Məhkəmə qərarları › İş №2(012)-5079/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5079/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5079/2025 14.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 (altı min) dəyərində olan qızıl-zinyət əşyalarının, 330 (üç yüz otuz) manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh iddiaçının qonşu ,həm də qohumumdur.Belə ki,2024-cü ilin Sentyabr ayında onun yaşadığı evdə təmir işləri görüldüyü üçün və həmin vaxt Cavabdeh yaşadığı evdə olan qızıl-zinyət əşyalarını saxlamaq üçün ona verməyi təklif etdi. İddiaçı evdə ustalar işlədiyi üçün ,ən etibarlı yer Cavabdeh evinin olmasını düşünərək, ona məxsus olan 6000 (altı min) dəyərində olan qızıl-zinyət əşyalarını iki ədəd boyunbağı klon ilə birlikdə,iki ədəd nişan üzüyü,bir ədəd qolbağı,üç ədəd komplekt sırğaları ilə və 330 AZN pulu saxlaması üçün Cavabdeh vermişdir.Aradan təxminən 3 ay keçdikdən sonra saxlaması üçün Cavabdeh verdiyi qızılzinyət əşyalarını və verdiyi müəyyən əşyaları Arzudan istəsədə .Cavabdeh ona məxsus olan əşyaları qaytarsa da,qızıl- zinyət əşyalarını və 330 (üç yüz otuz) AZN pulu qaytarmadı.Cavabdeh dedi ki,həmin qızıl-zinyət əşyaları və 330 manat pul Bakı şəhərində anasının evindədir.Dəfələrlə istəməyinə baxmayaraq,lakin,hər dəfə Arzu müxtəlif bəhanələrlə yola verirdi.Ona görə də məcbur olub qızıllarını və 330 manat pulu Cavabdeh geri almaq üçün polisə müraciət etmişdir.Hal-hazırda Cavabdeh pulu və qızıl-zinyət əşyalarını vermək istəmir.Odur ki,məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bununla belə, məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq onunla iddiaçı arasında əvvəllər ailəvi münasibət olduğunu, iddiaçının onun eltisi sayıldığını, bu səbəbdən aralarında ehtimad, inam, yaxınlıq və ailəiçi hörmət mövcud olduğunu və o, müəyyən vaxtlarda şəxsi və ailə problemləri ilə bağlı ona müraciət etdiyini bildirmişdir. Yoldaşının telefonunu əlindən alınması, aralarındakı gərginliklər, mübarizələri haqqında paylaşmışdır. Hətta dəfələrlə özünə qəsd edəcəyini ailəsinin, yəni anası və qardaşının ona kömək etmədiyini söyləmişdir. Cavabdeh insani münasibət və mərhəmət hissi ilə ona kömək etdiyini, dəfələrlə onu telefonunu istəyib anası ilə danışacağını söyləmişdir. Bir müddət sonra məlum olmuşdur ki, iddiaçı ərizində gizli şəkildə başqa bir kişi ilə (öz ərinin dayısı oğlu ilə) danışır. Bu şəxslərin arasında olan vatsap yazışmaları əlində mövcud olmasını və yazışmada onlar “evdən çıx, əsas qızıllardır” “onsuz evdə heç kəs olmayanda çıxacaqsan”, “əsas Z” dir. Bu kimi ifadələr iddiaçı ilə həmin şəxs arasında olan yazışmalardır. “Z” adını tam çəkmirlər, söhbət iddiaçının ərindən gedir. Şübhələnməsin kimi ifadələrlə qızıldan və evdən çıxma planı barədə danışırlar. Sonradan aydın olmuşdur ki, bu planın məqsədi Cavabdeh qarşı böhtan qurmaq və qızılları mənimsəmiş kimi göstərmək imiş. Çünki, həmin yazışmalarından sonra Gülçin evini gizli tərk etmiş və anasını evinə getmişdir. Həmin müddətdə əlaqələrinin olmasını və yaxın münasibətin də davam etdiyini qeyd etmişdir.Lakin, sonradan iddiaçının evini tərk edib və onun gizli şəkildə başqa şəxslə danışması ailə üzvlərinə aydın olmuşdur. Məhz, buna görə də cavabdeh o, getdikdən sonra onun danışdığı mesajları çıxarıb baldızına və qaynanasına təqdim etmişdir ki, onlar görsün ki, onun heç bir qızılı onda olmayıb və bilsinlər ki, gələcəkdə bu məsələ onun üstündə qalmasın. Eyni zamandan o, iddiaçının öz anası Xatirə Məmmədovaya zəng etmiş və bildirmiş ki, qızı başqa şəxslə onu telefonunla danışmış və qızılları ona vermiş və ona məxsus heç bir qızılın olmadığını qeyd etmişdir. Hətta yazışmaları ona təqdim edə biləcəyini bildirmişdir.Bu hadisədən sonra Gülçinin baldızı və qaynanası, Gülçinin evinə getmiş həmin mesajları Gülçinin anası Xatirə Məmmədovaya və qardaşı Elxan Məmmədova göstərmişdir. Gülçin isə hər şeyi öz üzərindən ataraq Hüseyn adlı şəxslə danışmadığını, həmin mesajların cavabdehə dair olduğunu demişdir. Elxanın adı baldızı Kəmalənin dəfələrlə danışdıqları arasında keçmişdir. Bütün bunlara baxmayaraq israrla hər şeyi boynundan ataraq böhtan atmışdır. Bütün bu hadisələrdən açıq görünür, bu plan onu üzərində qurulmuşdur. Onların arasında yalnız onun ərindən gizli şəkildə saxlamaq üçün müvəqqəti əmanət etdiyi 330 manat pulu var idi.O da vəziyyət gərginləşəndə və böhtanları eşidəndə həmin 330 manatı dərhal onun qaynanası Kifayət Məmmədovaya təhvil verdiyini,bu faktı qayınanasınında təsdiqləyə biləcəyini və buna dair sübutları olduğunu,həmin sübutları məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. Yaşayış yerini dəyişdiyindən işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin, sonuncu qərardadla tanış olanda , işə Abşeron Rayon Məhkəməsində baxılacaqdır. Buna görə də sübutlarını hazırlıq iclasında təqdim edə bilmədiyini,bu halı məhkəmədən nəzərə alasını xahiş etmişdir.İşə obyektiv, ədalətli baxılmasını, təqdim etdiyi sübutların qəbul edilməklə, düzgün qiymətləndirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdən görünür ki, cavabdeh iddianı qəbul edərək iddiaçıya məxsus olan qızıl-ziynət əşyalarının və 330 manat pulun onda olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 6000 manat məbləğində qızıl-ziynət əşyaları, həmin qızıl-ziynət əşyalarının verilməsi mümkün olmadıqda onun dəyəri olan 6000 manat və 330 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 83,3 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 manat məbləğində qızıl-ziynət əşyaları, həmin qızıl-ziynət əşyalarının verilməsi mümkün olmadıqda onun dəyəri olan 6000 manat və 330 manat, həmçinin dövlət rüsumunun əvəzi kimi 83,3 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar