Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4911/2021 08.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Rəhimova Mehriban Məmməd qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Rəhimova Mehriban Məmməd qızının Cavabdeh qarşı “ özbaşına tutulmuş torpaq sahəsinin geri alınması,özbaşına tikintinin sökülməsi, əvvəlki hasarın bərpa edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair və iddiaçı Cavabdeh Rəhimova Mehriban Məmməd qızına qarşı “ özbaşına tutulmuş torpaq sahəsinin geri alınması,özbaşına tikintinin sökülməsi” tələbinə dair iddia ərizələri üzrə işlərin bir icraatda birləşdirilməsi barədə tərəflərin nümayəndələrinin vəsatətinə baxaraq, müəyyən etdi: İddiaçı Rəhimova Mehriban Məmməd qızının Cavabdeh qarşı “ özbaşına tutulmuş torpaq sahəsinin geri alınması,özbaşına tikintinin sökülməsi, əvvəlki hasarın bərpa edilməsi və kompensasiya ödənilməsi” tələbi barədə məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus ünvan 1i ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun hasarına bitişik olan hissəsinin cavabdehin hesabına sökülərək normalara uyğunlaşdırılmasının, həmçinin həmin tikilinin mövcud olduğu 6 il üçün illik 3600 manat kompensasiya məbləği olmaqla ümumilikdə 21600 manat kompensasiyanın, həmçinin 30 manat dövlət rüsumunun cavabdeh alınaraq ona verilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Rəhimova Mehriban Məmməd qızının nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı vəsatət verərək göstərmişlər ki,Abşeron rayon məhkəməsində eyni torpaq sahələri ilə bağlı tərəflər arasında 2(012)-4911/21 və 2(012)-4462/21 saylı mülki işlər vardır. 2(012)-4462/21 saylı mülki iş hal-hazırda Abşeron rayon məhkəməsinin hakimi Mələhət Abbasovanın icraatındadır və 2(012)-4462/21 saylı mülki iş daha əvvəl məhkəmənin icraatına daxil olmuşdur.Ona görə də həmin işlərə birgə baxılması üçün MPM-in müvafiq maddələrinə əsasən 2(012)-4911 saylı, 2021-ci il tarixli mülki işin 2(012)- 4462/21 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iddiaçı Rəhimova Mehriban Məmməd qızının nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 vəsatətini araşdırıb belə nəticəyə gəlir ki, hər iki mülki işdə göstərilən tələblər bir-biri ilə əlaqəli olduğundan və tərəflər eyni olduğundan prosessual qənaət baxımışdan həmin mülki işlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3cü maddəsinə əsasən bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə görə bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Rəhimova Mehriban Məmməd qızının Cavabdeh qarşı “ özbaşına tutulmuş torpaq sahəsinin geri alınması,özbaşına tikintinin sökülməsi, əvvəlki hasarın bərpa edilməsi və kompensasiya ödənilməsi” tələbinə dair 2(012)-4911/2021 saylı mülki işlə və İddiaçı Cavabdeh Rəhimova Mehriban Məmməd qızına qarşı “ özbaşına tutulmuş torpaq sahəsinin geri alınması,özbaşına tikintinin sökülməsi” tələbinə dair 2(012)-4462/2021 saylı mülki iş bir icraatda birləşdirilsin və hər iki işə 2(012)-4462/2021 nömrəsi verilsin. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4911/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4911/2021
08.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver