Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4952/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 iyun 2021-ci il tarixə banka borclu olduğu 17953,85 ABŞ dolları məbləğində əsas borcun, 1999,07 ABŞ dolları məbləğində faiz borcunun, 153,60 ABŞ dolları cərimə borcunun, cəmi 20106,52 ABŞ dolları borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan ** FZ *** dövlət nömrə nişanı olan “Chevrolet Cruze minik” markalı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən-qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 31.10.2013-cü il tarixli, 118807-1- 9596 saylı avtomobil krediti müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 19 % olmaqla 23385 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh 31.10.2013-cü il tarixli, 118807-16-13738 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan ** FZ *** dövlət nömrə nişanı olan “Chevrolet Cruze minik” markalı avtomobili iddiaçıya ipotekaya qoymuş və bu barədə “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsii” ndə göstərilən avtomobilə dair “İpoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsin” barədə xüsusi qeyd aparılmışdır. Borclu kredit vəsaitindən istifadə etsə də, avtomobil krediti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini 15.02.2016-cı il tarixdən icra etmir. Bunlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh vəkili X2 məhkəmədə göstərdi ki,mqavilə beş il müddətinə bağlanmış, üç illik iddia müddəti keçdiyinə görə iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan 31.10.2013-cü il tarixli, 118807-1-9596 saylı avtomobil krediti müqaviləsindən görünür ki, bank Cavabdeh 60 ay müddətinə, illik 19 % olmaqla 23385 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı dövlət nömrə nişanı ** FZ *** olan “Chevrolet Cruze minik” avtomobili bankın xeyrinə girov(ipoteka) qoymuşdur. İş materiallarında olan 31.10.2013-cü il tarixli, 118807-16-13738 saylı ipoteka müqaviləsindən görünür ki, 31.10.2013-cü il tarixli, 118807-1-9596 saylı avtomobil kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi ipoteka müqaviləsi bağlanmış, Cavabdeh mülkiyyətində olan ** FZ *** dövlət nömrə nişanı olan “Chevrolet Cruze minik” markalı avtomobili iddiaçıya ipotekaya qoymuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, 31.10.2013-cü il tarixli, 118807-1-9596 saylı avtomobil krediti müqaviləsinə əsasən Cavabdeh 17953,85 ABŞ dolları məbləğində əsas borcu, 1999,07 ABŞ dolları məbləğində faiz borcu, 153,60 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20106,52 ABŞ dolları borcu vardır. Cavabdeh müqavilə üzrə öhdəliyini 15.02.2016cı il tarixdən icra etmir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cvabdehin vəkilini dinləyib, iş materiallarını araşdırıb,bütün sübutları məcmu halında qiymətlndirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, sübutların tədqiqatından görünür ki, tərəflər arasında 31.10.2013-cü il tarixli, 118807-1- 9596 saylı avtomobil krediti müqaviləsi və 31.10.2013-cü il tarixli, 118807-16-13738 saylı ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. İddiaçı təşkilatın nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübuta yetirə bilib və iddia tələbinin qanuni əsasları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 31.10.2013-cü il tarixli, 118807-1-9596 saylı avtomobil krediti müqaviləsi və 31.10.2013-cü il tarixli, 118807-16-13738 saylı ipoteka müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 31.10.2013-cü il tarixli, 118807-1-9596 saylı avtomobil krediti müqaviləsinə əsasən, hesablanmış 153,60 ABŞ dolları məbləğində cərimə borcu cavabdehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 ABŞ dolları məbləğində olmalıdır. Kredit müqaviləsindən irəli gələn öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomaşının açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, Bank VTB (Azərbaycan) ASC-nin ipoteka ilə yüklü edilmiş ** FZ *** dövlət nömrə nişanı olan “Chevrolet Cruze minik” markalı avtomobilə tutmanın yönəldilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Məhkəmə cavabdehin vəkilinin iddia müddətinin keçməsi ilə bağlı mövqey ilə razılışmır və hesab edir ki, həmin mövqe işin faktiki halları iılə uyğunluq təşkil etmir.Belə ki, iş materialalrından görünür ki,tərflər arasında müqavilə 31.10.2013-cü il tarixldə, 60 ay müddətinə bağlanmış və iddiaçı təşkilat tərəfindən 17.08.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiklərindən iddia müddəti keçməmişdir. Bundan əlavə AR Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 iyun 2021-ci il tarixə banka borclu olduğu əsas borcu 17953,85 ABŞ dolları, faiz borcu üzrə 1999,07 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları olmaqla, ümumilkdə 19962,92 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASCnin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus ** FZ *** dövlət nömrə nişanı olan “Chevrolet Cruze minik” markalı avtomobilə yönəldilsin. Cavabdeh mülkiyyətində olan ** FZ *** dövlət nömrə nişanı olan “Chevrolet Cruze minik” markalı avtomobil açıq hərracda satılsın, satışdan əldə edilən vəsaitdən qeyd olunan məbləğ Bank VTB (Azərbaycan) ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4952/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4952/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver