılaşdırılmış müddət üçün ödənilməyən 1677.63 manat məzuniyyət haqqı və hər ödənilməyən gün üçün 1% ödənc, yəni, iddia ərizəsinin verilməsi gününə əsasən hesablanmış 4630 manat, lakin ödəniş gününə görə təkrar hesablanmasının cavabdehin üzərinə vəzifə olaraq qoyulması və ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə İddiaçı ərizə təqdim edərək mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan iş üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-4058/2022 saylı iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin 6-cı bəndinə əsasən, tərəflər bu sazişi imzalamaqla bildirir ki, “Sazişin bütün bəndləri icra olunduqdan sonra saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı, eyni zamanda, Cavabdeh MMC-nin işçilərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.” Qeyd olunanları nəzərə alaraq, iddiaçı iddiadan imtina etmiş və 2(012)-47/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəni qəbul edərək, mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı ilə barışıq sazişi bağlanılmış və cavabdeh qurum tərəfindən iddiaçıya 200000 manat ödənilmiş, məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra isə 50000 manat pul ödənilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, qanunamüvafiq hesab edildiyindən qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə də, mülki iş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC arasında pul tələbinə dair mülki iş üzrə barışıq sazişi bağlanıldığından və iddiaçı iddiadan imtina etdiyindən bu imtina qanunazidd olmamaqla, başqa şəxslərin hüquqlarını pozmadığından qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar