Məhkəmə qərarları › İş №2(012)-4999/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4999/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4999/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 6000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı Abşeron rayon, Saray qəsəbəsi, Çingiz Aytmatov 2 ünvanında yerləşən bağ evində 2020-ci ilin dekabr ayında təmir getdiyi zaman Ramil adlı ustanın məsləhəti ilə tapdığı digər usta olan Cavabdeh evinin pilləkanlarını düzəltmək adı ilə 6000 manat məbləğində pul tələb etmişdir. İddiaçı ilə bu məbləğlə razılaşmış və aralarında şifahi olaraq xidmət-tapşırıq müqaviləsi bağlamışlar. İlk başda Cavabdeh material almaq üçün 3000 manat məbləğində pul tələb etdi. İddiaçı Həmin pulu yəni 3000 manat məbləğində pulu X1 vermişlər ki, digər ustaya yəni, Cavabdeh çatdırsın. Cavabdeh isə 3000 manatı əldə etdikdən sonra materiallar alaraq işə başladı. Sonradan məlum oldu ki, aldığı materiallar keyfiyyətsiz imiş. Daha sonra pulun geri qalan qismini də tələb etdikdən sonra yoldaşı X4 həmin şəxsə özünü usta kimi tanıdan Cavabdeh yerdə qalan 3000 manatıda hissə- hissə ödənildi. Aylar keçdikcə pilləkanda yaranan ciddi çökmələri, yaranan fəsadları gördükdə və Cavabdeh zəng etmiş, ona gördüyü işin keyfiyyətsiz olduğunu, gəlib düzəltməyini yada ona ödənilmiş 6000 manatı geri qaytarmağını tələb etmişlər. Lakin o, iddiaçını tanımadığını bildirmiş və hədəqorxu gəlmişdir. Həmin şəxs maddi və mənəvi cəhətdən böyük ziyan vurmuşdur. İddiaçı 2 əlil övladı olduğunu nə edəcəyini bilmədiyini ,Cavabdeh ona psixiloji cəhətdən zərər verdiyini, artıq 1 ildən çoxdur ki, səhhəti ilə bağlı əziyyət çəkdiyini bu məsələ ilə bağlı psixoloji sarsıntılar keçiriyini bildirmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi. O bildirdi ki, iddiaçıdan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla, cəmi 4500 manat pul almış və onun müqabilində iddiaçının evinə pilləkən düzəltmişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı o tanış etmişdir. Belə ki, onun vasitəsilə Cavabdeh 3000 manat məbləğində pul verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında iddiaçıya məxsus bağ evinin pilləkənlərini düzəltmək üçün podrat münasibətləri olmuş, Cavabdeh 2020-ci ildə İddiaçı ilə şifahi podrat münasibətlərinə əsasən iddiaçıya məxsus bağ evinin pilləkənlərini düzəltmək üçün ümumilikdə 4500 manat məbləğində usta iş görmək qarşılığında pul almış və görülən işin keyfiyyətsiz olması nəticəsində pilləkən çökdüyü üçün iddiaçıya dəyən maddi ziyanı bu günə qədər qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin iddianı qismən etirafını və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh 4500 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, görülən işin keyfiyyətsiz olması nəticəsində pilləkənin çökdüyü üçün iddiaçıya dəyən maddi ziyanın bu günə qədər qaytarılmadığı hər iki tərəfin izahatları (cavabdehin etirafı) ilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 4500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi sübuta yetdiyi və təsdiq olunduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4500 manat məbləğində pul və 65 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar