Məhkəmə qərarları › İş №2(012)-4895/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4895/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4895/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.04.2014-cü il tarixli **********08214 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 09.04.2018-ci il tarixdən 30.06.2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30.06.2019-cu il tarixdən 15.04.2021-ci il tarixinə qədər isə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış 26 031,21 (iyirmi altı min otuz bir manat 21 qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01.04.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 279,77 (on min iki yüz yetmiş doqquz manat 77 qəpik) manat məbləğində penya, cəmi 36 310,98 (otuz altı min üç yüz on manat 98 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 6 (altı) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış 09.04.2014-cü il tarixli **********08214 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə, 202000 (iki yüz iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında sonuncunun Abşeron rayonu, Saray qəsəbəsi, A.Ələsgər küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 12 nömrəli, 2 mərtəbəli, 220,40 kv.m ümumi, 127,49 kv.m yaşayış, 92,91 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin (bundan sonra birlikdə - “Fərdi yaşayış evi”) ipoteka qoyulması barədə 09.04.2014-cü il tarixli **********08214/ip №-li İpoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi”) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə “İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında” iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2(012)-4856/2018 №-li qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə 09.04.2014-cü il tarixli **********08214 saylı Kredit müqaviləsi üzrə 103449,69 manat əsas borc, 09.04.2018-ci il tarixədək illik 16 faiz dərəcəsi ilə hesablanmış 23035,55 manat adi faiz borcu, 25.09.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1787 manat məbləğində penya olmaqla, cəmi 128272,24 manat məbləğində pul vəsaitinin tutulması, borcun ödənilməsi üçün ipoteka predmeti olan və Cavabdeh mülkiyyətində olan Fərdi yaşayış evinə tutmanın yönəldilməsi, Fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ASC "xxxx" Bankına olan borcunun ödənilməsi, Fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X5, X9, X6, X8, X3, onların ailə üzvləri və digər şəxslərin Fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 205 000 manat müəyyən edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə sənədlərin notariat qaydasında təsdiq edilməsi üçun ödənilmiş 15 manat pul vəsaitinin əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X9 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2( 105)-1151/2019 nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilərək 206 000 manat məbləğində müəyyən edilmiş, digər şəxslərin Fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması hissəsində iddia tələbi təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(012)-4856/2018 saylı qətnaməsi digər hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X1 Mərkəzi” MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda Fərdi yaşayış evi satılmadığından onun alınması Banka təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında YP-038 №-li Satış protokolu və Bank ilə Hərrac təşkilatçısı arasında 03 noyabr 2020-ci il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 131 325 (bir yüz otuz bir min üç yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, 01.04.2020-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 10279.77 (on min iki yüz yetmiş doqquz manat 77 qəpik) manat təşkil edir. Məhkəmənin diqqətinə çatdırırır ki, Bankın daxili qərarına əsasən 01.04.2020-ci il tarixindən Kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas borc məbləğinə penyanın hesablanması Borcalanın xeyrinə dayandırılmışdır. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyirik ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anma qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir’ (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anma qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 1 (bir) ildən artıq müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları» tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin 30.06.2019-cu il tarixdən 15.04.2021 -ci il tarixdək illik faiz dərəcəsi 23 % (iyirmi üç faiz) təşkil etməsinə baxmayaraq, Bank, 30.06.2019-cu il tarixdən 15.04.2021 -ci il tarixə kimi əldə çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 16 %) əldə rəhbər tutmağı əsaslı hesab edir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 09.04.2018-ci il tarixdən 30.06.2019-cu il tarixə (yuxarıda qeyd edilən Arayışın tarixinə) əldən çıxmış faydanın hesablanmasında isə digər əsaslardan çıxış edərək daha böyük məbləğdə tələb etmədiyinə görə Bank AR MM-in 445.7-ci maddəsinə istinad edərək illik 5% (beş faiz) dərəcəsini əldə rəhbər tutumağı əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yuxarıda qeyd olunanlara əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 09.04.2018-ci il tarixdən 30.06.2019-cu il tarixə qədər (vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) əldən çıxmış faydanın hesablanmasında AR MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 5 %) və kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 16 %) əldə rəhbər tutmağı (müvafiq faiz dərəcələri yuxarıda qeyd edilmiş dövrlər üzrə nəzərə alınmaqla) əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (09.04.2018-ci il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (15.04.2021-ci il) olan dövr üçün bu məbləğ 26031,21 (iyirmi altı min otuz bir manat 21 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən Cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 18.06.2021-ci il tarixli 1061 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Onu da qeyd etmək zəruridir ki, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə Bank tərəfindən cəmi 6 manat xərc çəkilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115 maddəsinin tələblərindən çıxış edərək həmin məbləğ də cavabdehdən tutularaq Banka ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 443.2-ci, 462-ci, 465.2-ci və 528-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarlarına, 09.04.2014-cü il tarixli **********08214 №-li Kredit müqaviləsinin 2.3-ci, 4.1-cü, 5.1-ci və 6.2-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2(012)-4856/2018 №-li qətnaməsindən görünür ki, iddianın qismən təmin edilmiş, Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə 09.04.2014-cü il tarixli **********08214 saylı Kredit müqaviləsi üzrə 103449,69 manat əsas borc, 09.04.2018-ci il tarixədək illik 16 faiz dərəcəsi ilə hesablanmış 23035,55 manat adi faiz borcu, 25.09.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1787 manat məbləğində penya olmaqla, cəmi 128272,24 manat məbləğində pul vəsaitinin tutulması, borcun ödənilməsi üçün ipoteka predmeti olan və Cavabdeh mülkiyyətində olan Fərdi yaşayış evinə tutmanın yönəldilməsi, Fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ASC "xxxx" Bankına olan borcunun ödənilməsi, Fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X5, X9, X6, X8, X3, onların ailə üzvləri və digər şəxslərin Fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 205 000 manat müəyyən edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə sənədlərin notariat qaydasında təsdiq edilməsi üçun ödənilmiş 15 manat pul vəsaitinin əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2( 105)-1151/2019 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilərək 206 000 manat məbləğində müəyyən edilmiş, digər şəxslərin Fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması hissəsində iddia tələbi təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(012)-4856/2018 saylı qətnaməsi digər hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2(012)-4856/2018 №-li qətnaməsi ilə iddiaçı ASC "xxxx" Bankı ASC-in iddiası qismən təmin edilmiş, Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə 09.04.2014-cü il tarixli **********08214 saylı Kredit müqaviləsi üzrə 103449,69 manat əsas borc, 09.04.2018-ci il tarixədək illik 16 faiz dərəcəsi ilə hesablanmış 23035,55 manat adi faiz borcu, 25.09.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1787 manat məbləğində penya olmaqla, cəmi 128272,24 manat məbləğində pul vəsaitinin tutulması, borcun ödənilməsi üçün ipoteka predmeti olan və Cavabdeh mülkiyyətində olan Fərdi yaşayış evinə tutmanın yönəldilməsi, Fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ASC "xxxx" Bankına olan borcunun ödənilməsi, Fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X5, X9, X6, X8, X3, onların ailə üzvləri və digər şəxslərin Fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 205 000 manat müəyyən edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsinin, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə sənədlərin notariat qaydasında təsdiq edilməsi üçun ödənilmiş 15 manat pul vəsaitinin əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. Daha sonra isə sözügedən qətnamədən cavabdeh X9 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2( 105)-1151/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilərək 206 000 manat məbləğində müəyyən edilmiş, digər şəxslərin Fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması hissəsində iddia tələbi təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(012)-4856/2018 saylı qətnaməsi digər hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı ASC "xxxx" Bankı cavabdehdən 36310,98 manat məbləğində pulun ASC "xxxx" Bankının xeyrinə tutulmasına səbəb kimi cavabdehin kredit müqaviləsilə götürdüyü və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmasını,həmin hərəkətlərin bankın qanuni mənafelərinin pozulması ilə nəticələnməsini, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olmasını göstərmiş və maddi hüququ norması kimi AR MM-in 21,443.2,462, 449 və528-ci maddələrinə istinad olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 449-cu maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas ayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməyib. Halbuki qeyd edilən normanının tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-in 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti daşıdığı halda bunu edə bilməmişdir. Bundan əlavə işin yuxarıda qeyd olunmuş faktiki hallarından göründüyü kimi, tələbin məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi qət edilmiş, hazırki borcun da həmin qətnamənin icra edilməməsi səbəbindən yaranmasını göstərilmiş, lakin məhkəmədə ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, ipoteka predmetinə tutmanın yönəlməsinə cavabdehlərin maneə yaradıb-yaratmaması halları ilə bağlı hər hansı bir sübut göstərilməmiş,yalnız formal mülahizə və izahata istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı 09.04.2014-cü il tarixli **********08214 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 09.04.2018-ci il tarixdən 30.06.2019-cu il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə, 30.06.2019-cu il tarixdən 15.04.2021-ci il tarixinə qədər isə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanmış 26 031,21 (iyirmi altı min otuz bir manat 21 qəpik) manat məbləğində əldən çıxmış faydanın (zərər) əvəzi, 01.04.2020-ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 279,77 (on min iki yüz yetmiş doqquz manat 77 qəpik) manat məbləğində penya, cəmi 36 310,98 (otuz altı min üç yüz on manat 98 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 6 (altı) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar