Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4917/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1597 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, 1627 manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 2546 nömrəli, 25.12.2017ci il tarixli kredit müqaviləsinə əsasən onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən mağazadan dəyəri 1980 manat olan məişət avadanlığı əldə etmişdir. Buna görə cavabdehə əlavə olaraq mağazalarından bir ədəd Scarlet markalı tozsoran da hədiyyə edilmişdir. Məişət avadanlığı 25.12.2017-ci il tarixli satış qaimə-fakturasına əsasən Cavabdeh təhvil verilmişdir. Cavabdeh ilkin ödəniş olaraq 150 manat ödəniş etdiyinə görə 25.12.2018-ci ilədək 12 ay müddətində hər ay 152,5 manat, cəmi 1830 manat məbləğin ona ödəniş etməsi barədə öhdəlik götürmüşdür. Cavabdehin həmin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra ona 1597 manat borcu qalmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır, borc məbləğini ödəməkdən yayınır. Buna görə də borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 2546 nömrəli, 25.12.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən mağazadan dəyəri 1980 manat olan məişət avadanlığını 12 ay müddətinə hər ay 153 manat ödəmək şərti ilə əldə etmişdir. Cavabdehə əlavə olaraq mağazadan bir ədəd Scarlet markalı tozsoran da hədiyyə edilmişdir. Cavabdeh 150 manat ilkin ödəniş etməklə, ümumilikdə 383 manat ödəniş etmişdir. Cavabdeh hal-hazırda iddiaçı İddiaçı 1597 manat borcu vardır. İş materiallarında olan kontragentə əsasən, Cavabdeh İddiaçı 25.12.2017-ci il tarixdı 150 manat, 25.01.2018-ci il tarixdə 123 manat, 26.01.2018-ci il tarixdə 30 manat və 02.03.2018-ci ildə 80 manat ödəniş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2546 nömrəli, 25.12.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən mağazadan dəyəri 1980 manat olan məişət avadanlığını 12 ay müddətinə hər ay 153 manat ödəmək şərti ilə əldə etmişdir. Cavabdehə əlavə olaraq mağazadan bir ədəd Scarlet markalı tozsoran da hədiyyə edilmişdir. Cavabdeh 150 manat ilkin ödəniş etməklə, ümumilikdə 383 manat ödəniş etmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və 1597 manat məbləğində borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 1597 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1597 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1627 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4917/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4917/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver