Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5027/2023 21.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Qazax Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsilə xx.xx.2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin 03 fevral 2021-ci il tarixli, 2(023)-128/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının (qazancın 1/4 hissəsi) artırılaraq cavabdeh X2 19 sentyabr 2018-ci ildə anadan olmuş X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1161/2023 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Qazax Rayon Məhkəməsində baxıla bilər və bu zaman ərazi aidiyyəti qaydaları pozulmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatlardan görünür ki, İddiaçı Qazax rayonunun Hüseynbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qazax Rayon Məhkəməsinin öz qərardadında cavabdehin Abşeron rayonunda qeydiyyatda olmasına istinad etməsi əsaslı deyildir, çünki işdən görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə icraata götürülmüşdür və mübahisəyə MPM-nin 36.3-cü maddəsinə əsaslanmaqla həmin Məhkəmədə baxıla bilərdi. İş üzrə MPM-nin 44-cü maddəsində sadalanan hallar baş verməmişdir. Qanunvericilik bu kateqoriya işlərdə aidiyyət seçimi hüququnu iddiaçıya verir. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq, QƏRARAALDİM: Qazax Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair 2(012)-5027/2023 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5027/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5027/2023
21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver