Məhkəmə qərarları › İş №2(012)-4851/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4851/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4851/2025 19.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 1900 manat pulun və 40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ildə torpaq sahəsi alması üçün cavabdehlərə 2900 manat pul vermişdir. Sonradan cavabdehlər nə torpaq sahəsini verə bilmiş, nə onun verdiyi pulu qaytarmışlar. İddiaçı polis şöbəsinə şikayət etdikdən sonra cavabdehlər tərəfində cəmi 1000 manat pul iddiaçıya qaytarılmışdır. Cavabdehlər hazıkı vaxtadək 1900 manat pulu iddiaçıya ödəməkdən boyun qaçırırlar. Cavabdehlər torpaq sahəsinə görə iddiaçıdan almış olduqları pulu polis şöbəsində verdikləri ifadələrində də etiraf etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdilər. Onlar bildirdilər ki, iddiaçıdan cəmi 2900 manat pul almış və həmin puldan 1000 manat pulu geri qaytarmışlar. Onların iddiaçıya hazırda cəmi 1900 manat pul borcları qalmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdən görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 barəsində şikayət ərizəsilə Bakı şəhəri Binəqədi RPİ-nə müraciət etmiş, toplanmış material xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 barəsində etdiyi şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Materiallardan görünür ki, mübahisə üzrə Cavabdeh1 və Cavabdeh2 izahatları alınmışdır. Cavabdeh1 və Cavabdeh2 göstərmişlər ki, torpaq sahəsinə görə İddiaçı aldıqları 2900 manat pulun 1000 manatını qaytarmışlar və ona cəmi 1900 manat borcları qalmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsi almaq məqsədi ilə cavabdehlərə ümumilikdə 2900 manat pul vermişdir. Bundan sonra cavabdehlər iddiaçıya satmış olduqları torpaq sahəsini sənədləşdirə bilmədiklərindən iddiaçı cavabdehlərə vermiş olduğu pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdehlər iddiaçıya 1000 manat pulu qaytarsalar da, qalan 1900 manat pul qaytarılmamışdır. Göründüyü kimi, cavabdehlər torpaq sahəsinin alınması müqabilində iddiaçıdan ümumilikdə 2900 manat pul almasını etiraf etmişlər. Onlar bu vəsaitdən 1000 manat qaytardıqlarını bildirmişlər. İddiaçı isə hazırda bildirir ki, torpaq sahəsinin alınması üçün cavabdehlərə ümumilikdə 3200 manat məbləğində pul vermiş, cavabdehlər tərəfindən həmin pulun 1000 manatı qaytarılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən torpaq sahəsinin alınması üçün cavabdehlərə ümumilikdə 3200 manat pulun verilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmiş, cavabdehlər isə polis idarəsində və məhkəmə iclasında verdikləri izahatlarında iddiaçıdan ümumilikdə 2900 manat pul aldıqlarını etiraf etmişlər. Həmin məbləğdən də 1000 manat pulun iddiaçıya qaytarılması tərəflərin etirafları ilə təsdiq olunur. Bu, işin mübahisəsiz halıdır. Hazırda cavabdehlərin iddiaçıya cəmi 1900 manat pul borcları qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, qaytarılan pulun məbləği 1000 manatdır, qalan 1900 manat pulun qaytarılması barədə işdə hər hansı mötəbər sübut yoxdur. Beləliklə, işin faktiki hallarından məlum olur ki, cavabdehlər iddiaçının hesabına 1900 manat məbləğində əsassız varlanmışlar. Buna görə də iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1900 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Əsassız varlanmanın bu məbləğdə olması işdəki bir sıra mötəbər sübutlarla, o cümlədən cavabdehlərin polis orqanında və məhkəmə iclasında verdiyi izahatları ilə tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddianın həmin hissəsinə dair sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı da bu hallar təsdiq edilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 39 manat pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1900 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39 manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar