Məhkəmə qərarları › İş №2(012)-4771/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4771/2024

20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4771/2024 20.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əhmədov Аnar Həzərxan oğluna qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1770/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 üçün aliment miqdarının dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya xidməti üçün ödədiyi 61 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan üç övladı — xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 doğulmuşlar. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1770/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2002-ci il təvəllüdlü Əhmədova Pərvanə Аnar qızı, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının yarısı miqdarında aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh övladlarının saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində aliment ödəyir. Lakin həmin məbləğ hal-hazırda mövcud olan hazırki bazar qiymətləri ilə müqayisədə, eləcə də uşağın yaşının artması səbəbindən onun saxlanılmasına kifayət etmir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği 235 manat müəyyən edilmişdir. Hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan aliment miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh əvvəllər polis işləmiş, amma sonradan işdən öz istəyi ilə çıxmışdır, həmin vaxtdan cavabdehin harada olması ilə bağlı heç bir məlumatı olmamışdır. Aralarında olan nikah pozulduqdan sonra cavabdeh, bir dəfə də olsun, övladları ilə maraqlanmamışdır. Odur ki, qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Əhmədov Аnar Həzərxan oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AA1334029 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X4 23 oktyabr 2002-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA3360437 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X5 30 iyun 2005-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- T № 027796 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 yanvar 2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Əhmədov Аnar Həzərxan oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1770/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Əhmədov Аnar Həzərxan oğlu ilə İddiaçı arasında 16 iyun 2006-cı il tarixdə Lənkəran rayon Şağlaser kənd icra nümayəndəliyində 25 saylı akt qeydi ilə bağlanmış nikahlarının pozulması, 23 oktyabr 2002-ci il təvəllüdlü X4, 30 iyun 2005-ci il təvəllüdlü X5 və 08 yanvar 2011-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları, 23 oktyabr 2002-ci il təvəllüdlü X4, 30 iyun 2005-ci il təvəllüdlü X5 və 08 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 17 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay Əhmədov Аnar Həzərxan oğlunun qazancının yarısı miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minimumu nəzərə alınmaqla 08 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Əhmədov Аnar Həzərxan oğlundan tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Bundan başqa iddia tələbinin 61 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, iddiaçı X3 tərəfindən ödənilmiş 61 (altmış bir) manat mediasiya xərci cavabdeh Əhmədov Аnar Həzərxan oğlundan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, məhkəmə iclasında İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1770/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Əhmədov Аnar Həzərxan oğlunun uşaqlara görə hər ay 117 manat sabit pul məbləğində aliment ödədiyini bildirdiyindən iddiaçının izahatına istinad edilməklə 34,16 (otuz dörd manat, on altı qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1770/2018 saylı, 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 08 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdeh Əhmədov Аnar Həzərxan oğlundan tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh Əhmədov Аnar Həzərxan oğlundan 61 (altmış bir) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh Əhmədov Аnar Həzərxan oğlundan 34,16 (otuz dörd manat, on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar