Məhkəmə qərarları › İş №2(012)-5079/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5079/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5079/2021 25.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.09.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 6.308 manat məbləğində kredit borcu, 1.519,24 manat məbləğində faiz borcu və 2.339,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10.166,65 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 24.09.2019-cu il tarixli, 056L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 24.09.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7.350 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 razılaşmanın 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 24.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1.042 manat ödəmiş, onun 6.308 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 15.07.2021-ci il tarixə 447 gün üçün hesablanmış faiz borcu 1.519,24 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 15.07.2021-ci il tarixə 447 gün üçün hesablanmış cərimə 2.339,41 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Odur ki, 24.09.2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 6.308 manat məbləğində kredit borcu, 1.519,24 manat məbləğində faiz borcu və 2.339,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10.166,65 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən iddia ərizəsində qeyd edilən 7.350 manat məbləğində vəsaiti kreditə götürmüşdür. 15 ildir ki, iddiaçı bankla əməkdaşlıq edir. Həmişə bankdan götürdüyü krediti vaxtında ödəmişdir. O, fotoqraf və operator işləyir. Qazancı toylardan asılıdır. Pandemiya başlayana qədər mübahisələndirilən kredit müqaviləsi üzrə banka olan borcu vaxtı-vaxtında ödəmiş, lakin sonradan məlum səbəbdən maddi vəziyyəti pisləşmiş və borcu ödəməkdə çətinliklər yaranmışdır. Məhkəmə baxışı zamanı borcundan 1.000 manat düzəldərək qabaqcadan ödəməklə, qalan borcu da hissəli ödəməyi iddiaçı banka təklif etsə də, onun verdiyi təklifə razılaşmamışlar. Onun müraciətinə cavab olaraq bankdan ona əsas borcu ödəməyi, faiz borcunu isə ona güzəşt edəcəklərini bildirmişlər. Lakin onun buna maddi imkanı olmadığından bankla razılığa gələ bilməmişlər. Hazırda da borcdan 1.200 manat məbləğində vəsait düzəltmiş və qeyd olunan məbləği banka təklif edir. Banka olan borcun qaytarılması üçün 3-4 ay vaxta ehtiyacı vardır. Şərait yaradılsa qeyd edilən müddətdə banka olan borcu qaytaracaqdır. Banka olan əsas və faiz borcunu qəbul edir. Lakin iddia tələbini cərimə borcu hissəsində azaldılmasını istəyir. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh2 atasıdır. Həqiqətən də Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən iddia ərizəsində qeyd olunan məbləğdə kredit götürmüş və o, həmin kredit müqaviləsi üzrə zamin durmuşdur. İddiaçı bank onlara banka olan əsas borcu bağlamağı, faiz borcunu isə güzəşt edəcəklərini təklif etmişlər. Lakin maddi imkanları olmadığından bankla razılığa gələ bilməmişlər. Banka olan borcun qaytarılması üçün 3-4 ay vaxta ehtiyac vardır. Şərait yaradılsa qeyd olunan müddətdə banka olan borc ödəniləcəkdir. Göstərilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə etirazı yoxdur. İştirak etdiyi məhkəmə baxışı iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, Azərbaycan Televiziyasında növbə rəisi vəzifəsində işləyir. Həqiqətən də Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən iddia ərizəsində qeyd olunan məbləğdə kredit götürmüş və o, həmin kredit müqaviləsi üzrə zamin durmuşdur. Pandemiya səbəbindən banka olan borcun ödənilməsində problemlər yaranmışdır. Onun öz şəxsi kredit öhdəliyi də mövcuddur. Cavabdeh2 banka olan borcu qaytarmaq üçün 3-4 ay vaxta ehtiyacı vardır. Qeyd etdiyi vaxt verilsə, banka olan borc ödəniləcəkdir. Göstərilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 24 sentyabr 2019-cu il tarixli, 056L**********18 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 24 sentyabr 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən verilən kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 24 sentyabr 2019-cu il tarixli, 056R********** saylı kredit razılaşmasından və ödəniş planından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən fərdi mikro kredit məqsədi ilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7.350 manat məbləğində kredit götürmüşdür. Həmin kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öhdəsinə öz götürmüşdür. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “Zamin” Cavabdeh1 arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli, 056S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, “Borclunun” uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Zamin” Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birgə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən zamin uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icra etməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “Zamin” Cavabdeh3 arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli, 056S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, “Borclunun” uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Zamin” Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür və borclu ilə birgə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən zamin uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini icra etməlidir. 24.09.2019-cu il tarixli kreditin verilməsi-köçürülməsi qəbzindən görünür ki, Cavabdeh2 7.350 manat məbləğində pulu həmin tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən imza etməklə almışdır. 17555 saylı, 26.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 24 sentyabr 2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması üzrə banka əsas borcu 6.308 manat, faiz borcu üzrə 1.519,24 manat, cərimə borcu üzrə 2.339,41 manat olmaqla, cəmi borc 10.166,65 manat təşkil edir. 16764 saylı, 12.07.2021-ci il tarixli xəbərdarlıq məktubunun və qaimənin surətindən görünür ki, Cavabdeh2 banka olan borcunu ödəməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, 24 sentyabr 2019-cu il tarixli, 056L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 24 sentyabr 2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2% olmaqla, 36 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 7.350 manat məbləğində kredit götürmüşdür. Sonuncu götürdüyü kredit borcundan 1.042 manat ödəmiş, 6.308 manat məbləğində kredit borcu qalmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında müvafiq olaraq bağlanmış 24 sentyabr 2019-cu il tarixli, 056S**********01 saylı və 056S**********02 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh3 kredit razılaşması üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında yaranmış öhdəliyini tam icra etməsi üçün öhdəlik götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu Cavabdeh2 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, 24 sentyabr 2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar və buna görə iddia tələbi eyni zamanda zaminlik müqavilələri üzrə zaminlərə qarşı da təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdehlər tərəfindən müqavilə şərtləri pozulduğuna görə 2.339,41 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onların vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehlərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 2.339,41 manat məbləğində cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması ləğv edilməli, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6.308 manat kredit borcu, 1.519,24 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 7.877,24 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 26.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin 25 manat hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli, 056R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 6.308 (altı min üç yüz səkkiz) manat kredit borcu, 1.519,24 (bir min beş yüz on doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 7.877,24 (yeddi min səkkiz yüz yetmiş yeddi manat, iyirmi dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar