Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4745/2021 08.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 08 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22.06.2020-ci ildə İddiaçı MMCyə ekspeditel işinə qəbul edilmiş və 01 iyul 2021-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. Cavabdehlə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh iddiaçı şirkətdən götürdüyü təsərrüfat və tikinti materiallarını Azərbaycan Respublikasının rayon və şəhərlərində fəaliyyət göstərən ticarət obyektlərinə çatdırmalı, həmin ticarət təşkilatlarından mallara görə verilən pul vəsaitini şirkətin mühasibatlığına təhvil verməli idi. Lakin cavabdeh bundan sui-istifadə edərək ticarət təşkilatlarından yığmış olduğu pul vəsaitini şirkətin mühasibatlığına təhvil verməyərək 15000 manat pulu mənimsəmişdir. Nəticədə şirkətə cavabdehin qanunsuz əməlləri nəticəsində 15000 manat zərər dəymişdir. Dəfələrlə cavabdehdən şirkətə vurduğu ziyanın ödənilməsini tələb olunsa da, o, pulu qaytarmaqdan yayınır, habelə telefon zənglərinə cavab vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 22 iyun 2020-ci il tarixli 16 №-li əmrdən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-də 22.06.2020-ci il tarixdən sürücü-ekspeditor vəzifəsinə qəbul edilməsi əmr edilmişdir. Mülki işin materiallarından olan 18 may 2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 10258 manat borcu vardır. Mülki işin materiallarından olan 07.07.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanan əmək müqaviləsinə 01 iyul 2021-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh iddiaçı şirkətdə sürücü-ekspeditor işinə qəbul edilmiş, onunla müvafiq əmək müqaviləsi bağlanılmışdır. Müəyyən müddət sonra cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, şirkətə 10258 manat məbləğində maddi ziyan vurmuşdur. Şirkətə vurduğu maddi ziyana görə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Şirkət hazırda ona dəyən maddi ziyanı cavabdehdən tələb edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 10258 manat məbləğində ziyan vurulması işə əlavə edilən materiallarla sübut olunur. Bu səbəbdən 10258 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10258 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4745/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4745/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver