Məhkəmə qərarları › İş №2(012)-503/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-503/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-503/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada x xxxxxx 2019-cu il tarixli, SKM-2162 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 6035,55 manat, 401,6 manat faiz borcu üzrə olmaqla, cəmi 6437,15 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış x xxxxxx 2019-cu il tarixli, SKM-2162 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 24 % ödəmək şərti ilə 10 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq həmin tarixdə İddiaçı ASC-nin Şəki filialı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanılmışdır. Kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi Cavabdeh1 yerinə yetirməmişdir. Edilən yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh öhdəliyin icrasından qərəzli şəkildə yayınmışdır. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən borclu hər ayın 8-dən gec olmayaraq hər ay 945,6 manat ödəniş etməli olduğu halda öhdəliklərini icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi souncu dəfə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada x xxxxxx 2019-cu il tarixli, SKM-2162 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 6035,55 manat, faiz borcu üzrə 1966,78 manat olmaqla, cəmi 8002,33 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan x xxxxxx 2019-cu il tarixli, SKM-2162 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 24 % ödəmək şərti ilə 10 000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan x xxxxxx 2019-cu il tarixli, SKM-2162 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası barədə zamin durmuşdur. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, hazırkı kredit müqaviləsi üzrə 6035,55 manat əsas borc, müqavilənin müddətinin bitmə tarixinə 811,64 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə, həmçinin, iddia tələbi cavabdehlər- zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə qanuni və əsaslı hesab edir . Belə ki, iş materiallarından göründüyü kimi xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh zaminlərlə bağlanmış eyni tarixli zaminlik müqavilələrində zaminlər borclu üçün zamin durmuşlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 6035,55 manat, faiz borcu üzrə 811,64manat olmaqla, cəmi 6847 ,19 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada Cavabdeh1 əsas borc üzrə əsas borc üzrə 6035,55 manat, faiz borcu üzrə 811,64 manat olmaqla, cəmi 6847,19 manat və ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar