Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-144/2022 14.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 nümayəndəsi X2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(012)-498/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(012)-498/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1nə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 57 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 69.15 kv.m olmaqla 1 otaqdan ibarət 50 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m olmaqla 1 otaqdan ibarət 60 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 99.04 kv.m olmaqla 2 otaqdan ibarət 55 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 95.75 kv.m olmaqla 2 otaqdan ibarət 73 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 55.68 kv.m olmaqla 1 otaqdan ibarət 69 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 55.68 kv.m olmaqla 1 otaqdan ibarət 56 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 99.04 kv.m olmaqla 2 otaqdan ibarət 58 saylı mənzillərin İddiaçı1, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.07 kv.m olmaqla 1 otaqdan ibarət 30 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m olmaqla 1 otaqdan ibarət 24 saylı mənzillərin İddiaçı2, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93.50 kv.m olmaqla 2 otaqdan ibarət 22 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 93.50 kv.m olmaqla 2 otaqdan ibarət 16 saylı mənzillərin İddiaçı3, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-ci mərtəbəsində ümumi sahəsi 119.50 kv.m olmaqla 3 otaqdan ibarət 32 saylı mənzil, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (2-ci Bina) 5-ci mərtəbəsində ümumi sahəsi 124.91 kv.m olmaqla 3 otaqdan ibarət 95 saylı mənzillərin İddiaçı4 təhvil verilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh1 üzərinə qoyulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1nə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddia və iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahələrinin onlara təhvil verilməsi öhdəliyinin icra edilməsinin Cavabdeh1nə üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, onlar bankdan 380000 manat kredit götürüb Cavabdeh1 tərəfindən inşa edilən hündürmərtəbəli binadan mənzil almaq qərarına gələrək ayrı-ayrılıqda Cavabdeh1 ilə müqavilələr bağlamışlar. Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 55.68 kv.m olmaqla 1 otaqdan ibarət 57 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 22.272 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 69.15 kv.m olmaqla 1 otaqdan ibarət 50 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 24480 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m olmaqla 1 otaqdan ibarət 60 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 26.277 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 99.04 kv.m olmaqla 2 otaqdan ibarət 55 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 37.635 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 95.75 kv.m olmaqla 2 otaqdan ibarət 58 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 36.385 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 13 mərtəbəsində ümumi sahəsi 55.68 kv.m olmaqla 1 otaqdan ibarət 69 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 21.158 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 15 mərtəbəsində ümumi sahəsi 99.04 kv.m olmaqla 2 otaqdan ibarət 73 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 38300 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı1 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 55.68 kv.m olmaqla 1 otaqdan ibarət 56 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 24480 manat məbləğində pul vəsaiti İddiaçı1 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı2 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.07 kv.m olmaqla 1 otaqdan ibarət 30 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 27.660 manat məbləğində pul vəsaiti İddiaçı2 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı2 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m olmaqla 1 otaqdan ibarət 24 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 26.277 manat məbləğində pul vəsaiti İddiaçı2 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı3 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93.50 kv.m olmaqla 2 otaqdan ibarət 22 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaiti İddiaçı3 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı3 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 93.50 kv.m olmaqla 2 otaqdan ibarət 16 saylı mənzilin alqı-satqısına dair 11 noyabr 2011-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaiti İddiaçı3 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı4 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-cı mərtəbəsində ümumi sahəsi 119.50 kv.m olmaqla 3 otaqdan ibarət 32 saylı mənzilin alqı-satqısına dair 12 dekabr 2008-ci il tarixli, 01 saylı müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 65.725 manat məbləğində pul vəsaiti İddiaçı4 tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh1 ilə İddiaçı4 arasında Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (2-ci bina) 5-ci mərtəbəsində ümumi sahəsi 124.91 kv.m olmaqla 3 otaqdan ibarət 95 saylı mənzilin alqı-satqısına dair 12 dekabr 2008-ci il tarixli, 04 saylı müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyəri olan 68.700 manat məbləğində pul vəsaiti İddiaçı4 tərəfindən tam şəkildə ödənilmişdir. Müqavilələr üzrə onlar üzərlərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsələr də, Cavabdeh1 öhdəliyinin icrasından yayınmışdır. Belə ki, mənzillərin təhvil verilməsi barədə Cavabdeh1nə müraciət olunmuş, lakin bu günə kimi mənzillər könüllü olaraq onlara təhvil verilməmiş, habelə məktuba da cavab verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əldə edilmiş məlumatlara əsasən tikilməmiş mənzillərə dair müqavilələrin bağlandığı dövrdə Cavabdeh1nə rəhbərlik etmiş şəxslər barəsində korrupsiya halları ilə bağlı cinayət işinin aparıldığı məlum olmuşdur. Belə olan təqdirdə isə iddiaçıların Cavabdeh1ndən tikilməmiş mənzil aldıqları halda, bununla bağlı guya ödənilən pul vəsaitinin kimlər tərəfindən qəbul edilərək MMC-nin xəzinəsinə mədaxil edilməsi şübhə doğurur. Bu hal isə cavabdeh tərəfin Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə uyğun işə cəlb edilməməsi səbəbindən işə baxan məhkəmə tərəfindən araşdırılmamış və qəbul edilmiş məhkəmə aktında həmin məsələyə münasibət bildirilməməklə iddiaçı tərəfin təqdim etdiyi həqiqətə və Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinə uyğun olmayan müqavilələrin surətlərinə əsaslanmaqla əsassız bir qərar qəbul edilmişdir. Eyni zamanda Cavabdeh1 təsisçisi X12 rayon Polis şöbəsinin rəisi vəzifəsində işləmiş Tahir Quliyev arasında mövcud olmuş iş münasibətləri zəminində sonuncunun ailə üzvləri ilə Cavabdeh1 arasında formal olaraq, yəni Azərbaycan Respublikası MM-nin 144-1, 178.8-ci maddələrinin tələblərinə uyğun olmayan alqı-satqı müqavilələri imzalanmışdır. Belə ki, işlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış sorğuya cavab olaraq verilmiş 19.04.2021-ci il tarixli, ********* saylı cavabda iddiaçılar tərəfindən mənzillərin alqı-satqısı zamanı Cavabdeh1 xəzinəsinə hər hansı pul vəsaitinin mədaxil edilmədiyi qeyd edilmişdir. Belə olan təqdirdə isə, hazırki iş üzrə qeyd edilən qaydada bağlanmış müqavilələr mülki qanunvericiliyin şərtlərinə ziddir və maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, İddiaçı1 atası X6 16 sentyabr 2011-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 350000 manat məbləğində kredit götürmüş və həmin kredit hesabına mübahisəli mənzillərin dəyəri ödənilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi Vəkil1 da məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, eyni məzmunlu izahat verdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 55.68 kv.m olmaqla 1 otaqdan ibarət 57 saylı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, İddiaçı1 isə mənzilin dəyəri olan 22.272 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 22.272 manat İddiaçı1 tərəfindən ödənilmişdir və MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 69.15 kv.m, olmaqla 1otaqdan ibarət 50 saylı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 24.480 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 24.480 manat İddiaçı1 tərəfindən tam ödənilmişdir və MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m olmaqla 1 otaqdan ibarət 60 saylı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 26.277 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 26.277 manat İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 99.04 kv.m olmaqla 2 otaqdan ibarət 55 saylı mənzili Cavabdeh1 İddiaçı1 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 37.635 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 37.635 manat İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 95.75 kv.m olmaqla 2 otaqdan ibarət 58 saylı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 36385 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 36385 manat İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 direktorunun imzası və möhürlə təsdiq edilmiş 15.11.2011-ci il tarixli həmin müqavilənin 2.2.1-ci bəndinə düzəliş edilərək bu mənzilin nömrəsi 58 əvəzinə, 73 saylı mənzil kimi göstərilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 13 mərtəbəsində ümumi sahəsi 55.68 kv.m, olmaqla 1 otaqdan ibarət 69 saylı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 21.158 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 21.158 manat İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 15 mərtəbəsində ümumi sahəsi 99.04 kv.m olmaqla 2 otaqdan ibarət 58 saylı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 38.300 manat İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi ev 39 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 55.68 kv.m olmaqla 1 otaqdan ibarət 56 saylı mənzili İddiaçı1 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 24480 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, həmin mənzilin dəyəri olan 24480 manat İddiaçı1 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarından olan Cavabdeh1 ilə İddiaçı2 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68.07 kv.m olmaqla 1 otaqdan ibarət 30 saylı mənzili İddiaçı2 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 27.660 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarından olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, həmin mənzilin dəyəri olan 27.660 manat İddiaçı2 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarından olan Cavabdeh1 ilə İddiaçı2 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 69.15 kv.m olmaqla 1 otaqdan ibarət 24 saylı mənzili İddiaçı2 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 26.277 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarından olan 11 noyabr 2011-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, həmin mənzilin dəyəri olan 26.277 manat İddiaçı2 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarından olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, həmin mənzilin dəyəri İddiaçı2 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarından olan Cavabdeh1 ilə İddiaçı3 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93.50 kv.m, olmaqla 2 otaqdan ibarət 22 saylı mənzili İddiaçı3 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarından olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 38.300 manat İddiaçı3 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarından olan Cavabdeh1 ilə İddiaçı3 arasında bağlanmış 11 noyabr 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 93.50 kv.m olmaqla 2 otaqdan ibarət 16 saylı mənzili İddiaçı3 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 38.300 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarından olan 11 noyabr 2011-ci il tarixli maliyyə arayışının və kassa mədaxil orderinin surətlərindən görünür ki, həmin mənzilin dəyəri olan 38.300 manat İddiaçı3 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarından olan Cavabdeh1 ilə İddiaçı4 arasında bağlanmış 12 dekabr 2008-ci il tarixli, 01 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (1-ci Bina) 6-cı mərtəbəsində ümumi sahəsi 119.50 kv.m, olmaqla 3 otaqdan ibarət 32 saylı mənzili İddiaçı4 mülkiyyətinə verməyi, sonuncu isə mənzilin dəyəri olan 65.725 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarından olan 12 dekabr 2008-ci il tarixli, 01 saylı arayışın surətindən görünür ki, həmin mənzilin dəyəri olan 65.725 manat İddiaçı4 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarından olan Cavabdeh1 ilə İddiaçı4 arasında bağlanmış 12 dekabr 2008-ci il tarixli, 04 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda tikilən çox mərtəbəli yaşayış binasının (2-ci Bina) 5-ci mərtəbəsində ümumi sahəsi 124.91 kv.m, olmaqla 3 otaqdan ibarət 95 saylı mənzili İddiaçı4 mülkiyyətinə verməyi, İddiaçı4 isə mənzilin dəyəri olan 68.700 manat məbləğində pul vəsaitini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarından olan 12 dekabr 2008-ci il tarixli arayışın surətindən görünür ki, həmin mənzilin dəyəri olan 68.700 manat İddiaçı4 tərəfindən tam ödənilmişdir və onun MMC-yə heç bir borcu yoxdur. İş materiallarından olan 27 avqust 2020-ci il tarixli məktublardan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 MMC-nin direktoruna ərizə ilə müraciət edərək, mənzillərin onlara təhvil verilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 19.04.2021-ci il tarixli, ********* saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Birlik-İnşaat”, “Xəmsə-İnşaat”, “Hayan-E” (Proqres-2016) və Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə aparılan cinayət işinin istintaqı ilə müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Sabir oğlu ilə Cavabdeh1 arasında bağlanmış mənzillərə dair müqavilələrə görə Cavabdeh1 MMC-yə pul vəsaiti ödənilməmişdir. Belə ki, həmin mənzillər Cavabdeh1 MMC-nin təsisçisi olmuş Azər Tağıyevlə Ucar rayon Polis şöbəsinin rəisi vəzifəsində işləmiş Tahir Quliyev arasında mövcud olmuş iş münasibətləri zəminində formal olaraq sonuncunun ailə üzvlərinin adlarına rəsmiləşdirilmiş və qeyd edilən mənzillərin ödənişi ilə bağlı Cavabdeh1 MMC-nin xəzinəsinə pul vəsaiti mədaxil edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" firmasının hüquqi varisi "xxxx" MMC arasında bağlanmış 140 saylı, 16 sentyabr 2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" firmasının hüquqi varisi "xxxx" MMC arasında bağlanmış 16 sentyabr 2011-ci il tarixli, 140 saylı kredit müqaviləsinə əsasən 350000 manat məbləğində 16 avqust 2013-cü il tarixinə qədər verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi "xxxx" firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, 508-ci küçə, 2095-ci məhəllə ünvanında 0,10948 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 903,7 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayət Məhkəməsinin 03.09.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, X3 27 fevral 2016-cı il tarixdən 27 iyul 2016-cı il tarixədək həbsdə olduğu, 27 iyul 2016-cı il tarixdən 20 avqust 2016-cı il tarixədək ev dustaqlığında olduğu cəmi 5 ay 21 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və üzərində qəti olaraq 6 il 9 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 6 il 9 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmuş və ona 3 il sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Tərəflər arasında bağlanmış müqavilələrin 1.1-ci bəndinə görə Cavabdeh1 ünvan 4 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasının tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə yerinə yetirilmiş vəziyyətdə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, aralarında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş məbləğlər iddiaçılar tərəfindən Cavabdeh1nə ödənilmiş, bu barədə iddiaçılara maliyyə arayışları və kassa mədaxil orderləri verilmişdir. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisəli mənzillərin dəyəri tam şəkildə ödənilmiş, heç bir borcları qalmamışdır. Başqa sözlə, onlar tərəfindən mənzillərə dair müqavilənin şərtlərinin pozulması işin faktiki halları ilə təsdiq olunmur. İşdən görünür ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 152, 157, 158, 178.8-ci maddərini tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgündür. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. İş materiallarına əlavə edilmiş qərardadlardan görünür ki, Cavabdeh1 iddiaçılarla bağlanmış müqavilələri mübahisələndirmiş, lakin bu barədə olan iddia ərizələri icraata qəbul edilməmiş və ya iş üzrə icraata xitam verilmişdir. Həmçinin hazırki iş üzrə də Cavabdeh1 tərəfindən müqavilələr mübahisələndirilməmişdir. Cavabdeh1 apellyasiya şikayətində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 19.04.2021-ci il tarixli, ********* saylı məktubuna istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 arasında müqavilələr cəmiyyətin direktoru kimi X7 ilə bağlanmışdı. Bakı Ağır Cinayət Məhkəməsinin 03.09.2021-ci il tarixli, 1(101)-132/2021 saylı hökmündən görünür ki, həmin müqavilələrin qanuna zidd bağlanmasına, müqavilələrlə bağlı etdiyi hər hansı hərəkətə görə X4 ittiham verilməmiş və məhkum edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 19.04.2021-ci il tarixli, ********* saylı məktubuna istinad etməsini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(012)-498/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-144/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-144/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver