Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4702/2022 25.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X3rşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X3rşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı Mühəndislik Universitetinə ödədiyi 909 manat pul məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 sentyabr 2021-ci il tarixində Bakı Mühəndislik Universitetinin Memarlıq və İnşaat fakültəsinə ödənişli əsaslarla daxil olmuşdur. Təhsil haqqı 2500 manat təşkil edir. Təhsil aldığı birinci semestrdə ondan asılı olmayan səbəblərdən məcburi köçkün statusunu təsdiq edən sənəd gec hazır olmuş, buna görə də həmin sənədi universitetə gec təqdim etmişdir. Bununla da ilk il üçün təhsil haqqını ödəmək məcburiyyətində qalmışdır. İlk təhsil ilində universitetə 1250 manat ödəniş etmişdir. Sonradan məcburi köçkün statusunu təsdiq edən sənədi universitetə təqdim etmiş, universitet rəhbərliyinə ödədiyi təhsil haqqının geri qaytarılması ilə bağlı rəsmi müraciət etmiş, 340 manat avans ona geri ödənildikdən sonra qalan hissənin də geri qaytarılması ilə bağlı müraciətinə cavab olaraq universitet rəhbərliyi bildirmişdir ki, geri qalan 909 manat pulun qaytarılması mümkün deyildir, çünki 909 manat əlavə dərslərə çıxılmışdır. O isə heç bir əlavə dərs almamışdır. Universitetin maliyyə xidməti ilə bu məsələ haqqında danışdıqda onlar məcburi köçkün olduğunu təsdiq edən sənədi 16 dekabrda təqdim etdiyi üçün 1-ci semestrin sonuna qədər pulun hesablandığını bildirdilər. O, bunun əsassız olduğunu düşünüb, 14 mart tarixində rektora rəsmi qaydada məktub ünvanlamışdır. xx.xx.2022-ci il tarixdə məktuba cavab olaraq bildirilmişdir ki, problem maliyyə xidməti ilə əlaqəli olduğu üçün 340 manat ödənişi geri qaytara biliblər. Məsələ ilə bağlı Təhsil Nazirliyinə dəfələrlə müraciət etsə də, heç bir cavab ala bilməmişdir. Yuxarıda sadalanan hallardan aydın olur ki, Bakı Mühəndislik Universiteti ödədiyi təhsil haqqını geri qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır, halbuki mülki qanunvericiliyin tələblərinə əsasən əsassız varlanma obyekti geri qaytarılmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan 16020 saylı, xx.xx.2021-ci il tarixli ödəmə qəbzindən görünür ki, İddiaçı Bakı Mühəndislik Universitetinin hesabına (təyinat: təhsil haqqı) 1250 manat vəsait köçürmüşdür. İş materiallarından olan AA 466045 saylı vəsiqədən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Vəsiqə xx.xx.2021-ci il tarixdə verilmişdir. İşdə olan İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, məcburi köçkünlüyü barədə vəsiqəsini təqdim edərək, təhsil aldığı Bakı Mühəndislik Universitetindən ödədiyi məbləğin geri qaytarılmasını xahiş etmişdir. İşdə olan Bakı Mühəndislik Universitetinin xx.xx.2021-ci il tarixli, 3439 saylı əmrindən görünür ki, Universitetin dizayn ixtisasının bakalavriat səviyyəsi üzrə 1-ci kursunda ödənişli əsaslarla təhsil alan məcburi köçkün İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən təhsil haqqı ödənişindən azad edilmişdir. İş materiallarından olan Bakı Mühəndislik Universitetinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının atasının xx.xx.2022-ci il tarixində Təhsil Nazirliyinə yazdığı ərizəyə cavab olaraq bildirilir ki, ********* nömrəli tələbə İddiaçı xx.xx.2021-ci il tarixli, 3439 saylı əmrə əsasən xx.xx.2021-ci il tarixindən təhsil haqqından azad olunmuşdur. Lakin əmr təsdiq olunduğu tarixdə maliyyə ili bağlandığı üçün tələbəyə ödədiyi təhsil haqqının tam qaytarılması mümkün olmamışdır. Ona görə də tələbənin İ semestr ödənişi çıxıldıqdan sonra qalan 340 manat onun hesabına köçürülmüşdür. İş materiallarından olan Bakı Mühəndislik Universitetinin Mühasibatlıq Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, tələbə İddiaçı haqqında verilən xx.xx.2021 tarixli, 3439 saylı əmrin 2.a bəndinə uyğun olaraq Təhsil Nazirliyinin Universitetlə əlaqələndiricisi (kuratorla) əlaqə saxlanaraq İddiaçı vəziyyəti barədə məlumat verilmiş və əvvəlki dövrə aid vəsaitin tələb edilib-edilə bilməyəcəyi haqda soruşulmuşdur. Yeni qəbul olan tələbənin Universitetə qeydiyyatı zamanı bu statusunun olmaması və qeyd edilən müraciət tarixinin maliyyə ilinin sonuna təsadüf etdiyi üçün bu müraciətə baxılması üçün artıq çox gec olduğu bildirilmişdir. Təhsil Nazirliyində bu formatda olan bütün müraciətlər üçün artıq işlərin yekunlaşdığı və növbəti 2022-ci ildə əvvəlki dövrə aid müraciətlərin qəbul olunmayacağı da bildirilmişdir. Tələbənin 2022-ci il yanvar ayından etibarən sifarişi artıq göndərilmişdir. Əlavə olaraq qeyd edilir ki, yeni qəbul olan tələbələrin imtiyazla bağlı müraciətləri qəbul prosesində aparılır və daha sonra Təhsil Nazirliyinə göndərilir. Prosesin tam olaraq yekunlaşması oktyabr ayına təsadüf edir. Tələbə İddiaçı məcburi köçkünlük barədə vəsiqəsini 2021-ci ilin dekabr ayında yeni əldə etmiş və Universitetə təqdim etmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Mühəndislik Universitetinin 27 dekabr 2021-ci il tarixli, 3439 əmrinə əsasən Universitetin İ kursunda “Dizayn” ixtisasının bakalavriat səviyyəsi üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik (məcburi köçkün statusunu təsdiq edən sənədin verilmə tarixi xx.xx.2021-ci il) İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən təhsil haqqı ödənişindən azad edilmişdir. Eyni zamanda, 2022-ci ilin təhsil və təqaüd xərclərinin müəyyənləşdirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Bakı Mühəndislik Universiteti tərəfindən təqdim olunan müvafiq hesablamalara əsasən qeyd olunan tələbə üçün dövlət büdcəsi vəsaiti hesabına 2500 manat təhsil xərci nəzərdə tutulmuş və Universitetin hesabına köçürülmüşdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı 2021/2022 tədris ilində Bakı Mühəndislik Universitetinin dizayn ixtisasına ödənişli əsaslarla qəbul olmuşdur. Həmin ixtisasın illik təhsil haqqı 2500 manat təşkil etmişdir. Qaydalara uyğun olaraq ilkin qeydiyyat zamanı ödənişli əsaslarla qəbul olan tələbələr illik təhsil haqqı məbləğinin ən az 50%-ini (payız semestri üçün) ödəməklə qeydiyyatdan keçirlər. İddiaçı qeydiyyat zamanı 1250 manat məbləğində təhsil haqqı ödənişi etmişdir. O, xx.xx.2021-ci il tarixində verilmiş məcburi köçkün statusunu təsdiq edən vəsiqəsini əlavə edərək, xx.xx.2021-ci il tarixli ərizə ilə, müvafiq status üçün nəzərdə tutulan imtiyazdan (dövlət hesabına maliyyələşmə) istifadə etmək üçün Universitetə müraciət etmişdir. Bakı Mühəndislik Universitetinin xx.xx.2021-ci il tarixli, 3439 saylı əmri ilə Universitetin dizayn ixtisasının bakalavriat səviyyəsi üzrə 1-ci kursunda ödənişli əsaslarla təhsil alan məcburi köçkün İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən təhsil haqqı ödənişindən azad edilmişdir. Müvafiq statusu qazandığı tarixdən sonrakı dövrə düşən (16 dekabr-31 yanvar) məbləğ də dövlət büdcəsindən tələb edilmiş və 1-ci semestr üçün ödəmiş olduğu təhsil haqqı məbləğinin 340 manat hissəsi ona qaytarılmışdır. Qalan məbləğ isə tələbənin müvafiq statusu qazandığı tarixə qədər olan dövrə düşən təhsil haqqı məbləğidir və həmin dövr dövlət tərəfindən maliyyələşdirilmədiyi üçün ödəniş məbləğinin qaytarılması mümkün olmamışdır. Hazırda İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Universitetə ödədiyi 909 manat pul məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya görə cavabdeh həmin vəsaitlə əsassız varlanmışdır və buna görə həmin məbləğ geri qaytarılmalıdır. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011 -ci il tarixli 1722 nömrəli Sərəncamına əsasən 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2012-ci il tarixli, 12 nömrəli Qərarının 2-ci maddəsində Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil xidmətləri göstərən ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında yaranan münasibətlərə dair Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə X1” təsdiq edilmişdir. Qüvvədə olan qanunvericiliyə görə məcburi köçkünlər üçün nəzərdə tutulan bu imtiyazdan yararlanmaq istəyən şəxsin özünün, yəni şəxsən tələbənin “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əldə etdiyi məcburi köçkün statusu olmalıdır. İşdən görünür ki, iddiaçı bu statusa malik olmasını təsdiq edən sənədi (vəsiqəni) xx.xx.2021-ci il tarixində əldə etmiş və Universitetə xx.xx.2021-ci il tarixində təqdim etmişdir. İş materialları ilə müəyyən olunur ki, 2021-2022ci ilin payız semestrində (xx.xx.2021-ci il tarixinə qədər) iddiaçının məcburi köçkün statusu olan şəxs olmasını təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün müvafiq komissiya tərəfindən onun adına dövlət büdcəsindən vəsait tələb edilməsi, sənədin (müvafiq statusun) əldə edilmə tarixi nəzərə alınaraq bu statusa sahib olmadığı dövr üçün ona dövlətdən vəsait tələb edilməsi mümkün olmamışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanmanın anlayışı nəzərdə tutulur. Həmin maddəyə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlamna yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, iddiaçı tərəfindən Universitetə ödənilmiş 909 manat vəsait hesabına cavabdehin əsassız varlanması iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda isə məhkəmə iddianın əsassız olmasına görə onun təmin edilməməsi nəticəsinə gəlir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Universitet iddiaçının ödədiyi vəsait hesabına əsassız varlanmadığından və öz hərəkətləri ilə iddiaçıya zərər vurmadığından İddiaçı “Bakı Mühəndislik Universiteti” X3rşı pulun tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X3rşı pulun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4702/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4702/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver