Məhkəmə qərarları › İş №2(012)-4899/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4899/2021

20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4899/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanları göstərilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin mənasına görə ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanlarının göstərilməsinin qeyd olunması, həmin ünvanın mövcudluğunu təsdiq edən rəsmi sənədlərin iş materiallarına əlavə edilməsini özündə ehtiva edir. Lakin İddiaçı iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxsin, yəni Cavabdeh ünvanını göstərməmişdir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən edilmiş iddia ərizəsinin formasına və məzmununa riayət etməməsi kimi qiymətləndirir və Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar