Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-498/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçıların vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən, iddia ərizəsində qeyd olunan 13 ədəd ayrı-ayrılıqda yerləşən yaşayış sahələrinin iddiaçılara təhvil verilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən, iddia ərizəsində qeyd olunan 13 ədəd ayrı-ayrılıqda yerləşən yaşayış sahələrinin iddiaçılara təhvil verilməsi öhdəliyinin icra edilməsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə iddiaçılar iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən, iddia ərizəsində qeyd olunan 14 ədəd ayrı-ayrılıqda yerləşən yaşayış sahələrinin iddiaçılara təhvil verilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması ,iddia ərizəsində qeyd edilən Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 15 mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 58 saylı mənzilin 73 saylı mənzil kimi qeyd edilməsini, habelə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 56 saylı mənzilin, ümumilikdə 14 ədəd mənzilin iddiaçılar təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bankdan 380.000 manat kredit götürüb, Cavabdeh1 MMC tərəfindən inşa edilən hündürmərtəbəli binadan mənzil almaq qərarına gələrək MMC ilə ayrı-ayrılıqda aşağıda göstərilən Alqı-satqı müqavilələrini bağlamışlar:
1. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 57 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 22.272 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir. 2.Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 50 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 24.480 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir.
3. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 60 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 26.277 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir.
4. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 55 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 37.635 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir.
5. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 95.75 kv.m, olmaqla 2 otaqdan ibarət 58 saylı- mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 36.385 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir. 6.Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 13 mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 69 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 21.158 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir.
7. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 15 mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 73 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir.
8. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 56 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 24 480 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir. 9.Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.07 kv.m, olmaqla 1 otaqdan ibarət 30 saylı mənzilin alqı-satqısına dair İddiaçı2 ilə bağlanan xx xxxxxx 2011-ci il tarixli müqavilə;Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 27.660 manat məbləğində pul vəsaiti İddiaçı2 tərəfindən tam şəkildə ödəmişdir.
10. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1otaqdan ibarət 24 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 26.277 manat məbləğində pul vəsaiti İddiaçı2 tərəfindən tam şəkildə ödəmişdir. 11.Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 22 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaiti İddiaçı3 tərəfindən tam şəkildə ödəmişdir.
12. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 16 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2011-ci il tarixli müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaiti İddiaçı3 tərəfindən tam şəkildə ödəmişdir. 13.Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m, olmaqla 3 otaqdan ibarət 32 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2008-ci il tarixli 01 saylı müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 65.725 manat məbləğində pul vəsaiti İddiaçı4 tərəfindən tam şəkildə ödəmişdir.
14. Cavabdeh1 MMC ilə Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (2-ci Bina) 5-ci mərtəbəsində ümumi sahəsi 124.91 kv.m, olmaqla 3 otaqdan ibarət 95 saylı mənzilin alqı-satqısına dair xx xxxxxx 2008-ci il tarixli 04 saylı müqavilə; Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 68.700 manat məbləğində pul vəsaiti İddiaçı4 tərəfindən tam şəkildə ödəmişdir. Müqavilələr üzrə iddiaçılar üzərilərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsələr də, Cavabdeh1 MMC isə öz növbəsində öhdəliyin icrasından yayınmışdır. Belə ki, mənzillərin təhvil verilməsi barədə Cavabdeh1 MMC-yə müraciət olunmuş, lakin bu günə kimi mənzillər könüllü olaraq iddiaçılara təhvil verilməmiş, habelə məktuba da cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclası zamanı iddiaçıların vəkili-nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 MMC lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclas zamanı nümayəndəsinin iştirakını təmin etməməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçıların vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 57 saylı mənzili Cavabdeh1 MMC İddiaçı1 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 22.272 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1otaqdan ibarət 50 saylı mənzili Cavabdeh1 MMC İddiaçı1 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 24.480 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 60 saylı mənzili Cavabdeh1 MMC İddiaçı1 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 26.277 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 55 saylı mənzili Cavabdeh1 MMC İddiaçı1 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 37.635 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 95.75 kv.m, olmaqla 2 otaqdan ibarət 58 saylı mənzili Cavabdeh1 MMC İddiaçı1 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 36.385 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur.İşin materiallarında olan MMC-nin dirüktorunun imzası və möhürlə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli həmin müqaviləyə düzəlişdən müəyyən edilir ki, bu mənzilin nömrəsi 58-in , 73 saylı mənzil kimi qeyd edilməsi bildirilmişdir. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 13 mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 69 saylı mənzili Cavabdeh1 MMC İddiaçı1 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 21.158 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 15 mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 58 saylı mənzili Cavabdeh1 MMC İddiaçı1 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanan həmin müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 56 saylı mənzilin dəyəri olan 24 480 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödəmişdir. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.07 kv.m, olmaqla 1 otaqdan ibarət 30 saylı mənzili Cavabdeh1 MMC İddiaçı2 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 27.660 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 24 saylı mənzili Cavabdeh1 MMC İddiaçı2 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 26.277 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 22 saylı mənzili Cavabdeh1 MMC İddiaçı3 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı3 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2011-ci il tarixli müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 16 saylı mənzili Cavabdeh1 MMC İddiaçı3 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı3 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2008-ci il tarixli 01 saylı müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m, olmaqla 3 otaqdan ibarət 32 saylı mənzili Cavabdeh1 MMC İddiaçı4 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 65.725 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı4 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2008-ci il tarixli 04 saylı müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (2-ci Bina) 5-ci mərtəbəsində ümumi sahəsi 124.91 kv.m, olmaqla 3 otaqdan ibarət 95 saylı mənzili Cavabdeh1 MMC İddiaçı4 mülkiyyətinə verir, sonuncu isə mənzilin dəyəri olan 68.700 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. Həmin tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, həmin mənzilin dəyəri İddiaçı4 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. Mülki işin materiallarından olan xx xxxxxx 2020-ci il tarixli məktublardan müəyyən edilir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 MMC-nin direktoruna ərizə ilə müraciət edərək, mənzillərin onlara təhvil verilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçılar tərəfindən mənzillərlə bağlı öhdəlik tam yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən mənzillər onlara hələ də təhvil verilməmişdir. İşin müəyyən edilən faktiki hallarına və aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, iddia ərizəsində qeyd edilən mənzillərin cavabdeh tərəfindən iddiaçıların sahibliyinə verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 1.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 57 saylı mənzil;
2. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 50 saylı mənzil;
3. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 60 saylı mənzil;
4. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 55 saylı mənzil;
5. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 95.75 kv.m, olmaqla 2 otaqdan ibarət 73 saylı mənzil;
6. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 13 mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 69 saylı mənzil;
7. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 56 saylı mənzil.
8. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 15 mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 58 saylı mənzillərin İddiaçı1,
1.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.07 kv.m, olmaqla 1 otaqdan ibarət 30 saylı mənzil; Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 24 saylı mənzillərin İddiaçı2,
2.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 22 saylı mənzil; Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 16 saylı mənzillərin İddiaçı3,
1.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m, olmaqla 3 otaqdan ibarət 32 saylı mənzil; 2.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (2-ci Bina) 5-ci mərtəbəsində ümumi sahəsi 124.91 kv.m, olmaqla 3 otaqdan ibarət 95 saylı mənzillərin İddiaçı4 təhvil verilməsi öhdəliyinin icra edilməsi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 1.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 57 saylı mənzil;
2. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 50 saylı mənzil;
3. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 60 saylı mənzil;
4. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 55 saylı mənzil;
5. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 95.75 kv.m, olmaqla 2 otaqdan ibarət 73 saylı mənzil;
6. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 13 mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 69 saylı mənzil;
7. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 56 saylı mənzil.
8. Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 15 mərtəbəsində ümumi sahəsi 99.04 kv.m, olmaqla 2 otaqdan ibarət 58 saylı mənzillərin İddiaçı1,
1.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.07 kv.m, olmaqla 1 otaqdan ibarət 30 saylı mənzil; Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1 otaqdan ibarət 24 saylı mənzillərin İddiaçı2,
2.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 22 saylı mənzil; Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 16 saylı mənzillərin İddiaçı3, 1.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m, olmaqla 3 otaqdan ibarət 32 saylı mənzil; 2.Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (2-ci Bina) 5-ci mərtəbəsində ümumi sahəsi 124.91 kv.m, olmaqla 3 otaqdan ibarət 95 saylı mənzillərin İddiaçı4 təhvil verilməsi öhdəliyinin icra edilməsi Cavabdeh1 MMC-nin üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Cəmilə Səfiyeva