Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4789/2021 01.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X17 Cəmiyyətinin nümayəndəsi və vəkili X12 iştirakı ilə, İddiaçı cavabdeh X17 Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X17 Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək cavabdehdən hər ay orta əmək haqqı kimi aldığı 510 manat, müalicəsinin davam etməsi üçün ayda 1000 manat, başqasının qulluğuna olan ehtiyacının qarşılanması üçün ayda 300 manat olmaqla hər ay ümumilikdə 1810 manat pulun və çoxfunksiyalı araba və çarpayının alınması üçün 10 000 manat, hüquqi xidmətə görə ödənilmiş 210 manat, mənəvi zərər üçün 300 000 manat və 30 manat dövlət rüsumu üçün ödənilmiş pul vəsaiti olmaqla ümumilikdə 310240 manat pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 15.11.2018-ci il tarixdə cavabdeh Malibo MMC ilə aralarında bağlanmış əmək müqaviləsi əsasında MMC-yə fəhlə kimi işə götürülmüş, əmək haqqı olaraq hər iş üçün 17 manat ödənilirdi. İddiaçı 27.12.2018-ci il tarixdə əmək fəaliyyətini həyata keçirərkən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən yıxılaraq “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, İİİ, İV, V boyun fəqərələrinin sağ yan, Vİİ boyun fəqərəsinin yan və arxa çıxıntılarının sınıqları, İİ, İİİ döş fəqərələrinin qəlpəli onurğa kanalına keçən sınığı və çıxığı, onurğa beynin İİİ döş fəqərəsi səviyyəsindən hərəkət və hissiyyatın tam itməsi, plegiya və çanaq orqanlarının funksiyasının pozulması ilə müşayət olunan zədələnməsi, döş sümüyü cisminin yerdəyişmiş sınığı, ağ ciyərlərin əzilməsi (hemotoraks), soldan İX, X, sağdan Vİİİ, İX qabırğaların sınığı, sol mil sümüyünün qəlpəli yerdəyişmiş, sol dirsək sümüyünün xətti sınığı xəsarətləri ilə, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. İddiaçının aldığı xəsarətlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X23-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 22 saylı ekspert rəyi ilə təsdiq edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət işi açılmış, cinayət işi üzrə Malibo MMC-də briqadir vəzifəsində çalışan X22 təqsirləndirilən şəxs qismində, iddiaçı isə zərərçəkmiş şəxs qismində tanınmışdır. Sonradan cinayət işinin araşdırılması Bakı Şəhər Prokurorluğuna göndərilmiş, cinayət işi üzrə X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(106)- 189/2019 saylı iş üzrə 27.05.2019-cu il tarixli hökmü ilə Malibo MMC-də briqadir vəzifəsində çalışan X22 Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmənin qeyd edilən hökmü qanuni qüvvəsini almışdır.İstehsalatda bədbəxt hadisə zamanı iddiaçının aldığı xəsarətlərin müalicəsini cavabdeh tərəf bir müddət qarşılasa da, artıq xeyli vaxtdır ki, iddiaçının müalicəsi yaxın qohum-əqrəbanın maddi yardımı ilə davam etdirilir. Mübahisəni öz aralarında həll etmək üçün iddiaçının ailə üzvləri ilə cavabdehin rəsmi şəxsləri arasında danışıqlar aparılsa da, heç bir nəticə verməmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa olunması üçün iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçı ailənin yeganə qazanc gətirəni kimi, himayəsində 3 azyaşlı övladı var. Hazırda cavabdehin təqsirli hərəkəti nəticəsində ömürlük yataq xəstəliyinə məhkum olmuşdur. Az da olsa müəyyən hərəkətləri etmək üçün çoxfunksiyalı arabaya və çarpayıya ehtiyacı vardır. Bunların alınması üçün isə 10000 manata yaxın vəsait tələb olunur ki, yuxarıda qeyd etdiyi kimi ailənin yeganə qazanc gətirəni iddiaçı olmuş və onun da cavabdehdən aldığı 510 manat əmək haqqı ancaq ailənin gündəlik tələbatlarına çatırdı. Hazırda cavabdeh iddiaçının əmək haqqısını belə vermədiyi üçün iddiaçının ehtiyaclarının təmin edilməsinə qohumları yardım edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X17 Cəmiyyətinin nümayəndəsi və vəkili X19 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 15.11.2018-ci il tarixli əmək müqaviləsi əsasında cavabdeh Malibo MMC-də fəhlə kimi işə götürülmüş, 27.12.2018-ci il tarixdə əmək fəaliyyətini həyata keçirərkən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən yıxılaraq sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Malibo MMC ilə Atəşgah Həyat Sığorta Şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta olunan İddiaçı hesabına 27.12.2018-ci il tarixində baş vermiş hadisə üzrə 13.08.2020-ci il tarixində 26925,05 manat məbləğində birdəfəlik sığorta ödənişi ödənilmişdir. Eyni zamanda, iddiaçıya müalicəsi ilə bağlı bütün ödənişlər də ödənilmişdir. İddiaçı iddia tələbində çoxfunksiyalı araba və çarpayının ona zəruri olduğunu qeyd etsə də, cavabdeh qurumun əməkdaşları tərəfindən iddiaçı Arash satış mərkəzinə aparılmış, təqdim olunan məhsul iddiaçı tərəfindən bəyənilməmişdir. Bu səbəbdən də, həmin vəsaitlərin iddiaçıya təqdim olunması mümkün olmamışdır. Cavabdeh qurum tərəfindən iddiaçıya sığorta ödənişi ödənildiyindən göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cəlilabad rayon Ağdaş kənd İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.04.2019-cu il tarixli AZ-İİ № 281979 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X7 04.04.2019-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Seyfullayeva soyadı verilmişdir. -Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.08.2019-cu il tarixli AZ-İV № 315827 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 08.07.2008-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 827 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X1r. -Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.08.2019-cu il tarixli AZ-İV № 315826 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 07.03.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 820 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X1r. -Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.09.2019-cu il tarixli AZ-İV № 316128 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 26.03.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1985 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X1r. -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli 1(106)-189/2019 saylı hökmündən görünür ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin onun qazancından tutulmalar aparıldığı gündən hesablanması, hökmün icrasına nəzarətin X16 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılması, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 202 (iki yüz iki) manatın X14 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi, iş üzrə maddi sübut və mülki iddianın olmaması, X16 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən daha sonra görünür ki, təqsirləndirilən şəxs X22 tikintinin planlaşdırılması və ona rəhbərlik edilməsinin təhlükəsizliyi qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olmuşdur. Belə ki, B.E.Tağıyev "xxxx" MMC ilə arasında bağlanmış 13 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinə (kontraktına) və MMC direktorunun eyni tarixli əmrinə əsasən həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov, Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli yaşayış binalarının tikinti layihəsində briqadir vəzifəsində işləyərkən, tikinti fəaliyyətinə rəhbərlik etmək, obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqları, eləcə də, tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək, təhlükəsiz iş şəraitinin yaradılmasını, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək, əməyin təhlükəsizliyini təmin edən hasarlar, bloklaşdırıcı qurğular nasaz olduqda və onlar yerində olmadıqda işin görülməsinə yol verməmək və sair bu kimi tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi işlərinin aparılmasının təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmaqla normativ sənədlərin - “Briqadirin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatın” 1.3, 3.2-ci bəndlərinin və “Tikintidə təhlükəsi texnikası” İİİ-4-80 saylı, “Tikinti norma və qaydaları”nın 2.5, 2.26-cı bəndlərinin tələblərinə əsasən təhlükəsiz iş şəraitini yaratmalı, fəhlələrin təhlükəsizlik texnikası və nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etməli, onlara tapşırılmış iş sahəsindən təhlükə faktoru olan kənar sahələrə keçmələrinin və həmin boşluqların açıq kənarların mühafizə çəpərləri ilə çəpərlənməsini təmin etməli olduğu halda, qeyd olunan normativ sənədlərin tələblərinə əməl etməyərək tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmuş, nəticədə 27 dekabr 2018-ci il tarixdə saat 10 radələrində 16.11.2018-ci il tarixli əmək müqaviləsinə əsasən MMC-də fəhlə vəzifəsinə işə götürülmüş İddiaçı çoxmərtəbəli yaşayış binasının tikintisinin 3-cü mərtəbəsinin qəlibinin quraşdırılması üçün dikt daşıyan zaman həmin mərtəbədə olan tikinti meydançasından kənarları mühafizə ilə təmin olunmayan pilləkən qəfəsliyi boşluğuna yıxılaraq ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, İİİ, İV, V boyun fəqərələrinin sağ yan, Vİİ boyun fəqərəsinin yan və arxa çıxıntılarının sınıqları, İİ, İİİ döş fəqərələrinin qəlpəli onurğa kanalına keçən sınığı və çıxığı, onurğa beynin İİİ döş fəqərəsi səviyyəsindən hərəkət və hissiyyatın tam itməsi, plegiya və çanaq orqanlarının funksiyasının pozulması ilə müşayət olunan zədələnməsi, döş sümüyü cisminin yerdəyişmiş sınığı, ağ ciyərlərin əzilməsi (hemotoraks), soldan İX, X, sağdan Vİİİ, İX qabırğaların sınığı, sol mil sümüyünün qəlpəli yerdəyişmiş, sol dirsək sümüyünün xətti sınığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. -Atəşgah ASC-nin 11.09.2020-ci il tarixli O-H-2020-0691 saylı məktubundan görünür ki, Malibo MMC ilə Atəşgah Həyat Sığorta Şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta olunan İddiaçı hesabına 27.12.2018-ci il tarixində baş vermiş hadisə üzrə 13.08.2020-ci il tarixində 26925,05 manat məbləğində birdəfəlik sığorta ödənişi ödənilmişdir. -Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.09.2019-cu il tarixli 586 və 586/2 saylı arayışlardan görünür ki, İddiaçı heç bir yerdə işləmir, ailə üzvləri 1986-cı il təvəllüdlü X2, 2006-cı il təvəllüdlü X4, 2008-ci il təvəllüdlü X13 və 2015-ci il təvəllüdlü X5r. Cəlilabad rayonunun Ağdaş kəndində yuxarıda qeyd olunan ailə üzvləri ilə yanaşı anası 1938-ci il təvəllüdlü X20 və bacısı X3 ilə birlikdə yaşayır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestri məlumatından görünür ki, X17 Cəmiyyəti VÖEN ********** hüquqi ünvanı AZ0100 Abşeron rayonu Xırdalan şəhəri 31-ci məhəllə ünvanı olmaqla 19.02.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı 15.11.2018-ci il tarixli əmək müqaviləsi əsasında cavabdeh Malibo MMC-də fəhlə kimi işə götürülmüş, 27.12.2018-ci il tarixdə əmək fəaliyyətini həyata keçirərkən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən yıxılaraq “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, İİİ, İV, V boyun fəqərələrinin sağ yan, Vİİ boyun fəqərəsinin yan və arxa çıxıntılarının sınıqları, İİ, İİİ döş fəqərələrinin qəlpəli onurğa kanalına keçən sınığı və çıxığı, onurğa beynin İİİ döş fəqərəsi səviyyəsindən hərəkət və hissiyyatın tam itməsi, plegiya və çanaq orqanlarının funksiyasının pozulması ilə müşayət olunan zədələnməsi, döş sümüyü cisminin yerdəyişmiş sınığı, ağ ciyərlərin əzilməsi (hemotoraks), soldan İX, X, sağdan Vİİİ, İX qabırğaların sınığı, sol mil sümüyünün qəlpəli yerdəyişmiş, sol dirsək sümüyünün xətti sınığı xəsarətləri ilə, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(106)-189/2019 saylı iş üzrə 27 may 2019-cu il tarixli hökmü ilə Malibo MMC-də briqadir vəzifəsində çalışan X16 təqsiri sübuta yetirilərək Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı, İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi səbəbindən ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh Malibo MMC ilə Atəşgah Həyat Sığorta Şirkəti arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta olunan İddiaçı hesabına 27.12.2018-ci il tarixində baş vermiş hadisə üzrə 13.08.2020-ci il tarixində 26925,05 manat məbləğində birdəfəlik sığorta ödənişi ödənildiyi halda, iddiaçı hər ay orta əmək haqqı kimi aldığı 510 manat, müalicəsinin davam etməsi üçün ayda 1000 manat, başqasının qulluğuna olan ehtiyacının qarşılanması üçün ayda 300 manat olmaqla hər ay ümumilikdə 1810 manat pulun və çoxfunksiyalı araba və çarpayının alınması üçün 10000 manat, mənəvi zərər üçün 300000 manat pulun onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il 3 nömrəli Qərarı ilə təsdiq olunmuş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının: 1.1-ci bəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. 2.1-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. 2.3-cü bəndinə əsasən, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh Malibo MMC ilə sığortaçı Atəşgah Həyat Sığorta Şirkəti ASC arasında bağlanmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta olunan İddiaçı hesabına 27.12.2018-ci il tarixində baş vermiş hadisə üzrə 13.08.2020-ci il tarixində 26925,05 manat məbləğində birdəfəlik sığorta ödənişi ödənildiyindən, qanunvericiliklə nəzərdə tutulmuş işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmadığından, iddiaçı da öz növbəsində həmin icbari sığorta müqaviləsi üzrə sığorta olunan işçilər kateqoriyasına daxil olduğundan və qanunvericiliyin verdiyi bu hüququ təmin edilərək ona birdəfəlik sığorta ödənişi edildiyindən iddiaçının iddia tələbləri həmin xərclərin tutulması hissəsində əassızdır, ona görə də təmin edilməməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X17 Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4789/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4789/2021
01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver