Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4817/2020 23.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, X1 Kredit Təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun tutulmasına dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Kredit Təşkilatı «xxxx» MMC Cavabdeh qarşı borcun tutulması barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borcu 1887.74 (min səkkiz yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat, faiz borcu 97.35 (doxsan yeddi manat otuz beş qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, ümumilikdə 2015.49 (iki min on beş manat qırx doqquz qəpik) manat borcun X1 Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixində X2 Təşkilatı «xxxx» MMC ilə Cavabdeh arasında 429-MHS-0281-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 34.02 faizlə, 18 ay müddətinə 2100 (iki min yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə əsas borcu 1887.74 (min səkkiz yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat, faiz borcu 97.35 (doxsan yeddi manat otuz beş qəpik), manat, ümumi borc 2015.49 (iki min on beş manat qırx doqquz qəpik) manat qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və xx xxxxxx 2020-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X1 Kredit Təşkilatı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli, 429-MHS-0281-19 nömrəli Müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 34.02 faiz olmaqla 2100 (iki min yüz) manat məbləğində kredit verilmişdir. -Müqaviləyə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixinədək, 2100 manat əsas, 608.11 manat faiz borcu olmaqla cəmi 2708.11 manat borc məbləğindən, hər ay banka 151 (sonuncu ay 141.11) manat ödəməklə 18 ay müddətinə qaytarmalıdır. -X2 Təşkilatı «xxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx xxxxxx 2019-cu il tarixli, 429-MHS-0281-19 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu 1887.74 (min səkkiz yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat, faiz borcu 97.35 (doxsan yeddi manat otuz beş qəpik) manat, ümumi borcu 1985.09 (min doqquz yüz səksən beş manat doqquz qəpik) manat təşkil edir. -xx.xx.2020-ci il tarixli son xəbərdarlıqdan görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 17407025 - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh - ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, X2 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti – adlı qurum, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmış, quruma xx.xx.2020-ci il tarixli, **********343200 nömrə ilə çıxarış verilmişdir. -Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx xxxx 2013-cü il tarixdə, 06-00479-2013 saylı X2 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə kreditlərin verilməsi üçün verilmiş xüsusi razılıqın (lisenziya) surətindən görünür ki, X2 Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti – 30 iyul 2012-ci il tarixində, BKT-10 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 1985.09 (min doqquz yüz səksən beş manat doqquz qəpik) manat borc pul məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 429-MHS-0281-19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 1887.74 (min səkkiz yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat, faiz borcu 97.35 (doxsan yeddi manat otuz beş qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 2015.49 (iki min on beş manat qırx doqquz qəpik) manat tutulub X1 Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 429-MHS-0281-19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 1887.74 (min səkkiz yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat, faiz borcu 97.35 (doxsan yeddi manat otuz beş qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 2015.49 (iki min on beş manat qırx doqquz qəpik) manat tutulub X1 Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4817/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4817/2020
23.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver