Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5031/2021 24.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 980 manat məbləğində borcun və 31 manat məbləğində dövlət rüsumunun, 1011 manat məbləğində pul vəsaitinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə 12 oktyabr 2018-ci il tarixli alqi-satqı müqaviləsi bağlamişdır. Müqavilənin şərtinə görə o, dəyəri 1640 manat olan “Sintra” modelli su təmizləmə sistemi və ayrılmaz tərkib hissələri olan aksesuarları cavabdehə verilmişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən saticiya 50 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1590 manat isə hər ay 55 manat olmaqla 30 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtini pozaraq 980 manat məbləğində su təmizləmə sisteminin pulunu borcunu ödəməkdən imtina etmişdir. Satıcı tərəfindən alıcı ilə mübahisənin məhkəməyə qədər (xəbərdarlıq) qaydada nizama salınmasına riayət edilərək borcluya müvafiq borcunu ödəməsi üctin dəfələrlə xəbərdarliq olunsa da, borclu öhdəliklərini icra etməmişdir. Sonuncu dəfə Cavabdeh 20 iyul 2019-cu ildə ödəniş etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıdan aldığı su təmizləmə sistemi xarab olmuşdur. Daha sonra iddiaçı tərəfindən ödənişsiz olaraq su təmizləmə sistemi düzəldirmişdir. Lakin su təmizləmə sistemi yenidən xarab olduğundan ödəniş etməmiş, əməkdaşlar isə su təmizləmə sistemini aparmışlar. O, dəqiq nə qədər borcunu bilmir. Odur ki, tələb olunan borcu ödəməyə razıdır. İş materiallarında olan 12 iyul 2018-ci il tarixli, A-227 №-li alqı-satqı müqaviləsindən görünür ki, satıcı-“SUAL” markalı su təmizləmə sisteminin satışı ilə məşğul olan fiziki şəxs İddiaçı dəyəri 1640 manat olan “Sintra” modelli su təmizləmə sistemi və ayrılmaz tərkib hissələri olan aksesuarları alıcı-Cavabdeh verməyi, müqavilənin 2.4 bəndinə əsasən alıcı isə müqavilə bağlayarkən satıcıya 50 manat məbləğində ilkin ödəniş həyata keçirməklə, qalan 1590 manat isə hər ay 55 manat olmaqla 30 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 12 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 23 noyabr 2021-ci il tarixinə 980 manat əsas borcu, 0 manat cərimə borcu olmaqla, 980 manat borcu vardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 iyul 2018-ci il tarixli, A-227 №-li alqı-satqı müqaviləsinə əsasən, satıcı-“SUAL” markalı su təmizləmə sisteminin satışı ilə məşğul olan fiziki şəxs İddiaçı dəyəri 1640 manat olan “Sintra” modelli su təmizləmə sistemi və ayrılmaz tərkib hissələri olan aksesuarları alıcı-Cavabdeh verməyi, müqavilənin 2.4 bəndinə əsasən alıcı isə müqavilə bağlayarkən satıcıya 50 manat məbləğində ilkin ödəniş həyata keçirməklə, qalan 1590 manat isə hər ay 55 manat olmaqla 30 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh məhkəmə iclasında su təmizləmə sisteminin xarab olduğu üçün ödəniş etmədiyini və su təmizləmə sistemini satıcıya təhvil verdiyini bildirmiş,lakin bununla bağlı özünün izahatından başqa digər sübut təqdim etmədiyindən məhkəmə həmin izahata tənqidi yanaşmışdır. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli arayışdan göründüyü kimi borclu Cavabdeh 12 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 23 noyabr 2021-ci il tarixinə 980 manat əsas borcu, 0 manat cərimə borcu olmaqla, 980 manat borcu vardır və məhkəmədə həmin halları təkzib edəcək mötəbər sübutlar müəyyən edilmədiyindən,məhkəmə hesab edir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, 980 manat məbləğində borcu yarandığından 980 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 31 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 980 manat məbləğində borc və 31 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1011 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5031/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5031/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver