Məhkəmə qərarları › İş №2(012)-49/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-49/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-49/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 202000 manat əsas borcun, kredit müqaviləsinin müddətinin bitdiyi-01 fevral 2018-ci il tarixə 75480,42 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi 01 fevral 2018-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 45733,86 manat dəbbə pulu, kredit müqaviləsinin bitdiyi 01 fevral 2018-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 149253,97 manat olmaqla, cəmi 472468,25 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh 202000 manat əsas borcun, kredit müqaviləsinin müddətinin bitdiyi-01 fevral 2018-ci il tarixə 75480,42 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi 01 fevral 2018-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 45733,86 manat dəbbə pulu, kredit müqaviləsinin bitdiyi 01 fevral 2018-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 262958,73 manat olmaqla, cəmi 586173,01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh illik 17 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndlərinə əsasən Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 24 ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və kredit məbləğini kreditin verilmə tarixindən sonra bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə banka ödənilməlidir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi günədək əlavə dəbbə pulu hesablanır və cərimənin məbləği kredit faizinin 2 mislinə bərabərdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuşdur. Cavabdeh axırıncı dəfə xx.xx.2019-cu il tarixində cəmi 2000 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil3 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, Cavabdeh öz evindən bankın xeyrinə imtina ərizəsi yazmışdır. Bundan əlavə sözügedən kredit müqaviləsi üzrə heç bir yüklülük və ya ipoteka predmeti yoxdur. İddiaçı "xxxx" ASC iddia tələbində 202000 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8685 №-li ekspert rəyində 290000 manat göstərilmişdir. Cavabdeh tərəfindən ödənişlər edilmişdir, lakin ödəniş qəbzləri mövcud deyildir. Odur ki, o, təkrar ekspertiza keçirilməsini xahiş etdi. İş materiallarında olan 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (kreditalan) həqiqətən də İddiaçı ASC-dən illik 17 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit almışdır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh bankla bağladığı 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə 202000 manat əsas borcu, kredit müqaviləsinin müddətinin bitdiyi-01 fevral 2018-ci il tarixə 75480,42 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi 01 fevral 2018-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 45733,86 manat dəbbə pulu, kredit müqaviləsinin bitdiyi 01 fevral 2018-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 262958,73 manat olmaqla, cəmi 586173,01 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8685 №-li ekspert rəyindən görünür ki, Cavabdeh 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixinə 299970 manat əsas borc, 55348,15 manat faiz borcu, xx.xx.2021-ci il tarixinə əldən çıxmış fayda üzrə 89838,93 manat borcu vardır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə iş materiallarında olan sənədlərə əsasən bank tərəfindən cərimə hesablanmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8685 saylı ekspert rəyindən məlum olur ki, Cavabdeh 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixinə 299970 manat əsas borc, 55348,15 manat faiz borcu, xx.xx.2021-ci il tarixinə əldən çıxmış fayda üzrə 89838,93 manat borcu vardır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə iş materiallarında olan sənədlərə əsasən bank tərəfindən cərimə hesablanmamışdır. İddia tələbində 202000 manat əsas borc tələb edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8685 №-li ekspert rəyində isə 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə 299970 manat əsas borc müəyyən edilmiş, iddiaçı təşkilat tərəfindən əsas borcun artırılmasına dair ərizə verilməmiş, AR MPM-in 218.3-cü maddəsinə əsasən verilən tələblər üzrə qətnamə çıxarılması nəzərdə tutulduğundan, məhkəmə AR MPM-in 218.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, hazırki mülki iş üzrə əsas borc iddia tələbində göstərilən həddə, faiz,cərimə və əldən çıxmış fayda isə 31 mart 2022-ci il tarixli, 9/8685 №-li ekspert rəyində göstərilən həddə qiymətləndirilməlidir. Odur ki, Cavabdeh 202000 manat əsas borc, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8685 №-li ekspert rəyini nəzərə alaraq, 55348,15 manat faiz borcu, 0 cərimə və 89838,93 manat əldən çıxmış fayda olmaqla, cəmi 347187,08 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə Cavabdeh(borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin AFB Bank» ASC-ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki,sözügedən kredit müqaviləsinin müddəti bitdiyindən,həmin tələbin qiymətləndirilməsinə də zərurət aradan qalxmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 mart 2022-ci il tarixli, 9/8685 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 119 manat Cavabdeh, 81 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab- AZ34CTRE********************. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 18 manat da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 202000 manat əsas borc, 55348,15 manat faiz borcu və 89838,93 manat əldən çıxmış fayda olmaqla, cəmi 347187,08 manat məbləğində kredit borcu və 18 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 mart 2022-ci il tarixli, 9/8685 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 119 manat Cavabdeh, 81 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar