Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-471/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh “X2 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “X2 Azərbaycan” QSC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı sifarişin, hərracın nəticələri barədə protokolun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər “X2 Azərbaycan” QSC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı sifarişin, hərracın nəticələri barədə protokolun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra va Probasiya Şöbəsi tərəfindən verilmiş hərracın keçirilməsi barədə sifarişin, Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş 96/2 nömrəli, 03 avqust 2018-ci il tarixli hərracın yekunları barədə protokolun və həmin protokol əsasında “X2 Azərbaycan” QSC-nin adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh “X2 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, İddiaçı eyni tələblə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, mübahisəyə mahiyyəti üzrə baxılmış və məhkəmə qətnaməsilə onun iddiası rədd edilmişdir. Odur ki, hazırki işin icraatına xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə isə heç bir məlumat verməmişlər. Məhkəmə mülki işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsasla iddia tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4224/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan İddiaçı cavabdehlər “X2 Azərbaycan” QSC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı sifarişin, hərracın nəticələri barədə protokolun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4224/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər “X2 Azərbaycan” QSC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, 96/2 saylı hərracın nəticələri barədə protokolun, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 15:32-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər “X2 Azərbaycan” QSC, Cavabdeh1 və Cavabdeh3 MMC-yə qarşı sifarişin, hərracın nəticələri barədə protokolun və reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı hazırki mülki iş (2(012)-471/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (944288113 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-471/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-471/2023
16.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver