Məhkəmə qərarları › İş №2(012)-4953/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4953/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4953/2020 27.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Hümbətov Şahin Fərman oğlunun cavabdehər “xxxx“2016 MTK- direktoru Səməndərov Emil Tofiq oğluna və Cavabdeh2 direktoru Hacıyev İlqar Sabir oğluna qarşı pul tələbinə dair iddia ərizəsinə 27 noyabr 2020-ci il tarixdə , Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Hümbətov Şahin Fərman oğlunun cavabdehər “xxxx“2016 MTK- direktoru Səməndərov Emil Tofiq oğluna və Cavabdeh2 direktoru Hacıyev İlqar Sabir oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Səməndərov Emil Tofiq oğlu və Hacıyev İlqar Sabir oğlundan cəmi 162 000 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, işin materiallarından görünür ki, cavabdeh Emil Səməndərovun qeydiyyat yeri Saatlı rayonu, İlqar Hacıyevin qeydiyyat yeri isə Bakı şəhəri Nərimanov rayonudur. MPM-nin 152.1.3 maddəsinə görə əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ilə cavabdeh kimi qeyd edilən hüquqi şəxslər arasında mənzil tikintisi, mənzil alqı-satqısı barədə müqavilələr vardır.Əgər iddiaçı həmin mənzillərə görə ödəmiş olduğu pulu tələb edirsə, o halda iddia tələbi həmin hüquqi şəxslərə qarşı yönəldilməlidir Göründüyü kimi iddia ərizəsi qanunun tələblərinə uyğun tərtib edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Hümbətov Şahin Fərman oğlunun cavabdehər “xxxx“2016 MTK- direktoru Səməndərov Emil Tofiq oğluna və Cavabdeh2 direktoru Hacıyev İlqar Sabir oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar