Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-504/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə təyin edilmiş birgə nikahdan dünyaya gəlmiş 27 iyun 2007-ci il təvəllüdlü X10 və 13 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, övladı 27 iyun 2007-ci il təvəllüdlü X10 və 13 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 27 iyun 2007-ci il təvəllüdlü X10 və 13 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2846/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün müəyyən edilmiş 125 manat, ümumilikdə 250 manat aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 386 manat miqdarında müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1 iyul 2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin artırılaraq, 27 iyun 2007-ci il təvəllüdlü X10 və 13 noyabr 2008-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2009-ci il tarixində nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2009-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona cəmi 250 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir.Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, ünvan 1 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 27 iyun 2007-ci il təvəllüdlü X10 və 13 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Günü-gündən çətinləşən dövrdə övladlarının tək saxlanmasında çətinlik çəkir. Uşaqların maddi rifahının normal olması üçün əlindən gələni etsə də, yaranan sıxıntılarda hər tələbatı ödəyə bilmir. Uşaqların təhsili ilə yaranan maddi çətinlikləri qarşılamaqda çətinlik çəkir. O, iddia tələbində hər ay hər uşaq üçün 193 manat aliment tələb etsə də, hazırda məhkəmə tərəfindən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulmasına razıdır. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, o, iddia ilə razı deyildir. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bugünə kimi aliment cavabdeh tərəfindən vaxtı-vaxtında ödənilir. Alimentin artırılaraq hər ay hər uşaq üçün 193 manat olması ilə razılaşmır, ona görə ki, iddiaçı alimentin miqdarının artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə və Azərbaycan Respublikası Yaşayış Minimumu haqqında qanuna əsasən 2022-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil etməsinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinin azyaşlı uşağın atadan alınan aliment tələbinin həcminin artırılması ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə cavabdehin öz öhdəsində də iki azyaşlı uşaqları vardır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2019/2019 saylı qətnaməsi ilə Cavabdeh Əsgər oğlu ilə keçmiş həyat yoldaşı X2 arasındakı nikah pozulmuş və xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yanında saxlanılmışdır və galhazırda bu iki azyaşlı uşaqlar da cavabdehin öhdəsindədirlər. Bundan əlavə cavabdeh Şahbazov X6 Könül David qızı ilə 31 mart 2022-ci ildə yeni ailə həyatı qurmuşdur. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı kənd İƏD-ən verilmiş 503 saylı arayışla təsdiq olunur ki, cavabdeh fərdi təsərrüfatda fəhlə işləyir və aylıq əmək haqqı 400 manatdır. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 206147 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş sutətindən görünür ki, X10 27 iyun 2007-ci ildə Xaçmaz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T № 206416 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X11 13 noyabr 2008-ci ildə Xaçmaz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(067)-733/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 27 iyun 2007-ci il təvəllüdlü X10 və 13 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan ünvan 1 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(067)-733/2018 saylı qətnaməsinin dəyişdirilməsi, 27 iyun 2007-ci il təvəllüdlü X10 və 13 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı tələbində hər ay hər uşaq üçün 193 manat aliment tələb etmiş, lakin izahatında bildirdiyi kimi hər ay hər uşaq üçün 175 manat aliment tutulmasına razı olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, alimentin miqdarı artırılaraq hər uşaq üçün 175 manat həddində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 32 (otuz iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 1 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 27 iyun 2007-ci il təvəllüdlü X10 və 13 noyabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-504/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-504/2023
18.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver