Məhkəmə qərarları › İş №2(012)-502/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-502/2022

14.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-502/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı X5, Cavabdeh iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın-12000 manatın geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X9 məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh 3500 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X9 məhkəmə iclasında izahatında bildirdi ki, o, həyat yoldaşı İddiaçı ilə 03 oktyabr 2020-ci il tarixində Abşeron rayon Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsini almaq üçün Lökbatan qəsəbəsində yerləşən 8 saylı notariat kontorunun qarşısında Cavabdeh 12000 manat pul vermişdir. Onu Cavabdeh ilə Aygün adlı şəxs tanış etmişdir. Onlar torpaq sahəsinə baxıb bəyəndikdən sonra Aygün adlı şəxs ondan sənədli və yaxşı torpaq sahəsi tapdığına görə 100 manat pul almışdır. O, öz pulu ilə Namiq və Aygün adlı şəxslərin iştirakı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən əməkdaşlar çağırmışdır. Həmin vaxtda aşkar olunmuşdur ki, cavabdehin və Aygün adlı şəxsin ona göstərdiyi torpaq sahəsi və ora gətirdikləri torpaq sənədi birbiri ilə uyğunlaşmır. Çağırdığı əməkdaşlar müəyyən etmişlər ki, sənədlərdəki torpaq sahəsi ilə onun bəyəndiyi torpaq sahəsi arasında bir xeyli məsafə var. O buna da razılaşmışdır. Onlar torpaq sənədini etibarnamə ilə adına keçirmək üçün Lökbatan qəsəbəsində yerləşən 8 saylı notariat kontoruna getmişlər. Torpaq sahəsi Cavabdeh dediyinə görə dayısıoğlu X2 adınadır. Torpaq sahəsinə görə etibarnamə verən adam isə 1940-ci il təvəllüdlü X3r. Ona məlum olmuşdur ki, X6 19 may 2021-ci il tarixində rəhmətə getmişdir. 03 oktyabr 2020-ci il tarixində Abşeron rayon Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsini almaq üçün cavadehə 12000 manat pul vermişlər. Aradan bir müddət keçəndən sonra o, torpaq sahəsini özəlləşdirib adına keçirmək istəmiş, buna görə də sənədləri müvafiq orqana təqdim etmişlər. Lakin müvafiq orqan tərəfindən rədd cavabı gəlmiş və sənədlərdə səhvlik olduğu bildirilmişdir. Cavabdeh torpağın sənədini düzəltmək üçün ondan əlavə olaraq sənədə görə 1500 manat və 500 manat pul istəmişdir. O isə bu əlacsız qalaraq bu təkliflə razılaşmışdır. Lakin buna baxmayaraq sənədlər düzəlməmişdir. 14.01.2022-ci il tarixə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclası gedişi zamanı Cavabdeh ona 2830 manat pul vermişdir. Hal-hazırda Cavabdeh ona 3500 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və məhkəməyə ünvanladığı ərizədə bildirdi ki, o, Abşeron rayon Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini iddiaçı X7 6330 manata satmışdır. Torpağın sənədlərində problem olmuş və notariusda ona məlum olmuşdur ki, torpağın sahibi vəfat etmişdir. O, iddiaçı X9 və iddiaçının həyat yoldaşı İddiaçı 2830 manat məbləğində pulu məhkəmə prosessi gedişində ödəmişdir. Hal-hazırda X7 3500 manat borcu qalmışdır. Qalan borcu da ödəməyi öz üzərinə götürür. İş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PB tərəfindən verilmiş 20 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, Qobu qəsəbəsində yerləşən X4 məxsus 0,08 ha torpaq sahəsinin yarısını 0,04 ha hissəsini Rahil Qocayevə satmaq üçün 6500 manata razılaşmışlar və 23 oktyabr 2020-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən 8 saylı notariat kontorunun yaxınlığında hissəsini Rahil Qocayevdən 6500 manat pul almışdır. Torpağın sənədlərində bəzi problemlər olduğu üçün Rahil Qocayev ondan gah pulu geri qaytarmasını, gah da sənədləri düzəltməsini tələb etmişdir. Konkret fikirdə olmadığı üçün problemin həlli 8 aya qədər uzanmışdır. O, 1 ay içərisində aldığı pulu Rahil Qocayevə qaytaracağını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Cavabdeh Abşeron rayon Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini iddiaçı X1 adı ilə sonuncudan 6330 manat pul almış,lakin sözügedən torpaq sahəsi X5 adına sənədləşdirilməməsinə baxmayaraq pul geri qaytarılmamışdır.Mülki işin məhkəmə gedişatı dövründə Cavabdeh 6330 manat borcundan 2830 manatı X7 qaytarmış, qalan 3500 manat məbləğində pulu isə qaytarmağı öhdəsinə götürmüş və bu barədə məhkəməyə rəsmi qaydada ərizə vermişdir.Belə olan təqdirdə məhkəmə hesab edir ki, qalan 3500 manat məbləğində pul Cavabdeh tutularaq, iddiaçı X7 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3500 manat məbləğində pul tutularaq iddiaçı X7 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar