Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-535/2023 18.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin icrası-mənzillərin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, qətnamə ilə hüquq və mənafelərinə toxunulan şəxslər Maraqlı şəxs1, onun nümayəndəsi və vəkili X5, qətnamə ilə hüquq və mənafelərinə toxunulan şəxslər Maraqlı şəxs2, onun, X15 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil2 3-cü şəxs X1 (sonuncu iclasda iştirak etmir) iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 X15 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, kollegiya aşağıdakıları müəyyən etdi. İşin halları
1. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzilin ümumi dəyəri 34100 manat məbləğində pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur.
3. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur.
5. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzilin ümumi dəyəri 53200 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur.
7. xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin ümumi dəyəri 50000 manat məbləğindı pul alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə borcu yoxdur.
9. Apellyasiya şikayətinə əlavə edilmiş 09 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbəsində, ümumi sahəsi 96.7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzili pay kimi payçı X13 verməyi, payçı X17 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. 10 "xxxx" MMC tərəfindən verilmiş 09 iyul 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbəsində, ümumi sahəsi 96.7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzilin ümumi dəyəri 48350 manat məbləğindı pul alıcı X17 tərəfindən tam ödənilmişdir. X10 "xxxx" MMC-yə borcu yoxdur. 11 Apellyasiya şikayətinə əlavə edilmiş 10 may 2016-cı il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbəsində, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzili pay kimi payçı Maraqlı şəxs1 verməyi, payçı Maraqlı şəxs1 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. 12 "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbəsində, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzilin ümumi dəyəri 45000 manat məbləğində pul alıcı Maraqlı şəxs1 tərəfindən tam ödənilmişdir. Maraqlı şəxs1 "xxxx" MMC-yə borcu yoxdur. 13 Apellyasiya şikayətinə əlavə edilmiş 12 may 2014-cü il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbəsində, ümumi sahəsi 62 kv.metr olan iki otaqdan ibarət 56 saylı mənzili pay kimi payçı Maraqlı şəxs3 verməyi, payçı Maraqlı şəxs3 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. 14 "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbəsində, ümumi sahəsi 62 kv.metr olan iki otaqdan ibarət 56 saylı mənzilin ümumi dəyəri 31000 manat məbləğində pul alıcı Maraqlı şəxs3 tərəfindən tam ödənilmişdir. Maraqlı şəxs3 "xxxx" MMC-yə borcu yoxdur. 15 Apellyasiya şikayətinə əlavə edilmiş 18 mart 2015-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbəsində, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzili pay kimi payçı X11 verməyi, payçı X16 isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. 16 "xxxx" MMC tərəfindən verilmiş 30 mart 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbəsində, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzilin ümumi dəyəri 48290 manat məbləğində pul alıcı X16 tərəfindən tam ödənilmişdir. X6 "xxxx" MMC-yə borcu yoxdur.
17. Apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hazırkı iş üzrə 12 aprel 2023-cü il tarixli, 4/505 nömrəli ekspert rəyindən müəyyən olunur ki, mülki işin 19-cu vərəqəsində olan xx.xx.2021ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında və xx.xx.2019-cu il tarixli maliyyə arayışında “Direktor” qrafalarında X1 adından olan imzalar-eyni şəxs X3 tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan müxtəlif vaxtlarda xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr 2 otaqdan ibarət 58 saylı mənzilin dəyərini 53200 manat, xx.xx.2021ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin dəyərini 34100 manat, xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin dəyərini 50000 manat və xx.xx.2021-ci il tarixində həmin binanın A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin dəyərini 50000 manat pulu tam olaraq ödəməklə 4 (dörd) ədəd mənzil almışdır. Həmin mənzillərin alınması ilə də bağlı cavabdehlə ayrılıqda 4 ədəd müqavilə imzalamış və borcunun olmaması barədə də iddiaçıya maliyyə arayışı təqdim edilmişdir. Qeyd edir ki, müqavilə bağalanan vaxtı iddiaçıya tezliklə mənzillərin təhvil veriləcəyi bildirilmişdir. Lakin müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq mənzil təhvil verilməmiş və naməlum səbəbdən əlavə olaraq hər mənzil üçün 10000 manat ödəniş tələb edilmişdir. İddiaçı tərəfindən 10000 manat ödəniş edilməsə, mənzilin təhvil verilməyəcəyi bildirilmişdir. Halbuki, müqavilələrdə bununla bağlı bənd yoxdur və əksinə cavabdeh müqavilənin 2-ci bəndinə əsasən mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürür. Bu isə onun mülkiyyət və konstitusion hüquqlarımın pozulması deməkdir. Müqavilələrə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, yəni mənzillərə görə müqavilə üzrə razılaşdırılmış məbləğ cavabdeh "xxxx" MMC-yə rəsmi olaraq ödənilmiş və bu barədə maliyyə arayışı da verilmişdir.
20. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi tam təmin edilmişdir.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan bir otaqdan ibarət 56 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, xx.xx.2021-ci il müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 60 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, xx.xx.2021-ci il müqaviləyə əsasən, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, xx.xx.2021-ci il müqavilədən görünür ki, icraçı "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 4 mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzillər iddiaçıya təhvil verilməmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 425.1, 442, 752.1, 755-cimaddələri və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamə ilə hüquq və mənafelərinə toxunan şəxslər- Maraqlı şəxs1, Maraqlı şəxs2, X15 və Maraqlı şəxs3 tərəfindən apellyasiya şikayəti verilmişdir.
24. Maraqlı şəxs1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun iştirakı olmadan baxılmaqla, eləcə də nəticə etibarı ilə ona məxsus mənzilin iddiaçıya təhvil verilməsi barədə qərar qəbul etməklə məhkəmə tərəfindən sadalanan mülkiyyət hüquq normaları pozulmuşdur. Halbuki mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Faktiki olaraq mülkiyyətdən onun hüquq və qanuni maraqlarının əleyhinə istifadə olunmuşdur. Qətnamənin nəticə hissəsində iddiaçıya təhvil verilməli olan mənzillər siyahısında ona məxsus mənzil vardır. Belə ki, cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 10 may 2016-cı il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının A giriş, 10 mərtəbəsində 60 nömrəli 2 otaqdan ibarət, 87.8 kv.m ümümi sahəsi olan mənzilin müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, MMC tərəfi isə həmin mənzili bilavasitə ona verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 45000 AZN məbləğində müəyyən olunmuşdur. Hissə-hissə həmin məbləği tam şəkildə satıcı MMC-yə, yəni iş üzrə cavabdehə ödəmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq olunur ki, həmin mənzilin ümumi dəyəri onun tərəfindən ödənilmiş, MMC-yə borcu yoxdur. İddiaçı isə həmin mənzilin ona məxsus olması iddiasını irəli sürərək, buna dair şübhə doğuran, mötəbərliyi sual altında olan sübutlar təqdim etmiş, guya mənzil onun tərəfindən alınmış və pulu ödənilmişdir. Ona məxsus mənzilə dair məhkəmə mübahisəsi olarkən iştirakı olmadan belə bir mübahisəyə baxılması ilə məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Eləcə də, iştirakı təmin olunmalı olduğu halda, olunmamaqla məhkəmədə dinlənilmək, hüquqlarını müdafiə etmək, sübutlar təqdim etmək, qarşı tərəfə iddiasına etiraz etmək və digər hüquqları pozulmuşdur. Qətnamənin əsaslandırılmış olduğu hallar iş üzrə müəyyən edilmiş həqiqi hallar deyil. Belə ki, bu hallar düzgün müəyyən edilməmişdir. Qanunverici bu normada düzgün müəyyən olunmuş halları nəzərdə tutduğu halda, məhkəmə qətnaməni iddiaçının təqdim etmiş olduğu qeyri-mötəbər, hüquqi əsası olmayan sübutlar əsasında müəyyən etmiş olduğu hallarla əsaslandırmışdır. Tərəflərin qarşılıqlı münasibətlərinə gəlincə, ümumiyyətlə, tərəflərin, yəni iddiaçı ilə cavabdehin qarşılıqlı münasibətləri məhkəmə tərəfindən yanlış təsbit edilmişdir. Qətnamədən anlaşılan budur ki, guya iddiaçı ilə cavabdeh arasında onun mənzilinə dair alqı-satqı münasibətləri olmuş, iddiaçı həmin mənzilə görə haqq ödəmiş, cavabdeh isə iddiaçı qarşısında mənzilin təhvil verilməsi öhdəliyini daşıyır. Halbuki, iddiaçı və cavabdeh arasında həmin mənzillə bağlı hüquqi qüvvəsi olan və özlüyündə tərəflər üçün hər hansı hüquq və ya vəzifə yaradan heç bir qarşılıqlı münasibətdən söhbət gedə bilməz. Qətnamə çıxarılarkən iddia təmin edilmişdir. Belə başa düşülür ki, iddia təmin edilibsə, deməli iddiaçı mənzilin mülkiyyətçisidir. Eləcə də, o, cavabdehlə həmin mənzilə münasibətdə alqı-satqı münasibətində olmuşdur. Məhkəmə belə qənaətə gəlibsə, deməli kifayət qədər ətraflı araşdırma aparmayıb, işə əhəmiyyəti olan halları aydınlaşdırmağı, bununla bağlı əlavə sübutlar tələb etməyi lazım bilməyib. Hesab edir ki, məhkəmə tərəfindən Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ da pozulmuşdur. Qeyd olunanlar buna əyani sübutdur. Ədalətli məhkəmə araşdırması zamanı onun mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olaraq aşkar edilməməyi, işə cəlb edilməməyi, yekunda isə qanuni və əsaslı qərarın qəbul edilməməsi mümkün deyil.
25. Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən görünür ki, müqavilədə göstərilən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-cı il tarixli müqavilədə qeyd olunan mənzildir. xx.xx.2021-ci il tarixli müqavilə onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-cı il tarixli müqavilə olduğundan qanunsuz olaraq bağlanmışdır. Həmçinin "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı manzili ilə bağlı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-cı il tarixli müqavilə İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən daha əvvəl bağlanmışdır. İşin hallarından görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan 10-cu mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı manzili ilə bağlı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-cı iltarixli müqavilə İddiaçı ilə "xxxx" MMC arasındaxx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən daha əvvəl bağlandığını bildiyi halda əsassız olaraq iddia qaldırmışdır.
26. X17 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən görünür ki, müqavilədə göstərilən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2017ci il tarixli müqavilədə qeyd olunan mənzildir. xx.xx.2021-ci il tarixli müqavilə onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə olduğundan qanunsuz olaraq bağlanmışdır. Həmçinin "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzili ilə bağlı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən daha əvvəl bağlanmışdır. İşin hallarından görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı manzili ilə bağlı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə İddiaçı və "xxxx" MMC arasındaxx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən daha əvvəl bağlandığını bildiyi halda əsassız olaraq iddia qaldırmışdır.
27. Maraqlı şəxs3 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş materiallarında olan İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən görünür ki, müqavilədə göstərilən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan iki otaqdan ibarət 56 saylı manzil onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə qeyd olunan mənzildir. xx.xx.2021-ci il tarixli müqavilə onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə olduğundan qanunsuz olaraq bağlanmışdır. Həmçinin "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan iki otaqdan ibarət 56 saylı manzili ilə bağlı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsindən daha əvvəl bağlanmışdır. İşin hallarından görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan iki otaqdan ibarət 56 saylı manzili ilə bağlı onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli “alqısatqı” müqaviləsindən daha əvvəl bağlandığını bildiyi halda əsassız olaraq iddia qaldırmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
28. İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş apellyator Maraqlı şəxs1 özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o mübahisəli binada yerləşən 60 nömrəli mənzili 10 may 2016-cı il tarixli müqavilə əsasında əldə etmişdir. Həmin müqavilə əsasında ilkin ödəniş olaraq 30000 min manat məbləğində ödəniş etmişdir. Yenə şikayətə əlavə etdiyi Cavabdeh MMC- tərəfindən verilən xx.xx.2019cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, o mübahisəli mənzili dəyərini tam həcmdə ödəmişdir. Həmin mənzili alan zaman mənzilin yerləşdiyi mərtəbədə təmir-tikinti işləri başa çatmamışdır, lakin 2017-2018-ci illərdə o mənzilin qapısını qoymuş və açarı onda olmuşdur. Həmin müddətdə ona məxsus mənzilin üst və alt mərtəbələrində yerləşən mənzillərdə yaşayış var idi. O mənzilinə mütəmadi olaraq baş çəkirdi, lakin mənzilin daxilində heç bir təmir işləri həyata keçirməmişdir. Sonuncu dəfə mənzilə gedərkən mənzilin qapısının çərçivədən çıxarılaraq dəyişdirildiyi, yerinə sonradan ona məhkəmə proseslərindən məlum olan hazırkı iddiaçının qapısının qoyulduğu və mənzil üzərində sonuncunun mülkiyyət hüququnun tanındığı məlum olmuşdur. Bu barədə MMC-nin rəhbərliyinə müraciət etdikdə ona iddiaçının müqaviləsinin saxta olması bildirilmiş, lakin onun mənzilinə dair yaranmış məhdudiyyətin aradan qaldırılması təmin edilməmişdir. Bundan sonra hazırkı məhkəmə prosesinə apellyasiya şikayəti verməklə cəlb olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş apellyator Maraqlı şəxs1 nümayəndəsi və vəkili X14 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, işə baxan məhkəmə yaranmış mübahisəni tam və hərtərəfli araşdırmamış, mübahisəli mənzillərlə iddiaçı və cavabdeh arasında yaranan mübahisənin nədən qaynaqlandığını müəyyən etməmiş, nəticədə hazırkı iş üzrə hüquqlarını müdafiə etdiyi şəxs Maraqlı şəxs1 mənzil və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 10 may 2016-cı il tarixli mənzilin alqı-satqı müaviləsindən müəyyən olunur ki, həmin müqavilə əsasında mübahisəli binada yerləşən 60 saylı müqavilənin alqı-satqısına dair müqavilə tərəfləri arasında müvafiq razılaşma əldə edilmişdir. Maraqlı şəxs1 həmin mənzilin dəyəri qismində 30000 min manat məbləğində ilkin ödəniş həyata keçirmişdir. Eyni zamanda Cavabdeh MMC- tərəfindən verilən xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, o mübahisəli mənzili dəyərini tam həcmdə ödəmişdir. İş üzrə iddiaçı ilə bağlanan mübahisəli mənzilə dair alqısatqı müqaviləsinin, habelə maliyyə arayışının tarixlərindən aydın olur ki, cavabdeh Maraqlı şəxs1lə uyğun olaraq oxşar məzmunda bağlanan müqavilənin və maliyyə arayışının tarixi daha əvvəlki vaxta təsadüf edir. Belə olan halda eyni mənzilin iş üzrə Cavabdeh MMC- tərəfindən müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılması müəyyən olunur. Göründüyü kimi mənzili müqavilə əsasında ilk əldə edən Maraqlı şəxs1dir. Lakin işə baxan məhkəmə bu halları lazımi qaydada araşdırmadığından əsassız iddianı təmin etməklə sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, habelə Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri barəsində xüsusi qərardad çıxarılmasını xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş apellyator Maraqlı şəxs2 izahat verərək bildirmişdir ki, mübahisələndirilən binada yerləşən 36 nömrəli mənzili o, 18 mart 2015-ci il tarixli müqavilə əsasında əldə etmiş, həmin müqavilə əsasında mənzilin dəyərini tam həcmdə ödəmişdir ki, bunu "xxxx" MMC- tərəfindən verilmiş 30 mart 2015-ci il tarixli maliyyə arayışı təstiq edir. Bina 2017-ci ildə tikilib təhvil verilməli idi, lakin tikinti 2018-ci ilə kimi uzandığından bina sakinləri ilə birlikdə şikayət etmişlər. Bundan sonra mənzil ona təhvil verilmiş, mənzildə təmir işləri də aparmışdır. Lakin sonrdan ona məlum olmuşdur ki, hazırda mübahisələndirilən məhkəmə qətnaməsi əsasında ona məxsus mənzil üzərində iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Bundan sonra məhkəmə qətnaməsini əldə etmiş və ondan apellyasiya şikayəti vermişdir. Hesab edir ki, o məznilin dəyərini tam ödəməklə, qanuni şəkildə əldə etmişdir. Onun mənzil üzərində hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
32. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş apellyatorlar Maraqlı şəxs2, X15 və Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək bildirmişdir ki, apellyatorlar müvafiq olaraq 2015-2017-ci illərdə "xxxx" MMC ilə müqavilə bağlayaraq, müqavilələrdə qeyd olunan mənzilləri almışlar. Hazırda həmin mənzillərə dair onların MMC-yə heç bir borcları qalmamışdır. İş materiallarından aydın oldu ki, "xxxx" MMC ilə iddiaçı arasında da müvafiq mənzillərə dair müxtəlif vaxtlarda alqısatqı müqavilələri imzalanmışdır. Lakin həmin müqavilələr uyğun olaraq apellyatorlara məxsus olan müqavilələrdən daha sonra rəsmiləşdirilmişdir. Məhkəmə yaranmış mübahisəni tam, hərtərəfli araşdırmamış, nəticədə digər şəxslərin, hazırkı halda apellyatorların mənzil hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasə apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.
33. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş 3-cü şəxs X3 izahatında bildirdi ki, o "xxxx" MMC-də direktor vəzifəsini icra etmişdir. Heç bir zmaan mənzil alqı-satqısını həyata keçirməmişdir. Bu tip işlərlə təsisçilər məşğul olmuşlar. Apellyasiya şikayətlərində istinad olunan müqavilələr və maliyyə arayışlarındakı imzalar onun tərəfindən icra edilməmişdir.
34. Məhkəmə kolegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır, iddia tələbi tam qanuni və əsaslı olmaqla onun hüquqi əsasını təşkil edən hallara dair əsaslı sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı qeyd olunan müqavilələrə və maliyyə arayışlarına istinadən cavabdehdən həmin məznillərin ona təhvil verilməsini tələb etmişdir. İş üzrə zəruri araşdırma aparılmış və məhkəmə haqlı nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Apellyatorların istinad etdikləri müqavilələrdəki imzaları məhkəmə iclasında üçüncü şəxs Cahangir Məmmədov mübahisələndirmiş, həmin imzaların ona məxsus olmamasını bildirmişdir. İş üzrə ekspert rəyi əsaslı deyildir. Təqdim olunan sübutların mötəbərliyi müəyyən edilmədiyindən apellyasiya şikayətlərinin dəlilləri əsaslı hesb edilə bilməz. Göstərilənlərə əsasən şikayətlərin rədd edilməsini, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
35. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat vermədən, məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 442. Öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
38. Mülki Prosessual Məcəllə
Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
40. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərinin izahatı və iş üzrə ayrı-ayrılıqda toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, verilən apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul olunmalıdır.
42. İddia tələbinin mahiyyətindən görünür ki, tələb müqavilə əsasında satılmış dörd ayrı-ayrı mənzilin təhvil verilməsi barədədir.
43. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2021-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən mübahisəsi gedən dörd ayrı-ayrı mənzili icraçı "xxxx" MMC payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür.
44. İddiaçı iddia edir ki, tərəfindən 4 mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzillər iddiaçıya təhvil verilməmişdir. İddiaçı həmçinin qeyd edir ki, müqavilə bağlanan vaxtı ona tezliklə mənzillərin təhvil veriləcəyi bildirilmişdir. Lakin müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq mənzillər təhvil verilməmiş və bilmədiyi səbəbdən əlavə olaraq hər mənzil üçün 10000 manat ödəniş tələb edilmiş, tərəfindən 10000 manat ödəniş edilməsə, mənzillərin təhvil verilməyəcəyi bildirilmişdir. Halbuki, müqavilələrdə bununla bağlı bənd yoxdur və əksinə cavabdeh müqavilənin 2-ci bəndinə əsasən mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Bu isə onun mülkiyyət və konstitusion hüquqlarımın pozulması deməkdir. Müqavilələrə əsasən onun tərəfindən öhdəliklər yerinə yetirilmiş, yəni mənzillərə görə müqavilə üzrə razılaşdırılmış məbləğ cavabdeh "xxxx" MMC-yə rəsmi olaraq ödənilmiş və bu barədə maliyyə arayışı da verilmişdir.
45. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında izahat vermiş "xxxx" MMC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, müqavilələr mövcud olsa da iddiaçı tərəfindən ödənişlər edilməmiş, maliyyə arayışının ikisində hətta mənzillərin ömrəsi qeyd edilməmişdir (i/m 1-ci cild.səh 73).
46. Araşdırılan işdən həmçinin müəyyən edilir ki, mübahisəsi gedən mənzillər eyni zamanda "xxxx" MMC tərəfindən ayrı-ayrı vaxtlarda digər şəxslərə, daha doğrusu 10 may 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının A giriş, 10 mərtəbəsində 60 nömrəli 2 otaqdan ibarət, 87.8 kv.m ümümi sahəsi olan mənzil Maraqlı şəxs1;
47. -xx.xx.2015-cı il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87.8 kv.metr olan iki otaqdan ibarət 36 saylı mənzil Maraqlı şəxs2;
48. -xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.metr olan iki otaqdan ibarət 58 saylı mənzil X13; 49 -xx.xx.2016-cı il tarixli müqavilə ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.metr olan iki otaqdan ibarət 56 saylı manzil isə Maraqlı şəxs3 satılmışdır.
50. Öyrənilən işdən müəyyən edilir ki, apellyatorlar tərəfindən mənzillərin pay haqqı tam olaraq "xxxx" MMC-yə ödənilmiş, sonuncu tərəfindən pay haqqının tam ödənilməsi və borcun olmaması barədə maliyyə arayışları verilmişdir.
51. Təqdim olunmuş iş materialları, o cümlədən müqavilələr əlaqəli şəkildə kollegiya tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, sözügedən mənzillər daha əvvəl apellyatorlara (2015-2017-ci illərdə), sonra isə iddiaçıya (2021-ci ildə) satılmışdır.
52. Hətta İddiaçı adına verilmiş 62 kv.m və 87.8 kv.m mənzillərə dair xx.xx.2021-ci il tarixli maliyyə arayışlarında mənzillərin nömrəsi də qeyd edilməmişdir (i/m 2-ci cild səh. 22 və 24).
53. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararkən "xxxx" MMCnin direktor X2 3-cü şəxs qismində cəlb etmiş və mövcud məsələyə aydınlıq gətirməsini təklif etmişdir.
54. Kollegiyanın xx.xx.2023-cü il tarixli iclasında dindirilmiş Cahangir Məmmədov "xxxx" MMC-nin direktoru olduğunu etriraf etməklə, X8 adına verilmiş maliyyə arayışındakı imzanın israrla ona məxsus olmadığını bildirmişdir.
55. Məhkəmə kollegiyası bu ziddiyəti də aradan qaldırmaq məqsədilə İddiaçı adına verilmiş müqavilə və maliyyə arayışlarındakı imzaların X8 adına verilmiş (87.8 kv.m-dən ibarət olan 62 nömrəli mənzillə bağlı) xx.xx.2019-cu il tarixli maliyyə arayışındakı imzanın eyni şəxs, yəni direktor X3 tərəfindən icra edilib-edilməməsini müəyyən edilməsi məqsədilə məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir
56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 4/505 nömrəli ekspert rəyinə əsasən mülki işin 19-cu vərəqəsində olan xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında, xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin mənzil alqı-satqı müqaviləsində, xx.xx.2021-ci il tarixli maliyyə arayışında və xx.xx.2019-cu il tarixli maliyyə arayışında “Direktor” qrafalarında X1 adından olan imzalar-eyni şəxs X3 tərəfindən icra olunmuşdur.
57. Göründüyü kimi mübahisənin bu halı ekspert rəyi ilə aradan qalxmışdır.
58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
59. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər
60. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Maddə 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir Maddə 112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113. Mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
61. Beləliklə, yuxarıda adıçəkilən maddələrin təhlilindən göründüyü kimi bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi mənzilin ona təhvil verilməsi öhdəliyini yaradır.
62. Kollegiya əlavə olaraq bildirir ki, İddiaçı adına bağlanmış müqavilə və maliyyə arayışlarındakı tarix apellyatorla münasibətdə daha sonraya təsadüf etməklə yanaşı, həm də sözügedən mənzillər iddiaçının isahibliyinə və istifadəsinə verilməmişdir. Belə ki, iddiaçı hazırki iddianı verməklə mənzillərin ona verilməsini tələb etmiş və yalnız bundan sonra icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 63 Apellyatorlar isə mənzilin onlara daha əvvəl təhvil verildiyi, hətta Maraqlı şəxs1 mənzilin qapısını dəyişdiyini, Maraqlı şəxs2 isə təmir işlərini apardığını bildirmiş, iddiaçı tərəfin nümayəndəsi isə bunu mübahisələndirməmişdir.
64. İşdə olan müqavilədən və arayışdan görünür ki, mübahisə edilən mənzillərə dair müəyyən edilmiş pay haqqı tam olaraq apellyatorlar tərəfindən MTK-ya ödənilmişdir. Beləliklə, onlar mübahisəli mənzilin mülkiyyətçisinə çevrilmişdir. Lakin "xxxx" MMC tikinti bazarında öz üstün mövqeyindən çıxış edərək, eyni mənzilləri ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərə satmaqla hazırki mübahisənin yaranmasına şərait yaratmışdır.
65. Pay haqqının tam ödənilməsi ilə bağlı maliyyə arayışlarda apellyatorların tarixi daha əvvələ təsadüf etdiyindən, həmçinin mübahisəli mənzillər apellyatorların ixtiyarında olduğundan onlar daha öncə istinad olunan hüquq normalarına əsasən həmin tarixdən mənzilin mülkiyyətçisi hesab olunmalıdır. Ona görə də, məhkəmə kollegiyası bu hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.
66. Belə olan halda iddiaçının həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin MTKnın üzərinə qoyulması barədə iddia tələbi əsaslı və qanuni hesab edilə bilməz. Çünki sadalanan maddi hüquq normalarının konkret işə tətbiqi baxımından hazırkı halda iddia tələbinin təmin edilməsi apellyatorların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.
67. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
68. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
69. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi qanunverici hər bir halda mülkiyyətin toxunulmazlığına təminat verir.
70. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi hüquq normalarını rəhbər tutaraq iş üzrə İddiaçı izah edir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzillərə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
71. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı)..
72. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin istinad etdiyi maddələr fərqli dispozisiyaya malik olmaqla, məzmunu işin sadalanan faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı halda iddia tələbinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir.
73. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır.
74. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün apellyatorlar tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq onlara qaytarılmalıdır.
75. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul iddiaçıya aid edilməlidir.
76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Hüquq və mənafelərinə toxunan şəxslər- Maraqlı şəxs1, Maraqlı şəxs2, X15 və Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-797/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa etdirdiyi binadan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 96,7 kv.metr, 2 otaqdan ibarət 58 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 62 kv.metr bir otaqdan ibarət 56 saylı mənzilin, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 10-cu yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 60 saylı mənzilin və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı A giriş 6-cı yaşayış mərtəbəsində 87,8 kv.metr 2 otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğdə pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.