Məhkəmə qərarları › İş №2(012)-4978/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4978/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4978/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 mart 2021-ci il tarixli, 01415 saylı kredit müqaviləsi üzrə Cavabdeh aid 1098,08 manat məbləği əsas borc, 1,06 manat məbləğində hesablanmış adi faizlər üzrə borcu, 0,58 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 1099,72 manat məbləğində pul vəsaitinin və həmçinin iddiaçının cavabbehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə 1129,72 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış 16 mart 2021-ci il tarixli, 01415 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı BOKT MMC-dən 48 ay müddətinə qaytarılmaq şərtilə faiz dərəcəsi 1 % olmaqla 1170 manat məbləğində kredit almışdır. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə erməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud rəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafıkinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri 28.09.2020-ci il tarixədək həyata keçirmiş və həmin tarixdən bu günədək müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq (30.04.2021-ci il tarixli 1066 saylı xəbərdarlıq və 05.05.2021-ci il tarixli 1074 saylı Son xəbərdarlıq) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir, bu səbəbdən İddiaçı BOKT MMC 18.05.2021-ci il tarixindəə cavabdehə qarşı iddia qaldırmışdır. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borc alan Borc verənə ödəniş vaxtı xeçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0,2 % dərəcəsi ilə hesablanan penya ödəyir. Qeyd olunanlara əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, ödənişlərdə gecikmə etmişdir. O, hazırda işsizdir və məbləği hissə-hissə ödəyə bilər. İş materiallarından olan 16 mart 2021-ci il tarixli, 01415 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank ümumi məbləği 1170 manat olan borc pulu aylıq faiz dərəcəsi 1 % olmaqla 48 ay müddətinə kredit alana verir. İş materiallarında olan 27.07.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 16 mart 2021-ci il tarixli, 01415 saylı kredit razılaşması üzrə 27.07.2021-ci il tarixə olan borcu 1098,08 manat məbləğində kredit borcu, 1,06 manat məbləğində faiz borcu və 0,58 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1099,72 manat məbləğində təşkil edir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsi və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 16 mart 2021-ci il tarixli, 01415 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh 16 mart 2021-ci il tarixli, 01415 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 16 mart 2021-ci il tarixli, 01415 saylı kredit müqaviləsi üzrə Cavabdeh aid 1098,08 manat məbləği əsas borc, 1,06 manat məbləğində hesablanmış adi faizlər üzrə borc, 0,58 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla, cəmi 1099,72 manat manat məbləğində pul vəsaitinin və həmçinin iddiaçının cavabbehn təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə 1129,72 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar