Məhkəmə qərarları › İş №2(012)-4943/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4943/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4943/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, kreditor X2 Borclu barəsində borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X1 Borclu barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu xx.xx.2019-cu il tarixli M0266/19 nömrəli Nisyə satış müqaviləsi üzrə 678 (altı yüz yetmiş səkkiz) manat əsas və cərimə borcu 45 (qırx beş) manat olmaqla cəmi 723 (yeddi yüz iyirmi üç) manat məbləğin, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 20.40 (iyirmi manat, 40 qəpik) manat məbləğinin kreditor X2 xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Məhkəməyə ünvanlanmış hazırki ərizə X3 tərəfindən imzalanmışdır. Həmin şəxsin ərizəni imza etmə səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 278.3. maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. 279.2.2.maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Göründüyü kimi hazırkı kreditor tələbini əsaslandırdığı sənədləri ərizəsinə əlavə etməmişdir. Odur ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275- 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Borclu barəsində borcun tutulmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar